“Şopen ili” çərçivəsində daha bir fortepiano ilə solo konsert
Rüstəm Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı,
əməkdar artist Nərgiz
Əliyarovanın fortepiano ilə
solo konserti baş tutub. Dünyaşöhrətli
Polşa bəstəkarı
Şopenin 200 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, Polşanın ölkəmizdəki
səfirliyinin birgə
təşkilatçılığı ilə Azərbaycanda həyata keçirilən
“Şopen ili” çərçivəsində təşkil olunan konsert proqramında F.Şopenlə yanaşı,
Cövdət Hacıyevin,
Qara Qarayevin, Aqşin Əlizadənin, Vaqif Mustafazadənin, Firəngiz Əlizadənin,
Azər Rzayevin də əsərləri səslənib. Sonda çıxış edən professor, əməkdar
artist N.Əliyarova tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirib. Qeyd edək ki, muzeydə Şopenə həsr olunmuş 30 rəsm əsərindən
ibarət sərgi də nümayiş olunub.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 28 dekabr.- S.7.