Azərbaycan Aşıqlar Birliyində illik hesabat iclası olub

 

Birliyin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq sənəti ilə bağlı bu il bir sıra önəmli tədbirlərin həyata keçirildiyini bildirib: “Görkəmli aşıqlarımızın yubileyləri qeyd edildi, onlar haqqında kitablar nəşr olundu. Bu tədbirlərin içərisində ən yadda qalan yaxşı mənada səs-küyə səbəb olan layihə Beynəlxalq Aşıq Festivalının keçirilməsi oldu. Aşıq sənətinin dünyaya tanıdılmasında görülən işlər bizim sevinc qürur mənbəyimizdir. Biz sevinirik ki, hörmətli prezidentimiz İlham Əliyevin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın yüksək diqqət qayğısı aşıq sənətinin təbliğində böyük rol oynayır”. Zəlimxan Yaqub qeyd edib ki, “Sazımız Sazbəndimizadlı kitab hazırlanır, toplunun üzümüzə gələn il oxuculara təqdim olunması nəzərdə tutulur. Xalq şairi 2011-ci il üçün planlaşdırılan tədbirlər haqqında da qısa məlumat verib: “2011-ci ildə keçiriləcək tədbirlərimiz çoxdur. Ən başlıcası isə Aşıq Ələsgərin 190 illiyi ilə bağlı bölgələrdə təşkil ediləcək silsilə tədbirlərdir. Bundan başqa, Molla Cümə, Sarı Aşıq günləri, “Sazımız Sazbəndimizkitabının nəşri təqdimat mərasimi, “Ozanjurnalının daha yüksək səviyyədə nəşr olunması bir sıra mühüm tədbirlərin keçirilməsi planlaşdırılır”. Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev aşıq sənətinə getdikcə artan maraq qayğının təqdirəlayiq bir hal olduğunu vurğulayıb: “Aşıqlar Birliyinin yaradılması aşıq sənətinin, sazın, aşıqlarımızın ən böyük uğuru hesab etmək olar. Vaxt vardı ki, aşıq sənəti diqqətdən kənar qalmışdı yavaş-yavaş xalqın yaddaşından silinmək təhlükəsi ilə qarşılaşmışdı. Ancaq son vaxtlar görülən tədbirlər nəticəsində aradan qaldırıldı”. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, şair İlyas Tapdıq, alimlərdən İsmayıl Vəliyev, Rüstəm Kamal digər iştirakçılar da öz çıxışlarında aşıq sənətinin tarixindən bu sahədə aparılan tədqiqatların əhəmiyyətindən danışıblar.

 

GÜNEL

525-ci qəzet.- 2010.- 30 dekabr.- S.7.