Arxeologiya
və jurnalistika: bir ürəyin qoşa qanadı
Qafar 1950-ci ildə
İsmayıllı rayonunun “ormanlar içində duran”o
məşhur Talıstan kəndində dünyaya göz
açıb.
Cəfər kişinin gözləri
gülüb, qəlbi sevinib. Anası Gül
xanımın arzuları
Qafar əsrarəngiz
təbiətin çəmənzarında
gül-çiçək ətrində uyuya-uyuya
böyüyüb, boya-başa çatıb. Uşaqlığında
Talıstanın başı ağ
çalmalı dağlarında heyrətlənib. Meşə və yamaclarında ayaq izləri,
qayalarında qaynar yanar gözləri qalıb. Buz bulaqların zümzüməsini, axar
çayların mahnısını dinləyib. Quşların cəh-cəhini, pəh-pəhini
eşidib. Ceyran, cüyürlərin ox kimi
dartılaraq süzməsindən heyranlanıb, heyrətə
düşüb. Gəncliyində
gözlərdən, gözəllıklərindən ilham
alıb, xəyallanıb. Bu ülvilik, bu
əsrarəngizlərin hamısı qəlbində yuva
salıb, şirin-şəkər, doğma, əziz xatirələrə
çevrilib. Qafar indi o günləri,
gedər-gəlməz çağları elə hey
xatırlayır, haylayır, haraylayır.
Xeyli vaxtın
söhbətidi. Bir payız gecəsi Talıstanda
Qafarın atası Cəfər kişinin qonağı oldum.
Dünya görmüş sözlü-
söhbətli kişidir. Mən Qafarın
yurd, yuva qədrini bildiyini, son dərəcə
təlim-tərbiyəli olduğunu, böyüyün,
kiçiyin yerini bildiyini, onun artıq görkəmli alim
olduğunu və iti qələmə malik jurnalist kimi
tanındığını söylədikcə kişinin
qəlbi sevinir, gözləri gülürdü. Hər
cümlə başı, sağ ol, Allah razı olsun, deyib,
minnətdarlığını bildirirdi...
Cəfər kişi, – ay Teymur
müəllim, deyirlər uşaqlığında
dəcəl olan uşaq böyüyəndə sakit olur. Tamamilə başqalaşır. Bizim
bu Qafar da çox davakar, ipə-sapa yatmayan, yetənə
yetən, yetməyənə daş atan dəcəl bir uşaq
idi. Hər dəfə qonum-qonşu
mənə şikayət eləyəndə – qələt
eləyir, özüm dərsini verərəm, deyirdim. Lakin cəfakeş övlad olduğundan,
xətrinə dəymir, danlamırdım. Elə
ki, yuxarı siniflərə qədəm qoydu,
gəncləşdi, xasiyyəti və davranışı da
döndü. Ağıllı, təmkinli,
mətləb qanan bir gənc oldu. Yaxşı
oxumaqla yanaşı hər bir işimizə yaradı.
Qoyun-quzu da otardı, ot da biçdi,
qış üçün odun da tədarük gördü. İnanın, heç nədən xəbərim
olmazdı.
– Ay Cəfər kişi, bir övlad
ki, ataya-anaya hayan oldu, onun başı uca, ürəyi
sağlam, ruzisi bol, işləri də avand olar. Eldə-obada sayılar, seçilər, hörmət
sahibi olar. Qafar da belələrindəndir.
Xatırladım ki, Qafar müəllim uzun illər
Bakı, Qəbələ, İsmayıllı, Ağsu,
Kürdəmir və digər bölgələrdə arxeoloji
axtarışlar aparan inadlı, inamlı, israrlı bir alimdir,
elmi ictimaiyyət arasında kifayət qədər
yaxşı tanınan görkəmli arxeoloqdur. Sayılan,
seçilən, öndə gedən arxeoloqdur. Bir
dəfə ona belə bir sual verdim:
–Ay Qafar, necə oldu ki, bu çətin,
dözülməz, hətta mən deyərdim,
müşkül bir sənət seçdin?
