Rəssam Nağdəli Xəlilovun əsərlərinin sərgisi açılıb

 

Müasir İncəsənət Mərkəzində rəssam Nağdəli XəlilovunYeni eraDünya Rəssamlıq Akademiyasına seçilməsi münasibətilə onun əsərlərinin sərgisi təşkil olunub. Tədbir Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub. Sərgidə Azərbaycanın tanınmış rəssamları, elm sənət adamları iştirak ediblər. Xalq rəssamı Xanlar ƏhmədovYeni eraDünya Rəssamlıq Akademiyasının diplomunu fəxri geyimi Nağdəli Xəlilova təqdim edib. Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov Nağdəli Xəlilovun həyat yaradıcılığından danışıb. N.Xəlilovun istedadlı rəssam insan kimi məziyyətlərindən, ölkə incəsənətini xaricdə layiqincə təmsil etməsindən söz açan A.İbrahimov onun bu sahədə uğurlarının davamlı olacağına əminliyini bildirib: “Nağdəli Xəlilov Azərbaycanın tanınmış rəngkarlarından biridir. Fəaliyyət göstərdiyi illər ərzində boyakarlıq janrında özünəməxsus üslubda çox gözəl əsərlər yaradıb”.

Əməkdar rəssam Ənvər Qarayev Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silovun təbrik teleqramını oxuyub. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev rəssamı təbrik edib.

N.XəlilovYeni eraDünya Rəssamlıq Akademiyasının yeni təşkil olunduğunu bildirib, Akademiyanın məram məqsədlərini açıqlayıb: “Qurumun əsas məqsədi seçilən rəssamların dünyanın hər yerində sərgilərini təşkil etmək, onları tanıtmaqdır. Sevindiricidir ki, hər ölkədən iki, yaxud üç rəssamın seçildiyi Akademiyaya Azərbaycandan altı nəfər seçilib. Biz Azərbaycan incəsənətini dünyada tanıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Sonda mərasim iştirakçıları sərgiyə baxmağa dəvət olunublar.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 3 fevral.- S.7.