ORALARDA KİMLƏR VAR: UİLYAM FOLKNER
TƏNTƏNƏ VƏ MƏĞLUBİYYƏT-3
Yalnız dünyanın məşhur
adamlarının deyil,sıradan insan məxluqunun hər birinin
bir şakəri var. Və insanlar bu şakərlə də bəzən
öz ölümlərini yaxınlaşdırırlar. Dünyaca
ünlü Amerikan yazarı Folknerin Atçılığa, Cıdıra
və ya bir çox idman növlərinə azarını bilənlər
bilir. Və Folknerin Ata olan ehtirasını heç nə əvəz
eləməyib.Bu yazıda da onun Ata, At idmanına – yəni
cıdıra olan ehtirasından söhbət
açılır və böyük yazarın
ölümünə də səbəb onun ata olan ehtirası
olmuşdur. Vaxtilə belə bir yazını
hazırlamağı mənə məsləhət görən
ədəbiyyatımızın ən namuslu yerlərindən
birinə layiq tərcüməçi və “mən
maarifçiyəm,bununla da fəxr edirəm” deyən unudulmaz
Natiq Səfərova həsr edirəm.
Hər gün 150 söz.
Folkner hər gün 150
söz yazırdı, nə vergül qoyurdu, nə nöqtə.
Bunlar hesablanmırdı, hesablananda ona pul vermirdilər.
«Hər günü işdən
sonra o dərsdən çıxmış məktəbliyə
daha çox oxşayırdı». Tələb olunurdu ki, səhəri
də bir o qədər söz yazılmalıydı. Cəmi 3
gün dözməliydi.
—Çətin idi, — jurnalist
söyləyir, — mən bundan əlavə öz materialım
haqqında da düşünməliydim.Bu sadəcə material
deyildi.
Cıdır, nə
cıdır. Atlar nə atlar. Və üstəlik də
Folknerlə yanaşı iş görmək lazım idi.
Onların materialı da eyni
səhifədə çap olundu, həmçinin elə
vermişdilər ki, mütləq gərək o biri səhifəni
də vərəqləməlisən.Bunun da öz çətinlikləri
var. Bu səhifədən o birinə keçəndə təzədən
gərək fikrini toplamalı olasan.Okean adamları haqqında
Konrada məlumat verən mütəxəssis kimi mehtər də
eyni şeyləri deyə bilərdi. Tərifləyib, əlavə
edərdi: «Bu adam bilmir ki, nədən yazır.»
Atçılıq
şöbəsindən olan jurnalist də bir az sonra suala cavab
verərkən eyni şeyi dedi. Bu ən dəqiq cavab idi. «Atdan
başı çıxmır». Ancaq hörmət xatirinə
dinmədi. Bu «müasir klassik» ona görə susdu ki, heç
nə demək lazım deyildi. Amma artıq demişdi fikrini:
«Hörmət edirəm, ancaq başa düşmürəm.»
İndi də bu iki fikir
qulaqlarımda səslənir və bu iki fikrin ayrı-ayrı
mənada deyildiyini də duyuram. Hörmətlə, çox
ehtiramla və qəti deyilən «başa düşmürəm»
o demək idi ki, çox istəyirəm ki, sizin oxucunuz olum,
ola bilmirəm, nəsə mane olur. Başqa cür
yozmayın.Axı hər kəsin öz biliyi var. Əgər
bir adam öz biliyi dairəsində maraqlı və dəyərlidirsə,
onda ondan başqa şeyləri tələb eləməyə
dəyərmi?
Hər ikisinin
qarşısında eyni cıdır, eyni yaşıl çəmən
idi. Eyni atlar idi.Hər ikisi də eyni şeydən
yazırdı:
hazırlıq günlərindən,
bir də yarış günündən.
Bu yarışa bütün
ölkə gəlmişdi. Ən adlı jurnalistlər və
böyük yazıçı dəvət olunmuşdu. Onlar
eyni obyekti də seçmişdilər: səhər məşqi,
tamaşaçıların fikri, rəqiblərin
gücü.Ancaq hərənin öz qayğısı, öz
atları vardı. Həqiqətən də hamısı eyni
idi. Ancaq kağız üzərində hər şey başqa
cür alınırdı. Əsasən, düşünülən
kimi olmadı və bu haqda danışmağa dəyməz!