O gülümsəyərək, həm də bir
qədər utana-utana, – səbəbkar sizsiniz, – dedi.
Gəncə şəhərində ali
məktəbdə oxuyarkən Sizin “Azərbaycan
arxeologiyasının oçerkləri” adlı
kitabınızda Qordon Çaylda istinadən
yazdığınız “Arxeologiya tarix elmində
çevriliş etdi. Teleskop astronomun
görüş dairəsini genişləndirdiyi
dərəcədə arxeologiya da tarix elminin üfüq
sahəsini genişləndirdi. Mikroskop
biologiya üçün böyük orqanizmin daxilində
ən kiçik hüceyrələrin həyatının
olduğunu açdığı kimi, arxeologiya da tarix
üçün keçmişi öyrənmək perspektivini
yüz dəfələrlə artırdı.
Nəhayət, arxeologiya tarix elminin həcm və məzmununda
radioaktivliyin kimyada etdiyi dəyişikliklər kimi
dəyişiklərə səbəb oldu ”
kimi hikmətli fikr məni sehrə saldı...
Qafar müəllim ötən il
Ağsu rayonu ərazisində Azərbaycan arxeologiya elmində
nadir hadisə sayılan XVIII əsrə aid geniş bir
qazıntı başladı. Hamımıza qeyri-adi
görünən və sonsuz marağa səbəb olan
işlə
Qafar müəllim alnı
tərli, əliqabarlı olsa da, böyük eşqlə, bir
ayrı həvəslə qazıntıdan və
tapıntılardan həvəslə danışır, bu böyük
və gərəkli işin hələ başlanğıc
olduğunu bildirdi.
Həqiqətən arxeoloq
olmaq son dərəcə çətin, bununla bərabər
həm də olduqca şərəfli bir işdir. Arxeoloq
cəfakeş fəhlədi, yuxusuz gecələr
keçirən alimdi. Ayağı dəmir
çarıqlı dəvrişdi, səyyahdı,
əqidəli, dözümlü insandı. Kəşfiyyatçı, tarixçi və həm
də bərpaçıdı. Hərtərəfli
biliyə, geniş erudisiyaya, güclü məntiqə,
dərin müşahidə qabiliyyətinə malik,
ürəyi vətən tarixilə döyünəndi. Həqiqətlə, əfsanəylə,
nağılla maraqlanan, onları toplayıb ərsəyə
gətirəndi. Bütün bu
yüksək keyfiyyətləri özündə
birləşdirən, arxeoloqların ön sıralarında
gedən Qafar müəllim də bax beləcə hər
cür ehtirama, minnətdarlığa layiq bir insandır.
Qəbələ
ölkəmizin min illik paytaxtı olub. Yarım
əsrdən çoxdur ki, orada görkəmli alimlər
tərəfindən tədqiqat işləri aparılır.
İndi həmin işləri görkəmli
arxeoloq İlyas Babayevlə birlikdə Qafar müəllim davam
etdirir. 2009-cu ildə ürəyim
atlandı, mən də Qəbələ qazıntılarında
iştirak etmək həvəsinə düşdüm. Dostların dəvəti ilə oraya yollandım.
