Təzədən doğulur şair ölən gün

 

Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvar ayının 27-də 85 yaşı tamam olardı. Fəqət o, cəmi 52 il yaşadı. İlk şerləri Böyük Vətən müharibəsindən əvvəl Tiflisdə çıxanYeni qüvvəjurnalında, ”Sovet Gürcüstanıqəzetində dərc olunmuşdu. O zaman Adil hələ həddi-buluğa çatmamışdı – 14 yaşı vardı. Gənclər arasında keçirilən poeziya müsabiqələrində qalib olardı. Tanrı sevimli bəndələrinə şairlik istedadı verəndə vətəndaşlıq pasportunu tələb etmir.

Adil Babayevin ilk şeriQanadlanmış şahinadlanırdı. Moskvadan Amerikaya ilk dəfə birbaşa uçuş həyata keçirən qəhrəman təyyarəçiyə həsr olunmuşdu. Bu minvalla yazdıqca, ara-sıra çap olunduqca, təcrübəsi , özünə inamı da artırdı. Bir gün ürəklənib şerlərini Bakıya göndərdi. Bax, bu məqama xüsusi diqqət yetirmənizi istərdim. Üzünü görmədən, heç bir xahişsiz-minnətsiz, adi poçt məktubu ilə göndərilən şerləri redaksiyada oxuyub bəyəndilər çap etdilər. Üstəlik ona cavab da verdilər, təşəkkür bildirdilər, qonorar da ayırdılar.

Təqvimdə 1945-ci il idi. Müharibənin qələbə sevinci bütün ölkəni bürümüşdü. Hamıda bir ruh yüksəkliyi vardı. Zarafat deyil, Sovet əsgəri Alman faşizmi üzərində böyük qurbanlar hesabına böyük qələbə çalmışdı, dünyanı dəhşətli ölüm, zülm kabusundan qurtarmışdı. Mətbuat səhifələri neçə qəhrəmanlıq, vətənpərvərlik mövzusunda yazılan şeirlərlə dolmuşdu. Təəssüf ki, onların əksəriyyəti forma məzmunca bir-birinə bənzəyirdi. Şeriyyəti, poetik həlli, dil üslubu, orijinallığı ilə diqqəti cəlb etmədiyindən onları yadda saxlamaq da müşkül idi. Belə vaxtda Adilin yeni şeirlərindən biriniKommunistqəzeti çap etdi. Şerdə bütün hadisə bir qocanın söhbəti üzərində qurulmuşdu . El- obasından uzaq düşən bu insan illərini qürbətdə keçirməli olur. Ahıl çağında vətənə dönməyə şərait yaranan kimi, ilk fürsətdən istifadə edib qayıdır. Təsadüfən rastlaşdığı gənclərə başına gələnləri danışır ... həsrət dolu illərdən sonra özü üçün çıxardığı nəticəni dilə gətirir. Şairin hədəfini bu misralar yaxalayır. O bənddə səslənən fikir təkcə qocanın qənaəti deyil, həm Adil Babayevin həyat fəlsəfəsi, vətəndaş mövqeyi, vətənpərvərlik çağırışıdır. O, bunu elə nəcib, təbii, sadə, səmimi təsvir elə yüksək məharətlə təqdim etdi ki, Səməd Vurğun kimi qeyri-adi oxucunun, meşələri, dağları, dərələri, düzləri daim yenilik sorağında dolaşan mahir ovçunun ürəyini ovsunladı. Adil BabayevinÇinarşerinin məzmunundan çıxan nəticəyə fikir verin:

 

Daddımsa aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

 

Adilin şeiri böyük söz sərrafına elə güclü təsir bağışladı ki, onun müəllifinin kimliyi ilə maraqlanmağa başladı. Redaksiyada ona bildirdilər ki, Adilin üzünü biz görməmişik. Şeirlərini poçtla göndərmişdi. Oxuyub bəyəndik, Əli müəllimə göstərdik ( xalq yazıçısı Əli Vəliyev o zamanKommunistqəzetinin baş redaktoru idi – E.B.). O da baxan kimi dedi ki, şeiri nömrəyə yerləşdirin, əladır.

