“Bayatılar”
təqdim olundu
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair Xədicə Muradın “Bayatılar” kitabının təqdimatı gerçəkləşib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, xalq şairi Söhrab Tahir, filologiya elmləri doktoru Gülrux Əlibəyli, şairə Nurəngiz Gün və başqaları Xədicə Muradın yaradıcılığından söhbət açıblar. Çıxış edənlər Xədicə Muradın filologiya elmləri üzrə fəlsəfə doktoru olduğunu və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi və Azərbaycan Universitetində müəllim kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıblar. Təqdimat mərasimində xalq artistləri Həmidə Ömərova və Tariyel Qasımov kitabdan nümunələr səsləndiriblər. Sonda Xədicə Murad tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, yeni şeirlərini oxuyub.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 30 dekabr.- S.7.