Tanış Çölün tanımadığımız üzü

 

Aygün Əliyeva Kəramət Böyükçöl mənim tələbələrimdir. Hər ikisi Bakı Dövlət Universitetinin dördüncü kursunda, eyni qrupda təhsil alır. Təbiətlərinə görə tamam fərqli insanlar olan hər iki gənci mən Bakı Dövlət Universitetimarkasınıləyaqətlə doğruldan tələbələr kimi tanıyıram əminəm ki, onlar gələcəkdə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verəcəklər.

..KəramətÇölromanını mənə təqdim edəndə bu əsər haqqında öz rəyimi yazacağımı bildirmişdim. Sözün düzü, kitabı oxuyandan sonra rəy yazmağa tərəddüd elədim, belə düşündüm ki, Kəramətin bədii nəsrə münasibəti ilə mənim nəsr barədə təsəvvürlərim tələblərim arasında ciddi fərqlər var həmin fərqləri biz müəllim-tələb olaraq mətbuatda deyil, universitet auditoriyasında müzakirə etsək, daha faydalı olar.

Aygünün məqaləsini isə, böyük məmnuniyyətlə, “525-ci qəzetin oxucularına təqdim edirəm: yeni Azərbaycan nəsrinə yeni oxucu (tənqidçi) münasibəti kimi...

Kəramət BöyükçölünÇölromanı çağdaş ədəbiyyatımızda yeni yaranan nəsr örnəklərindəndir. Əsər mövzusu, süjet xətti, bədii təsvir ifadə vasitələrindən istifadə, obrazlılıq, dilin koloritliliyi ilə müzakirə obyekti olmağa layiqdir. Romanın mövzusu tərəkəmə həyatı, bu həyatı yaşayan insanların dəyişən dünyanın hadisələrinə dəyişməz münasibəti müxtəlif insan taleləri fonunda yaşadıqları sosial problemlərdir. Əsərdə insanları insanlıqdan çıxaran səbəblərin bədii təhlili verilir. Müəllif diqqəti insanlarınpozulmalarıüzərinə yönəltməklə bu bəladan xilas yolu axtarmağa çalışır.

İki hissədən ibarət olanÇölromanının birinci hissəsində əsərin əsas qəhrəmanları Çöl, Kərəm babasıdır. Romanda Narın, Nənə, Xanım, Göyçək, Züleyxa xala, Saday, Zaman kişi, Ramiz, Səlimov, Əbilov kimi xarakterik obrazlar var. Bu insanların sırasında xalqın mərdlik rəmzi Koroğlunu da görürük. Ancaq Koroğlu öz koroğluluğundan çıxıb. Koroğlunun sazının yerini mobil telefonu tutub. Müəllifin dediyi kimi, bu zəmanədəartıq Koroğlu da dərk edirdi ki, “üç verməsən, beş ala bilməzsən”...

Romanda Baba keçmişimizin qoruyucusudur. O, tez-tez nəvəsinə keçmişin unudulub gedəcəyindən qorxduğunu deyir: Bala, insan gərək yeddi arxadan dönənini tanısın”. Əsərdə baba bizim saf keçmişimizin, Koroğlu isəmüasirliyimizindaşıyıcılarıdır. Əgər müasirliksazsız Koroğlu deməkdirsə, qoy qalsın qərbə, mənə lazım deyil”.

Müəllif bizə tərəkəmə həyatını tanıtdıqca, oradakı insanlarla bizi görüşdürdükcə məlum olur ki, bu adamların dünya içində öz dünyası var. Əsər formacaroman içində romanşəklində olduğu kimi, oradakı insanların içində başqa insanlarzahirən göründüklərindən fərqli dünyalar görürük. Burada süjet müxtəlif xətlərə şaxələnir: Çöl-Baba, Təbiət-İnsan, Kərəm-Baba, Xanım-Saday, Narın-Kərəm; ayrıca Koroğlu xətti s. Müəlliflə bərabər tərəkəmə qadınları da günümüzünKoroğluromanını yazırlar. Əsərdə hər bir davranışın, hissin saflığı ilə bərabər, çirkinliyi, mənəvi eybəcərliyi verilib. Müəllif bizə hələ dünyanın çirkablarına bulaşmamış yeniyetmə Narının timsalında qadınlığın başlandığı yeri, dünyanı yorub yola salmış Zimanın timsalında isə qadınlığın bitdiyi yeri nişan verməyə çalışır. Başlanğıc sonun axtarışı əsər boyu davam etdirilir: əsərdə Çölün düzü sevginin, zamanın, saflığın başlandığı yer; köhnə dayaqlarını itiribmüasirhəyat yaşayan Çibanlı kəndi isə bitdiyi yer kimi təqdim olunur.

Əsərin əvvəlində diqqət çəkən məqamlardan biri hadisələrinbir il altı ay on səkkiz gündəçərçivələnməsidir. Romanda görüşdüyümüz ilk iki yazıçı obrazı bir il altı ay on səkkiz günə iki ayrı-ayrı roman yazırlar. Zaman müddətinin belə seçilməsi təsadüfi deyil: bu, bir oğulun Vətən qarşısında borcunu yerinə yetirdiyi zamanın ölçüsüdür. Demək, bir insan bu müddətdə Vətənə xidmət borcunu da yerinə yetirə bilər, bir otağa qapanıb roman da yaza bilər. Roman yazılan zaman vaxt ölçüsüzləşdiyi kimi Vətənə xidmətdə vaxt ölçüsüzləşir: harada, hansı peşə ilə məşğul olmaqdan asılı olmayaraq...

