Gənc rəssamların
sərgisi təşkil
olunub
Gənclər və İdman Nazirliyilə Rəssamlar İttifaqı
Vəcihə Səmədova
adına Mərkəzi
Sərgi Salonunda 2 fevral Gənclər günü münasibətilə
Azərbaycanın gənc
rəssamlarının sərgisini
təşkil edib. Sərgidə 180-ə yaxın
rəsm əsəri nümayiş olunub. Tədbirdə çıxış
edən Rəssamlar İttifaqının katibi,
xalq rəssamı Ağaəli İbrahimov
15 ilə yaxındır
ki, mütəmadi olaraq Gənclər və İdman Nazirliyi ilə birgə sərgilər keçirdiklərini bildirib.
Bu illər ərzində sərgilərdə
iştirak edən gənc rəssamlardan artıq 7-si əməkdar
rəssam adına layiq görülüb: “Son illər gənclərə böyük
qayğı göstərilir,
prezident təqaüdü
alırlar. Gənclərin
həm xaricdəki sərgilərdə iştirakı,
eyni zamanda fərdi sərgilərinin
təşkili dəstəklənir”.
Sonra Rəssamlıq Akademiyasının
prorektoru Səlhab Məmmədov, Gənclər
və İdman Nazirliyinin, eləcə də Mədəniyyət
və İncəsənət
Universitetinin nümayəndələri
çıxış edib,
yaradıcı gənclər
barədə fikirlərini
bölüşüblər.
S.QARAYEVA
525-ci qəzet.-
2010.- 3 fevral.- S.7.