ORALARDA KİMLƏR VAR: UİLYAM FOLKNER

TƏNTƏNƏ VƏ MƏĞLUBİYYƏT-2

 

 

Yalnız dünyanın məşhur adamlarının deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri var. Və insanlar bu şakərlə də bəzən öz ölümlərini yaxınlaşdırırlar.Dünyaca ünlü Amerikan yazarı Folknerin Atçılığa,Cıdıra və ya bir çox idman növlərinə azarını bilənlər bilir.Və Folknerin Ata olan ehtirasını heç nə əvəz eləməyib.Bu yazıda da onun Ata,At idmanına – yəni cıdıra olan ehtirasından söhbət açılır və böyük yazarın ölümünə də səbəb onun ata olan ehtirası olmuşdur.Vaxtilə belə bir yazını hazırlamağı mənə məsləhət görən ədəbiyyatımızın ən namuslu yerlərindən birinə layiq tərcüməçi və “ mən maarifçiyəm,bununla da fəxr edirəm deyən unudulmaz Natiq Səfərova həsr edirəm.

Taxtadan düzəldilmiş bir fiqur dəmirçixananın damına sancılıb. Amerikanın cənubundakı bu gözdən-könüldən iraq guşədəki dəmirçixana və bu fiqur bura gələnlərin diqqətini çəkir.

—Ustad Folknerdən xatirədir, — deyə dəmirçixananın yeganə sahibi və yeganə işçisi, yaşlı zənci izah edir.

“Ustad Folkner” — görkəmli Amerikan yazıçısı, XX əsrin ən böyük ədəbiyyatçılarından biri. “Səs-küy və ehtiras”, “Xüsusi ev”, “Hörmətsiz meyid”, “Məğlubedilməzlər”in müəllifi. O, cənubludur və bu doğma yerləri heç vaxt tərk eləmədi. Ömrü boyu burda Misisipi ştatının Oksford şəhərində yaşadı, əsərlərinin də mövzusunu burdan aldı. “Oksford küçələrini gəzəndə, mənə elə gəlir ki, Uillin əsərlərini vərəqləyirəm” — deyə qardaşı xatırlayır.

Axı, nə olub? Birinci dünya müharibəsi qurtarar qurtarmaz Folkner Kanadada olan ingilis təyyarəçilik məktəbinə daxil olur.

Ancaq müharibə tez qurtarır və tələbələr heç bir dəfə də olsun havaya qalxa bilmirlər. Hər kəs öz evinə getdi və Uilli Folkner Oksforda gələndə ona təyyarəçi kimi baxırdılar. O, etiraz eləmirdi və hətta “hava döyüşləri” barədə danışırdı. “Hekliberri Finnin sərgüzəştləri” əsərindəki zənci Cis danışır ki, əcinələr Yeni Orleana qədər onunla gediblər. Sonra lap uzaqlara uçublar, bütün Amerikanı dolaşıblar, o danışdıqca inananlar, qulaq asanlar çoxaldığı kimi Folkner də özü barədə uydurur və özü haqqında əfsanələr danışırdı. Və nəhayət Folkner öz dilinin bəlasına düşür.

Və Folkner bu arzunu həyata keçirməyə can atır. O,idman təyyarəsi alır və uçmağın çəmini öyrənməyə başlayır. Səriştəli instruktor və peşəkar təyyarəçi əvvəlcə təəccüblənir ki, niyə görə hərbi işçi ona müraciət eləyir. Təcrübə zamanı fasilələrdə Folkner bu sirri izah edir. Deyir ki, guya tamamilə yenidən uçmağ istəyir. Və instruktordan xahiş eləyir ki, bunu heç kəs bilməsin. Onsuz da təlimatçının artıq söhbəti nəyimə lazım idi və ancaq mətbuatdan gizlənmək olar. “Məhşur yazıçı təyyarə sürməyin çəmini öyrənir”.

Qəzetlərin birinci səhifəsində bu sözləri oxumaq üçün Folkner canla-başla təyyarənin texniki tərəflərini araşdırır və təyyarədə uçmağı öyrənir. Bir vaxtlar uydurduğu bütün hadisələr indi onun başına gəlirdi.