Qafar Cəbiyevin qazıntı sahəsində
işlədim. Tapılan maddi mədəniyyət
qalıqları ilə
Arxeoloqun işi təkcə tarixi abidələri, mənəvi zənginlikləri tapıb aşkarlamaq deyil, həm də yuxusuz gecələrə qatlanıb ürəyinin istəyilə xalqına layiq əsərlər yaratmaqdır. Bu sarıdan da tarix elmləri doktoru Qafar Cəbiyevin əməyi və gərgin fəaliyyəti qibtəyə layiqdir. Alimin yüz əllidən çox elmi məqaləsi və bir sıra kitabları çoxəsrlik tariximizə layiqli xidmətdir. Onun gərgin əməyinin, səmərəli axtarışlarının məhsulu olan və bu günlərdə çapdan çıxan, həm də yeniliyi, əhatəliliyi, dərin məzmunu ilə seçilən “Girdiman tarixi” adlı irihəcmli, fundamental monoqrafiyası arxeologiya və tarix elmimizə əvəzsiz töhfədir. İlk orta əsrlər dövrünün bir sıra öyrənilməmiş və qaranlıq qalan məsələlərinə işıq saçan bu əsər həm də ermənilərin yalançı uydurmalarına tutarlı cavabdır.
Görkəmli alimin ürəyində döyünən qoşa qanadının biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun müxtəlif mətbuat orqanlarında çap olunan beş yüzdən çox elmi-publisistik məqaləsi dediklərimizi təsdiqləyən və müəllifə şərəf gətirən dəlil-sübutdur. Qafarın ilk kitabı olan “Arxeologiya və romantika” əsərində elmlə jurnalistika qovuşaraq qoşa qanada çevrilib. “Can Azərbaycan” kitabında vətənimizin, qədirbilən xalqımızın çoxşaxəli tarixi, adət-ənənələri, mənəvi dünyası böyük eşq və həvəslə tərənnüm edilir. “Bura Vətəndir” kitabı eyni hissin, həyəcanın, vətən sevgisinin, torpaq qeyrətinin təzahürü, tərənnümü və təsdiqidir. “Azərbaycan keramikası” adlı monoqrafiyası Azərbaycandan çox-çox uzaqlarda da dəyərli tədqiqat əsəri kimi qəbul olunur.
O, həmçinin, həssas, qayğıkeş, həm də çalışqan bir pedaqoqdur. Uzun illərdir ki, ali məktəblərimizdə Azərbaycan tarixini və arxeologiyasını tədris edir. Hazırda Azərbaycan Müəllimləri İnstitutunun ictimai fənlər kafedrasının müdiridir. Görkəmli alim, gözəl müəllim, tanınmış jurnalist olan Qafar Cəbiyev həm də fəal ictimaiyyətçidir. “Qızıl qələm” mükafatı laureatıdır. Qafar müəllim 2003-cü ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 4 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2007-ci ildə ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə o yenidən altı il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Heç şübhəsiz, bütün bunlar Qafar Cəbiyevə olan ehtiram və qayğının nəticəsidir.
Ulularımız gözəl deyiblər ki, hər şey gəldi – gedərdi, bir insanlıq qalacaq. Bəli, insan təbiətin tacı, yer üzünün əşrəfidi. Qafar sevilən, sayılan, seçilən əşrəf insanıdı. Dağlar oğlu dağ təbiətlidi. Safdı, sadədi, sədaqətlidi, səmimidi. Özü bütöv, sözü bütövdü. İstiqanlıdı, vətəncanlıdı, el-oba qeyrətlidi. Təlim-tərbiyəli, həyalı, abırlı, ismətli, isbatlıdı. Qəlbi tər-təmiz, dupdurudu. Cəfakeşdi, hamıya can yandırandı. Ağayanadı, hərəkəti, oturuşu, duruşu ilə yadda qalan, diqqəti çəkəndi. Nümunəvi ailə başçısıdır. Qayğılıdı, candan yanandı.
Qafar müəllim 60-ı arxada qoydu. Arxaya boylandı. Mənalı ömür sürdü, vətənimə, xalqıma, dövlətimə hələ çox borcluyam dedi. İndi yetmişə qədəm qoydu. Yetmişinin qədəmi mübarək, canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün. Səksəndə daha böyük uğurlar, qələbələr qazanacağına əminəm. Doxsana boylan, sonra da yüzü harayla, əzizim!.
Teymur Bünyadov,
akademik
525-ci qəzet.- 2010.- 28 dekabr.-
S.6.