AŞPA həmməruzəçiləri Azərbaycanda görüşlər keçiriblər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkeli və Debona Qrexi qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə perspektivlərinə dair fikir mübadiləsi aparılıb. “Turan”ın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin məruzəçiləri ölkənin jurnalist təşkilatlarının aparıcı qəzetlərinin rəhbərləri ilə görüşüblər. GörüşdəAyna”-”Zerkaloqəzetinin baş redaktoru Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Azadlıqqəzetinin direktoru Azər Əhmədov, İREX təşkilatının media sahəsində eksperti Ələsgər Məmmədli Reporyorların Azadlıq Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov iştirak ediblər. E.HüseynovunTurana verdiyi məlumata görə, AŞPA nümayəndələrinə azad mətbuatın dururumu, jurnalistlər Qənimət Zahid Eynulla Fətullayevin, habelə bloqqerlər Emin Milli Adnan Hacızadənin həbsdə saxlanması faktları barədə məlumat verilib. E.Hüseynovun sözlərinə görə, AŞPA nümayəndələri bildiriblər ki, bu faktları öz məruzələrində əks etdirəcəklər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərilə görüşündə qarşıdakı parlament seçkiləri əsas müzakirə mövzusu olub. Bu barədəTurana İsa Qəmbər bildirib. Milli Televiziya Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fevralın 11-də Andres Herkel Cozef Debona Qrexlə görüşüb. MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədovun verdiyi məlumata görə, N.Məhərrəmli Azərbaycanda televiziya radio sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaradılan teleradio yayımçılarının fəaliyyəti parlament seçkisi ərəfəsində seçkiqabağı təbliğat təşviqatın aparılması qaydaları haqqında məlumat verib. Şurası sədri qonaqları maraqlandıran sualları cavablandırıb. Görüşdə teleradio sahəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

 

525-ci qəzet.- 2010.- 12 fevral.- S.3.