Folkner uçurdu. Unutmaq olmaz ki, o, özünün uydurduğu vəziyyətə düşsəydi belə onsuz da kişi kimi hərəkət eləyəcəydi.

Folkner təyyarəçilər haqqında yazmaq istəyirdi və ən yaxşı hekayələrindən birini yazır: “Bütün ölənlər — təyyarəçilərdir.” Sonra zəif bir romanı, “Buludlarda yol”u qələmə aldı.

Hekayə yaxşı olduğundan, roman çap olunmadı. Hekayədə hər şey təbiidir, hekayədəki hadisəni danışan dava vaxtı təyyarəçilərin məktublarını evə göndərən adamdır. Folknerin hekayəsi maraqlı idi. Amma həmin Folkner romanda özünü zorla idman təyyarəsinin kabinəsinə dürtür.

“Məgər o hələ uçmayırmı”?

O, özünü elə aparırdı ki, elə bil bütün ömrü boyu ancaq uçmağı arzulayıb.

 

Ketukidəki Atyarışı

 

1955-ci ildə Kentukidə keçirilən at yarışı kimi heç bir yarış mətbuatda bu qədər təbliğ olunmayıb.

Folknerə lirik oçerk yazmağı təklif elədilər. Tanış olduğumuz jurnalist hesabat hazırlamalı idi. Gözləyirdilər ki, cıdırın qalibi özü haqqında danışacaq.

Hər şey əla idi.

Folkner öz ruhundan gələn bir neçə vərəqlik bir material yazdı. “At dözər” ifadəsi həmin yazıdandır.

Jurnalist bu yarışdan əli dolu qayıtmışdı və nə deyəcəyini bilirdi.Onun yazmağı yox idi,amma gözəl düşünə bilirdi...

Danmaq olmaz, at nəzəriyyəçiləri arasında elələri vardı ki, hər şey ovuc içi kimi onlara bəlliydi.Deyək ki, atlar da ayaq verdilər.

Narzulla cinsindən olan Naşaya birinci oldu. Bilicilərin rəyini deyirəm: “Bu at Mümtazmahal tərəflərin Tzi-Tetrarka cinsindən idi.”

Biz bu adların əsil dəyərini başa düşmək istəyiriksə, onda gərək qələbələrin sayını göstərən rəqəmləri xatırlayaq, bu qələbələrin nisbəti çox zaman sıfır olmayıb.

 

Ən yaxşı müəlliflər, ən yaxşı atlar və ən yaxşı jokey

 

Hava bir az şıltaqlıq etdi. Finişdən əvvəl hava tutuldu, yağış çilədi. At nallarının tappıltısında torpaq istilənmiş və saqqız kimi idi.

Böyük cıdır yarışları həmişə dramaturji olur. Əvvəllərin çempionları bir də görürsən uduzdu. Və bu dəfə də heç kəsin tanımadığı naməlum Suope elə əvvəldən lider oldu və əvəz olunmaz Naşayanı arxada qoydu.

Mən hər şeyi başdan danışmaq istəyirəm, müsahibimin mənə dediklərini olduğu kimi söyləmək istəyirəm.

Müsahibim cavan çağlarında vağzalda Folkneri görmüşdü. Xəbərdarlıq eləmişdilər ki, “Oksford məhbusları” özünü ehtiyatlı aparsın. Özünü bir balaca tanıdan kimi, aradan çıxmalı olurdu. Hollivud da belə eləmişdi.

Cavan jurnalist iddialı idi....

Qatar cənubdan gəldi. Ağsaçlı caydağ bir kişi perrona çıxdı. Yeri gəlmişkən deyək ki, boy və çəki Folknerin yaralı yeri olub. Belə çıxır ki, Suonsun sürücüsü çəkicə bəlkə də bir neçə funt yüngül olduğundan prizi o almışdı. Təyyarəçilikdə də kök adamlar lazım deyil, ancaq Folkner o qədər sısqa və arıq idi ki, dəfələrlə onu əsgərliyə götürməmişdilər və nəhayət güc-bəla ilə düşə bilmişdi.