Folkner bu yarış
haqqında bir bilici kimi yox, sadəcə bir yazıçı
kimi nə görmüşdüsə onu yazdı. O,
özünü bilici kimi göstərməyə
çalışırdı. Amma Folkner təyyarələr
haqqında cıdırdan yaxşı yazır. Aviasiyadan
danışanda sanki, onun özü yox kimsə başqası
danışırdı. Əslində Folkneri
maraqlandırmır kim qalib gələcək. Suopsi və yaxud
Naşya. Onunku rənglər idi, səslər idi, qoxular idi,
cıdırın təbiəti idi. O hələ üstəlik
mərcləşmişdi də. O yazırdı: «Adamları
cıdıra çəkən sadəcə maraq deyil,
cıdırın gözəlliyini də açıb göstərmək
çətindi, araşdırmaq çətindi. Nədə
axtarasan sehrini? Bu gücdümü, daxili həyəcanın
qüvvəsidimi: sürətdən və gücdən heyrətə
gəlirsən, görürsən ki, bu atlar öz
imkanlarını da ötüb keçərlər. Adamlar
beysbolu sevir, futbolu, boksu sevir. Cıdır isə adamları daha
çox cəlb edir: boksun kobudluğu çoxunu bezdirir, futbol
və beysbolun sonunu gözləməyə hövsələ
çatmır, cıdır ani şeydir, çox çəksə
iki-üç dəqiqə çəkir, sonra hər şey
təzələnir, təzələnib təkrar olunur, dəfə-dəfə
görürsən.»
Vergül, nöqtə
sonradan qoyulub. Kimsə bunları eləyib, ancaq onlarsız da
hiss olunur ki, yazıçı xırda şeylərlə
maraqlanmayıb, həqiqətən də birbaşa
düşünüb, birbaşa yazıb. Hiss edirsən ki, o həmişə
at barədə düşünüb, onun həyatı
ilxı ilə bağlı olub.
«Yer üzündə, — deyə
Folkner yazırdı, — atla maraqlanmayan, taleyini
onunla-sınamayan, şəxsi ehtirasını onunla soyutmayan
adamları barmaqla saymaq olar.»
İdman jurnalisti də bu
klassiklə birgə başını başlara qoşub
yazmışdı. Eyni cıdırdan yazmışdı, ancaq
sözlər də başqaydı, rənglər də, əslində
cıdır da başqa cıdır idi, idman jurnalisti görə
bilmədiklərini, böyük yazıçı görməyə
bilməzdi. Amma onun da görmədikləri şeylər
vardı. Misal üçün: məşqçilər
yarışdan qabaqkı gecəni otağa getmirlər, onlar
tövlədə ot ələf üzərində gecələyirlər.
Bu vicdan məsələsidi, ənənədi. Təkcə adət
deyil, sadəcə olaraq cıdırın qaydası qanuni belədi:
24 saat məşqçi onların taleyinə cavabdehdir. Nə
mehtər, nə jokey, nə də at sahibi. Ancaq məşqçi
cavabdehdir. Nə var axı burda? Səhəri isə, nəinki
səhəri, hətta cıdır qurtaran kimi, əgər
atın qanında dırnaq boyda doppinq tapılsa, onda at
mükafatdan məhrum olur, məşqçi məhkəməyə
verilir. «Yox, o heç bir dərman-zad atmayıb. Deməli o,
namuslu idmançıdır» — Ola bilər, ancaq qanun qanundur, məşqçi
24 saat ata cavabdehdir. Nə olsa ondan soruşurlar.
Ona görə də at və
ələf içində tövlədə yatır o. Elə
şeylər var ki, idman jurnalistləri də onu görə,
duya bilmirlər. Belə şeylər haqqında ancaq
iştirakçı Jokey danışa bilər.Ancaq jokey hiss
eləyir ki, bu atın gücü nə qədərdir.
Yazıçı cıdır meydanındakı çəmənliyə
yağan yağışın poeziyasını duyduğu kimi
«Suons yüyəni gəmirirdi, — deyə qalib jokey söyləyirdi,
— Suons yüyəni gəmirirdi. Mənsə istəyirdim ki, hələ
kiminsə arxasınca gedim, ancaq Suons yüyəni gəmirirdi,
o zaman yüyəni boşaltdım. Fikirləşdim ki, bəlkə
belə yaxşıdır. O, irəli çıxdı və
təri soyudu. Ancaq Naşaua hirsli idi. Onda ki, biz
axırıncı mərhələyə çıxdıq.