Ertəsi günKommunistqəzetində Səməd VurğununMənim arzumadlı yeni şeiri dərc olundu. Bu poetik məktub iyirmi yaşlı Adil Babayevə ünvanlanmışdı:

 

Şair, incədir rübabın sənin!

Uçurdu qəlbimi çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz.

 

Bu misralarMənim arzumşerinin ilk bəndidir. Səməd Vurğunun Adil Babayevə xeyirduasının leytmotividir. Gənc şairə poeziya aləmində böyük yola çıxmaq asan başa gəlmədi. “Çinarşeri ilə o, bunu bacardı. İlk addımı möhtəşəm alındı. Az müddətdə imzasını tanıdılar, yazılarına diqqət artdı, tay-tuşları arasında sayılıb-seçilən oldu. Amma Adilin irəlilədiyi bu şərəfli yol bir addımlıq deyildi, bir ömürlük məsafə idi. O, bunu bilirdi, ammaMəim arzum”u oxuyunca, bildiklərini bilmədiklərini yenidən dəyərləndirdi. Şeirin digər bəndlərində məsləhət var, tövsiyə . Onun 35 illik yaradıcılıq yoluna nəzər salsaq, əminliklə deyə bilərik ki, “Mənim arzumşerinin müəllifi Səməd Vurğunun arzularının gerçəkləşməsi üçün B.Adil əlindən gələni əsirgəmədi nəticədə həm ustadının, həm özünün arzuları çin oldu. Gözəl şeirlər, poemalar, dram əsərlərinin müəllifi kimi çağdaş ədəbiyyatımızda layiqli yerini tutdu. Onun sonetləri barədə isə ayrıca danışmağa dəyər. Ömrünün son illərində bu janrda ardıcıl olaraq üç yüzə yaxın gözəl nümunələr bizə miras qoydu. Axırıncı yazdığı sonetNağıllar heç zaman kədərli olmurmisrası ilə başlayır. Qəribədir ki, onun ruhu bədənini tərk edən gecəƏdəbiyyat incəsənətqəzetində sonuncu şeir çələngi oxuculara təqdim olunmuşdu. Redaksiyanın əməkdaşı şair İsa İsmayılzadə axşam işdən evə dönəndə qəzetin ilk nömrəsini özəl hörmət bəslədiyi Adil Babayevə gətirdi. Çünki o bilirdi ki, Adil müəllim ədəbiyyat aləmində otuz beş illik yolçuluqdan sonra da hər dərc olunan şerinə ilk şeri qədər sevinir. Övladın birincisi ya beşincisi olmur, hamısı ilkimdir, – deyərdi şair. Hamısına ürəyinin yağını yedirdib, doğmalaşdırardı, əzizlərdi, böyüdüb boya-başa çatdırmasa oxucuya təqdim etməyə tələsməzdi. Bu səbəbdən onun şəxsi arxivində ərsəyə yetməmiş xeyli əsəri qaldı. Təkcə şeirlər, poemaları demirəm, “Molla Nəsrəddindramı, “Burulğan”, “Səhnə işıqlarıpovestləri yetim qaldı...  

1977-ci ildə onun yazdığı sonuncu sonetinin son misraları belə tamamlanır:

 

Mən ömür istəmirəm riya, xəyanət üçün,

Yurduma gərək olan söz üçün, sənət üçün

Ömürdən doymamışam, həyatdan doymamışam.

 

Adil Babayevin şeirlərindən biriTəzədən doğulur şair ölən günadlanır. O, buna inanırdı. Bir az dərindən düşünsək, görərik ki, həqiqətən belədir. Vəfatından sonra dövrü mətbuat səhifələrində dərc olunan şeirləri, müxtəlif teatrlarda tamaşaya qoyulan pyesləri, çapdan çıxan çoxsaylı kitabları, efirdə daim səslənən unudulmaz mahnıları, onun həyat yaradıcılığına həsr olunan televiziya radio verilişləri, dostlarının, məslək qələmdaşlarının xoş xatirələri bu hikmətə inamı artırır. Belə olan halda bu ayrılığa üzülmək yox, Sizə ünvanınıza 33 yaşın mübarək demək qalır, hörmətli Şair!

 

 

Etibar Babayev

 

525-ci qəzet.- 2010.- 6 fevral.- S.19.