Zəlimxan Yaqubun 60 yaşına yeni ərməğanlar

 

Xalq şairi Zəlimxan Yaqubun “Gəl” adlı kitabı yenicə işıq üzü görüb. Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında nəşr edilən kitabda şairin dillərdə gəzən nəğmələri, təkcə Azərbaycan oxucusuna deyil, bütün türk dünyasına tanış şeirləri, aşıqların, müğənnilərin ifa etdiyi mahnılar toplanıb. Taleh Həmidin redaktorluğu ilə çap olunan kitab 60 yaşın əlini sıxan şairin onu dərindən sevən oxucularına yığcam bir hesabatı xarakteri daşıyır. Bu, müəllifin ön söz əvəzi kitaba daxil edilmişGəlmişəmşeirində, xalqına ünvanlanan çağırışlarında öz əksini tapıb. Z.Yaqubu sevdirən şeirlərinin dillər əzbəri olmasına rəvac verən onun xalqına bəslədiyi sonsuz inamıdır:

 

Fikir taxtım, ağıl tacım, ruh yarım,

Dərd sirdaşım, qəm sevgilim, ah yarım,

Millət arxam, könül adlı şah yarım,

Bu günümə bu ləngərlə gəlmişəm.

 

Xalq şairinin Allaha, peyğəmbərinə olan sevgisindən su içən şeirləri ilahi qüdsiliyin millət sevgisi ilə vəhdətindən yaranıb:

 

Bəlli toxum, bəlli sünbül, bəlli dən,

Haqq özüdü müşkülləri həll edən.

Yük bağladım, maya tutdum əllidən,

AltmışımaPeyğəmbər”lə gəlmişəm.

 

Bütün çətin işlərin, müşküllərin həllini Böyük Yaradana həvalə etdiyindəndir ki, Z.Yaqub ömrün ən ağır məqamlarında da sınmayıb. Allahın sevimli bəndəsi olduğundan Tanrısı da onu dəfələrlə ölümün pəncəsindən qurtarıb. O dünya malından aza qane olub, amma poeziyaya gəldikdə maksimumusözlərin ən gözəlini, ən təmizini, ən təsirlisini seçməyə çalışıb. Bütün buən”lər onun sevgisindən qaynaqlanıb. Bu sevgi hər şeyi çəkib çevirməyə, heç nədən hər şey yaratmağa qadirdir:

 

Könlümüz havalı, gözümüz ac,

Gəncliyin havası başımızda tac,

Bir sənsən, bir mənəm, bir yaşıl ağac

Bu yaşıl ağacın altı bizimdir.

 

Gəlkitabındakı bütün şeirləri ilə Z.Yaqub, özü demiş, “təpədən dırnağaŞAİRdir. Əsl şairlər üçün yaşıl ağacın altı da kifayətdir:

 

Bu yaşıl ağacın üstü Allahın,

Bu yaşıl ağacın altı bizimdir.

 

Onun sevgisi Mövlanə sevgisidir, Z.Yaqub insanları dininə, irqinə, cinsinə, milliyyətinə baxmayaraq sevir. Bu, din sevgisindən yuxarı olan sevgi dinidir:

 

Sevgi günəş kimidir, düzə, tərsə bölünməz,

Təriqətə, məzhəbə, sinfə, dərsə bölünməz,

İngilisə, almana, rusa, farsa bölünməz,

Türkümün, ərəbimin, çinlimin adısevgi,

Mənim bircə dinim var, dinimin adısevgi.

 

Z.Yaqub indi ömrünün kamillik mərhələsinə qədəm basıb. Hərçənd ki, onun şeirlərində mükəmməlləşmə, müdrikləşmə prosesi hələ gənclikdə qələmə aldığı poetik nümunələrdə özünü göstərir. Onun 60 yaşı əslində zirvəsinə qar ələnən bir qocaman dağın əbədiyyət yolçuluğunda ölçülən an misalındadır. Şeirlərinin birində bunu özü səmimi bir şəkildə ifadə edib:

 

Zəlimxan, dağlara təpə gülməyə,

Qaya parçalanıb, daş tökülməyə,

Başa qar yağsa da, bel bükülməyə,

Belə qocalasan qocalanda da...

 

Xalq şairinin 60 illik yubileyinə bu yaxınlarda daha bir nəşr ərməğan olunub; Dünya Axıska Türkləri Birliyi QazaxıstanAxıskaMilli Mərkəzinin rəhbəri Ziyaeddin İsmihanın maddi mənəvi dəstəyi ilə işıq üzü görənSürgünkitabında sözügedən dərnəyin bir qrup fəalının, adamı jurnalistin xalq şairi ilə keçirdiyi görüşlər, verdiyi müsahibə, həmçinin şairin eyniadlı poeması, “Axıska”, “Türkelqəzetləri Altın körpüdərgisində Z.Yaqubla bağlı materiallar toplanıb.

Filologiya elmləri namizədi Ramiz Məşədihəsənli jurnalist-filoloq Hökümə Xəlilovanın müəllifliyi ilə çapa hazırlanan kitab tanınmış şəxsiyyətlərin ədəbiyyat xadimlərinin xalq şairi haqqında fikirləri ilə açılır. Azərbaycanın xalq yazıçısı İsa Muğanna Z.Yaqubuxalqımızın, gələcəyimizin şairikimi səciyyələndirir. Kitabda xalq şairi əsasən sovet illərində sürgün həyatı yaşamağa məruz qalan türk xalqları, Axıska türkləri soydaşlarımız haqqında ürəkağrısı ilə söhbət açıb. Bu kitabı şairin iştirakı ilə tarixi keçmişimizə bir səyahət adlandırmaq olar.

Kitaba daxil edilənÖzüm, sözüm, taleyimyazısında Z.Yaqub böyüdüyü Borçalı mühitinə, ailə-nəsil şəcərəsinə güzgü tutub.

Sonda, epiloq əvəzində şairin dünyagörüşü, xarakteri, əqidəsi ilə bağlı fikirləri yer alıb. Bu fikirlər böyük haqqa söykəndiyindəndir ki, Tanrı da həmişə təkcə Azərbaycan xalqının yox, bütün Türk dünyasının böyük şair oğlunu qoruyub, çətinliyin ölümün pəncəsindən qurtarıb: “Allah mənim mükafatımı verdi. Ev, bağ-bağça, gözəl yaradıcılıq otağı, birdən 50 qonaq gələndə onları qarşılamağa yer verdi. o kasıblıq məni sarsıtmadı, bu var məni havalandırmadı. Əksinə, mən bir az yuxarı qalxdıqca aşağıların yanına daha çox endim. Ona görə müalicədən gələndən sonra bu evə hər səviyyədə bəlkə bir neçə min insan gəlib. 100-ə qədər qurban kəsilib. Doktor Ziyaeddin İsmihan Türkiyədəki təmsilçisi Abbas bəyin vasitəsilə hər gün Allahdan imdad dilədi, “Allahım, bu Türkümü qoru!” dedi. Şükürlər olsun ki, Türk dünyasının duaları qəbul olundu”.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 12 fevral.- S.7.