Nəhayət, əcnəbi perrona çıxır.

—Mister Folkner?

—Bəli, mənəm.

Ümumi təəssürat çəkingən bir “Əyalət adamı”. Tanışlıq üçün jurnalistin əlində Folknerin də özünün bəlkə də bilmədiyi bir xəbər vardı. Bir neçə dəqiqə əvvəl radio ilə məlumat vermişdilər ki, Folkner milli ədəbi mükafatla mükafatlandırılıb. Bu Nobel mükafatından sonra olan işdi. Ancaq cavan jurnalisti bütün bu titullar qorxutmurdu və o öz fikirlərini mübadilə etmək ümidində idi.

—Mən sizə hörmət edirəm, — deyə o məşhur yazıçı müraciət elədi, — ancaq başa düşmürəm.

Folkneri başa düşməyənlər özlərini “ciddi oxucu” sıralarından çıxarmamaq üçün bir yol axtarırdılar.

O uğursuz gün...

...səhər tezdən Folkner özü atı yəhərləyir, minir və qonşu firmanın cığırı ilə qardaşının kiçik fabrikasına sürür. Bu cığır uşaqlıq cığırı idi. Dəmir Dalğa başladı şıltaqlığa. Folkner acıqlanıb qırmacladı.Dəmir Dalğa Oxlokom cinslərindən idi. Oxlokomo Cənubi Amerikanın mərkəzi şəhəri sayılır, əsil amerikan şəhəridir ki, var. Əbəs yerə burada cəngavərlər ədəbiyyatı hakim deyildi, ancaq bir əsr sonra Oxlokom müzikholu başladı səs salmağa və yeni dövrün “Milli eposu” kimi ad aldı.

Atla vuruşun özündə belə Folkner simvolika görürdü, bu simvolika onun əsərlərinin qəhrəmanları olan kapitan Axavanın Mobi Diklə, Belıy Sitlə olan vuruşu idi ki, German Melvil bunu belə təsvir eləyir: “öz ölümü və rəqibin ölümünə susamaq”. Folkner bu “şeytan cinsini” əhliləşdirmək iddiasından əl çəkmirdi.

Bir də ki, at yaxşı idi, yaxşı olduğu üçün baha idi (Tolstoy həmişə pis atlara minib, yaxşı at almağa hnç zaman pulu olmayıb)

Atdan yıxılandan sonra o fabrikə sağ-salamat çatır. Evə qayıdanda Dəmir Dalğa günəş kölgəsindən qorxurmu, ya da özünü elə göstərir amma əməlli başlı bu qorxudan da hürkür. Folkner isə əski səriştəsinə görə atdan arxası üstə beli bükülmüş yıxılır.Folkner yəhərdən uçur...

Atdan yıxılmaq neçə–neçə yazıçının bəxtində var. Kema yazır ki, atdan yıxılandan sonra onda politik ilham yaranıb. Romantik şair Kleysit belə düşünür ki,o atın cilovunu yığa bilmədyi üçün bir sürə baş götürüb qaçdıqdan sonra,yerə yuvarlanıb,sonra əsil şair olub.

“At məni yerə çırpandan sonra, mən inandım ki, yazıçıyam- deyə Tolstoy öz gündəliyində yazır.

At minəsən, yıxılmayasan, bunun nə ləzzəti var! Atdan yıxılmaq! Bax, bu başqa bir aləmdir.Demək gələcəyin var: ustad adamdır yıxılan. Əsil atçı atddan yıxıla bilməz. Əgər Folknerin yerində at sürmək məktəbinin banisi Filli olsaydı, onu Dəmir Dalğaya yaxşıca göstərərdi.

Ancaq jurnalist necə düşünürdüsə, eləcə də dedi, Folkner də çox sakitcə onu dinlədi. Yazıçını gələcək işi maraqlandırırdı.İşin şərti beləydi:

 

Tofiq ABDİN

525-ci qəzet.- 2010.- 25 dekabr.- S.23.