Şairə Gülarə Munisin yaradıcılığı müzakirə edilib

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairə Gülarə Munisin yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirilib. Ağa Musa Nağıyev adınaMilli dəyərlərin qorunmasıİctimai Birliyinin təşəbbüsü ilə keçirilən dəyirmi masanı giriş sözüylə açan qurumun sədri Dilarə Nağıyeva şairənin yaradıcılığından danışıb: “Gülarə Munis yalnız 1988-ci ildə – 35 yaşında dövrü mətbuatda publisist yazıları şeirləri ilə oxucuların görüşünə gəlib. Qeyd etmək mütləqdir ki, Təbrizdə yaşamış XIX əsrin 60-cı illərində orda da vəfat etmiş Heyran xanımdan sonra mükəmməl “Divan” yazan şairəmiz Gülarə Munisdir”. D.Nağıyeva şairənin 2007-ci ildə işıq üzü görmüşDivan”ını ədəbi aləmdə diqqəti çəkən əsər kimi dəyərləndirib. G.Munisin hazırda ikinci “Divan” üzərində çalışdığını deyən birlik sədri şairənin uşaq ədəbiyyatı sahəsində maraqlı əsərlər qələmə aldığını bildirib: “Uşaqlar üçün yazdığı əsərlərində o, balalarımızı Vətəni, doğma torpağı sevməyə çağırır”. Sonra D. Nağıyeva şairəyə A.M.Nağıyev adına diplomu təqdim edib.

Dəyirmi masada çıxış edən Maarif Teymur, Cığatel, keçmiş döyüşçü Aida Şirinova başqaları G.Munisin yaradıcılığı şəxsi keyfiyyətləri haqqında fikirlərini bölüşüblər: “Onun şeirlərində poeziyanın süd rəngli çaları var. Hətta poetik nəsri sanki ağappaq rəngə boyanıb. Onun danışığında, xarakterində bir təmizlik, saflıq var. Gülarə Munis ilahi sehr hikmətlə sahibləndiyi əruzun qayda-qanunlarını qoruyaraq, qəzəlin müqəddəsliyinə təzim edərək, sələflərinin yolunu davam etdirir”.

Sonda çıxış edən G.Munis tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirib.

 

 

S. MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 12 fevral.- S.7.