Eddi (Eddi Arkoro — amerikanın ən məşhur jokeylərindən
biri, Naşauanı sürən) yüyəni çəkdi, mən
də yüyəni çəkdim ki, son mərhələdə
Suons biclik eləməsin, sakitləşsin.»
Adamlar özündən
çıxmışdı. «Eddi bu saat irəli
çıxacaq. Eddi onlara göstərəcək.»
Böyük Eddi,
Böyük Naşaua nə bilirdilər, onu da elədilər.
Ancan Suons birinci gəldi. Ona
görə jokeylərdən biri öz atını vaxtında
başa düşdü, onun yüyənini buraxdı.
Cıdır biliciləri,
kabinetlərdə yarışlar haqqında nəticə
çıxaranlar o saat dedilər.
«Məşhur Foryayerin
qızıdır Suons».
Və günlərin bir
günündə, Folkner atla gəzərkən,
yıxılır, bu yıxılmaqla da bel sümüyü
çatlayır, damarlarında qan dövranı pozulur,
çox çəkmir ki, ölür.
—Mən ona həmişə
deyirdim, — dəmirçi xatırlayır,- deyirdim, artıq
yaş o yaş deyil, miniyə gəlməyən atlarla
işin olmasın. Ancaq onun da xam atlar xoşuna gəlirdi.
Folknerin
yıxıldığı atın adı — Dəmir
Dalğaydı, bu da ona yaraşırdı.Şakəri
atlardandı. Əgər xatırlasaq ki, düşmən
gülləsindən ölən ehtiyatda olan polkovnik Folknerin
babasının təşkil etdiyi fermanın da adı simvolik
olaraq Dəmir Dalğa (Stoun — Yoll) idi, onda hər şey
aydın olur.
Çap etdirdiyi
axırıncı kitabında da Folkner atdan yazır. Bu «Rəqiblər»
romanının müəyyən fəsilləri at
oğrularındandır. Bəzi fəsilləri isə
maşın oğruları, avtomobil oğrularından
danışır. Həmişəki kimi Folkner müxtəlif
epoxaları birləşdirərək bu faciəni At və
Maşın oğrularının sifətində ifadə eləyir.
Axı nə eləyərdi? Birincisi Dəmir Dalğa cinləndirməzdi.
Hər şeyin öz çəmi var. Folkner sadəcə
olaraq bu cür atda gərək tək getməyəydi. Öz
işini bilən və boş yerə riskə gedən
adamlardan fərqli Folkner inadından əl çəkmir.
Fillian prinsipi beləydi. «Ən çətin ayaqda gərək
atdan bərk yapışasan».
Folkner (65 yaşına bir ay
qalmış) atdan kürəyi üstə yıxıldı.
Yıxılmağı ilə atın dayanmağı bir oldu.
Həmişə belə olur: sürəni yerə vurandan sonra
dayanıb baxır. At da bilir ki, sahibsiz hara getmək olar. Dəmir
Dalğa gördükü, sahibi tərpənmir. O qədər
yaxın gəldi ki, Folkner qalxıb yüyəndən tutmaq
istədi. Heyif əli çatmadı. Folkner taqətsiz idi.
Yumaş dodaqları ilə sahibini yalayıb, yenə də kənara
çəkildi.Dayandı. Durub-durub yoruldu. Birdən evə
üz tutdu və gözdən itdi. Yolu bilirdi.
Sahibsiz atı görən
kimi o saat hay-küy qopdu. Evdəkilər hadisə yerinə gəldilər.
Hirsli Folkner axsaya-axsaya yeriyirdi.
Sonra əsl at sürən
kimi yenidən yəhərə qalxdı, çəmənliklə
sürdü. Hətta kiçik xəndəklərdən də
atla tullandı.
Bundan sonra o köhnə
dostu, həkimin yanına getdi və: « vəziyyət
ağırdı».
—Neyləməliydim, — dedi
Folkner, — o heyvana qulaq asmalıydım.
Folkner at barədə bir kəlmə
də olsun acıqlı söz demədi.
—Bu at fiquru Folknerdən xatirədir,
— deyə dəmirçi danışır. Çoxları məndən
onu istəyir. Çox pul verənlər də var. Mən cavab
verirəm: Yox, bu mənə Folkneri xatırladır.
Son
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 31 dekabr.-
S.23.