Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub

 

TANINMIŞ ƏDƏBİYYATŞÜNAS BU KİTABINDA POEZİYA İLƏ BAĞLI BİR SIRA MARAQLI MƏSƏLƏNİ TƏDQİQATA CƏLB EDİB

 

Mütərcimnəşriyyatı tənqidçi Cavanşir Yusiflinin yeni kitabını – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxışı nəşr edib. Kitabda görkəmli Azərbaycan şairi Əli Kərimin fərdi yaradıcılıq üslubu araşdırılır, onun poeziyasının ənənə ilə müxtəlif aspektlərdən görünən əlaqə münasibətləri tədqiqata cəlb edilir. Müəllif araşdırmasında milli ədəbiyyat tarixi nəzəri fikir üçün maraq doğuracaq məsələlərə toxunur. O, klassik şeirin dəyərli nümunələri ilə müasir poeziya mətnləri arasında əlaqələrdən bəhs edir, müasir poeziyanı yaradan şəxslərin əsərlərindən ədəbiyyat tarixinin necə görünməsini araşdırır.

Tədqiqatın giriş hissəsində görkəmli Azərbaycan alimi Əhməd CəfəroğlununQaraxanlılar dövrü türk ədəbiyyatıməqaləsinə istinad edilir. Alimin adıçəkilən məqaləsində belə bir fakt qeyd olunub ki, 1909-cu ildə Orta Asiyada aparılan arxeoloji qazıntılar zamanı tapılan Saraycıq teşti üzərində Əhməd Yəsəvinin hikmətləri həkk edilibmiş. “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxışkitabında qeyd edilir ki, “həmin əşyalar üzərində həkk edilən misralar sonradan bizim sevdiyimiz şairlərin ruhunda, üslubunda, poetik nəfəsində təkrar doğuldu. Fikrimizcə, hər bir milli ədəbiyyatda fərdi yaradıcılıq üslubunu tanıdan, müəyyənləşdirən ən ümumi cəhət elə bundan ibarətdir”.

KitabGiriş əvəzi“, “Əli Kərim üslubuBədii mətndə poetik düşüncənin ritmiadlı hissələrdən ibarətdir.

 

 

AYTƏN

 

525-ci qəzet.- 2010.- 3 fevral.- S.7.