EMİN “Wonder” albomunu yeni konsert proqramını təqdim edib

 

Dekabrın 25-də Heydər Əliyev Sarayında müğənni EMİN (Emin Ağalarov) “Wonderadlı beşinci albomunun təqdimatını keçirib yeni konsert şousunu nümayiş etdirib.

 APA-nın məlumatına görə, anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. EMİN-in konserti üçün saray səhnəsində xüsusi böyük ölçülü 3 Led ekran quraşdırılıb. Ötən konsertlərdə olduğu kimi, bu dəfə səhnə dizaynında, əsasən qara rəngdən istifadə olunub. EMİN Azərbaycan tamaşaçısını salamlayıb, bu səhnədə çıxış etməyin onun üçün çox xoş olduğunu bildirib: “Bu il ərzində bir çox şəhərdə konsertlərim olub. Həmin şəhərlərdə 20-25 dərəcə soyuq olduğu halda, Bakı hər zamankı kimi günəşlidir. Burada beşinci albomumun təqdimatını mənimlə birgə keçirdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.

EMİN konsertin ilk dəqiqələrindən zalı ələ almağı bacarıb. Müğənninin hər ifası alqışlarla bravosədaları ilə müşayiət olunub.

EMİN konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən avtoqraf istəyənlərin hər birinə rəğbətlə yanaşıb. EMİNi səhnədə altı musiqiçi üç bek-vokal müşayiət edib. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi SSRİ xalq artisti, Azərbaycanın unudulmaz müğənnisi, eyni zamanda ailəsinin yaxın dostu Müslüm Maqomayevi xatırlayıb. Səhnədə qurulmuş böyük ekranda Müslüm Maqomayevin ifasında özünün bəstələdiyiSinyaya veçnostmahnısı nümayiş etdirilib. Müğənni pərəstiş etdiyi özünə sənət müəllimi hesab etdiyi bu böyük səs qarşısında baş əyib, hər zaman ona bənzəməyi arzuladığını deyib: “Heç kimə sirr deyil ki, Müslüm Maqomayev bənzərsiz səsə malik olub. Hər zaman hansısa hərəkətimlə ona bənzəmək istəmişəm. Onun bu möhtəşəm ifasını göstərməkdə məqsədim bütün dünyada Müslüm Maqomayev qədər böyük sənətkarın olmadığını bir daha xatırlatmaq idi”.

 EMİN “My way” “Bremen musiqiçiləricizgi filmində böyük sənətkarın ifa etdiyiTrubadorun mahnısı”nı səsləndirərək, Müslüm Maqomayevin xatirəsini ehtiramla anıb. Konsertdə müğənni həm əvvəlki, həm yeni mahnılarını oxuyub. O, “Still”, “Wonder”, “All i need to night”, “Beautifull day”, “Tomorrow” mahnılarını ifa edib. “Ruhfilmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını isə həyat yoldaşı Leyla Əliyevaya həsr edib bu mahnının ifası zamanı səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qırmızı qızılgül verib. Daha sonra EMİN Heydər Əliyev Sarayının ən sonuncu tamaşaçı sırasına kimi qalxıb. O, tamaşaçılara avtoqraflar verib, fotolar çəkdirib. Daha sonra EMİN repertuarında olan bir çox radio dalğalarında səsləndirilən “Always” mahnısını oxuyub bildirib ki, bu mahnı artıq Londonun əsas radiostansiyasında da yayımlanır. Müğənni proqramı bitirdikdən sonra, tamaşaçıların alqışları altında yenidən səhnəyə qayıdıb daha bir neçə mahnı ifa edib. EMİNin yeni proqramını izləməyə gələnlər arasında dövlət rəsmiləri olub. Müğənninin bu konserti xeyriyyə məqsədi daşıyıb. Konsertdən əldən olunan vəsait Azərbaycanda uşaq evlərinə veriləcək. Konsertdən sonra isə EMİN “fan-klub”u ilə görüşüb. Onlara avtoqraf verib, foto çəkdirib. Müğənni pərəstişkarlarına üzərində EMİN yazılmış futbolkalar yeni diskini hədiyyə edib. Konsertə gələn hər bir tamaşaçıya da EMİNin yeni albomundan hədiyyə edilib. Bakıdakı üç konsertimdən ümumilikdə 250 min dollara yaxın vəsait yığılıb. İlk konsertimdən əldə olunan 50 min dollara uşaq evləri üçün avtobuslar alındı. İkinci konsertdən isə 100 min dollar gəlir əldə olundu həmin vəsait Şüvəlan Uşaq Evinin tikintisinə sərf olundu”. Bu sözləri isə EMİN jurnalistlərə açıqlamasında deyib. Müğənni sonuncu konsertindən 100 min ABŞ dollarına yaxın vəsait yığıldığını, bu gəlirin uşaq evlərində ehtiyac duyulan tibbi ləvazimatların alınmasına sərf olunacağını qeyd edib: “Bu vəsaitə əlil uşaqlar üçün musiqi alətləri alınacaq. Biz bu yolda əlimizdən gələn hər şeyi etməyə hazırıq bundan sonra da edəcəyik”. EMİN “Tək olarkən ən çox hansı Azərbaycan mahnısını zümzümə edirsinizsualına belə cavab verib: “Əlbəttə ki, ən çox Müslüm MaqomayevinAzərbaycanmahnısını oxuyuram. Sonda EMİN Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı münasibətilə təbrik edib.

 

525-ci qəzet.- 2010.- 28 dekabr.- S.7.