Əsərin ikinci hissəsində TƏBİƏT ilə İNSAN qarşılaşdırılır. Əsərin bu hissəsində təbiətin ayrılmaz hissəsi olan insan təbiətlə vəhdətdə verilir. Çibanlı kəndinin sakinləri özləri bilmirlər ki, onlar dərin tellərlə qoca Çinara bağlıdırlar. “O çinar zamanın heykəlidir, tarixin özüdür.” Qoca Çinar da Baba kimi hər şeyi qorumağa çalışır. Bu, bir tərəfdən, təbiətə olan bağlılıqdırsa, digər tərəfdən, tarixi keçmişə, adət-ənənələrə olan bağlılıqdır. Amma sonda Qoca Çinar da Baba da ölür, daha doğrusu, öldürülür. Qatil isə “O”dur. Yazar oxucunun öhdəsinə buraxır: “O – kimdir?” Cəmiyyətə baxın : “O”ları tapacaqsınız. Kəndin vəziyyəti ona görə günü-gündən pisləşir ki, Çinar yıxılır, köklərlə budaqlar arasındakı bağlar qopur. Keçmişindən qopan bir insanıninsan kimi yaşamaqhüququ təbiət tərəfindən əlindən alınır.

Ancaq bir məsələni qeyd etməyi mühüm sayıram ki, ideyasının məsələnin qoyuluşunun maraqlı olmasına baxmayaraq bədii sənətkarlıq baxımından ikinci hissə zəif alınıb, əsərə sanki sonradan əlavə olunub.

Əsərin dili koloritlidir. Saday obrazı dilin saflığının daşıyıcısıdır. Onun danışdığı diladam dilidir.

Romanda çoxlu sayda yer-yurd adları işlənmişdir: Mil-Muğan düzü, Şirinqum qışlağı, Haram düzü, Tatallar kəndi, Murad təpəsi, Əliqulular kəndi, Eyvazallar obası, Happıtdı qəbirstanlığı, Sarıyer yaylağı, Mıxtökən, Aşağı Silyan, Salmanbəyli, Kəlbəcərin Vəng kəndi, Gəlin qayası, Bağırsaq dərəsi, Dəli dağ, Sarımsaqlı dağ, Yeddi qardaşdağı, Soltan Heydər yoxuşu, Lilpər bulağı, Alagöllər, Qazax, Bərdə, Vedibasar, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan s. Yazıçı İmişlini oba-oba təsvir etməklə buranın insanlarının təbiətən saflığını göstərir. Hər şeyin başlanğıcı kimi burada da hər şey safdır, hətta sevginin özü (Narın- Kərəm). Daha sonra qəhrəmanlarla bərabər addım-addım Azərbaycanı gəzirik. Azərbaycanın Qarabağ faciəsinin içindən keçirik. Koroğlunun köməyi ilə dünyanın gərdişindən xəbərdar oluruq. Dünyanın öz məhvərindən çıxdığını görürük.

Əsərin dilində maraqlı dialektizmlər işlənib: ənik, fərməş, sijim, düşaq, örkən, gərmoşo ağacı, sırıxlı, bəlgə, patava, dolaf, axtarma motalı, cılğı, kiriş, dükçə, oğursaq, örən yer, sərvaxt, dəhmərləmək s. Maraqlıdır ki, bu dialektizmlər elə məqamda işlənib ki, kənd həyatı ilə tanış olmayan oxucu üçün mətn daxilində bu sözlər anlaşıqlıdır. Bu dialektizmlər dilimizinlil qatındaqalan, tərəkəmə həyatındagizlənənsözlərdir.

 

Əsərdə qüsurlar da yox deyil. Həyatın nəfəsindəki xışıltılarıtəqdim etməyə çalışan müəllif bəzən ifrata vararaq həyatdakı eybəcərliyi həddindən artıqeybəcərformada təsvir edir. Müasirlikadı ilə mədəniyyətimizə ixrac olunan əxlaqsızlığı qələmə alarkən ölçülər itirilir, necə deyərlər, müəllif qaş düzəltmək istərkən vurub gözü çıxardır. Onsuz da qloballaşıb balacalaşan dünyamızda bu cür eybəcərliklər indi sərhəd tanımır, asan əldə olunankütləvi tələbat malınaçevrilib. Həyatın özünü qələmə alıramyanaşması ilə ədəbiyyata pornoqrafiya gətirmək, məncə, yolverilməzdir. Bədii təxəyyülün materialı əxlaq süzgəcindən keçərək qələmə alınmalıdır.

İlk əsərlərindən birini nəşr etdirmiş gənc İsa Hüseynova (Muğannaya) Mehdi Hüseyn deyir: “Səni tənbeh edəcəyəm üçün atandan yazırsan?”. İsa Hüseynov indiyədək yazarların dilində əzbər olan bir cavab verir: “Çünki atamı yaxşı tanıyıram”.

Çölromanı bu fikri söyləməyə əsas verir ki, Kəramət Böyükçöl Çölü babasını yaxşı tanıyır...

 

Aygün ƏLİYEVA

525-ci qəzet.-2010.- 25 dekabr.- S.19.