Həsən Seyidbəylinin 90 illiyi qeyd olunub
Muzey Mərkəzində görkəmli
Azərbaycan kinorejissoru,
kinodramaturq, ssenarist Həsən Seyidbəylinin
90 illik yubileyi keçirilib. Gecə Həsən Seyidbəylinin
həyat və yaradıcılığının müxtəlif mərhələlərini
əks etdirən videoçarxın nümayişi
ilə başlanıb.
Dövlət Film Fondunun
təşkilatçılığı ilə gerçəkləşən
tədbirdə çıxış
edən fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Həsən Seyidbəylinin
yaradıcılıq yoluna
ətraflı nəzər
salıb: “Kino tariximizin
bir sıra ən parlaq səhifələri məhz
Həsən Seyidbəylinin
adı ilə bağlıdır. Onun ssenariləri əsasında
“Doğma xalqımıza”
bədii-sənədli, “Qızmar
günəş altında”,
“Uzaq sahillərdə”
bədii, “Toral və Zəri”, “Sağ ol, dostum”
animasiya, “Sovet Azərbaycanı” televiziya,
“Kamillik” sənədli
filmləri yaradılıb.
Həsən Seyidbəyli
ilk dəfə 1947-ci ildə
“Bakıdan Göygölədək”,
bunun ardınca 1949-cu ildə “Quba bağlarında” və “Tərtərçay vadisində”,
“Böyük yol” kinoçerklərini lentə
alıb. “Bizim Cəbiş müəllim”,
“Nəsimi”, “Telefonçu
qız”, “Xoşbəxtliyin
qiyməti” və başqa bədii filmlərilə əbədiyaşarlıq
qazanıb”. Kinoşünas Aydın Kazımzadə
H.Seyidbəylinin kinorejissoru
kimi səkkiz tammetrajlı bədii filmə quruluş verdiyini, bunlardan altısının həm
də ssenari müəllifi olduğunu dilə gətirib. Tədbirdə Azərbaycan
Kinematoqrafçılar İttifaqının
sədri, xalq yazıçısı Rüstəm
İbrahimbəyov, xalq
artisti Rasim Balayev və başqaları rejissorun zəngin yaradıcılıq
irsi haqqında fikirlərini bölüşərək,
onun Azərbaycan kinematoqrafiyasının inkişafındakı
misilsiz xidmətlərini
vurğulayıblar.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 28 dekabr.- S.7.