Millətin Bəxtiyarıadlı anım gecəsi təşkil edilib

 

Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Millətin Bəxtiyarı” adlı gecə keçirilib. Tədbir Yazıçılar Birliyinin (AYB) Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatının Azərbaycan Milli Komitəsinin birgə təşkilati dəstəyilə reallaşıb. Mərasimi professor Nizaməddin Şəmsizadə açıb: “ XX əsrin görkəmli şəxsiyyətlərindən biri böyük istiqlal şairimiz Bəxtiyar Vahabzadədir. O, istər öz yaradıcılığında, istərsə ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə tariximizdə özünəməxsus, silinməz iz qoyub. Bəxtiyar Vahabzadənin ölümündən ötən bir il bizi ondan ayırmayıb, əksinə, əsl şairin, sənətkarın, söz adamının ölməzliyinin, qəlblərdə əbədi məskən salmasının nəyə qadir olduğunu bir daha sübut edib”.B.Vahabzadəni Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri kimi səciyyələndirən N.Şəmsizadə onun öz bənzərsiz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb: “Şairin azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan milli özünüdərkə çağıran əsərləri ədəbiyyatımızın inkişafına çox dəyərli töhfələrdir. Azərbaycan xalqının tarixinin ən müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları böyük söz ustadının həmişə diqqət mərkəzində olub”. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar B.Vahabzadənin həyat yaradıcılığından, Azərbaycan şeirinə, dünya poeziya xəzinəsinə verdiyi əvəzsiz töhfələrdən söz açıb. DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, professor Nizami Cəfərov B.Vahabzadənin istiqlal tariximizdəki böyük rolundan danışıb, şairin şeirlərində vətənpərvərlik duyğularının üstünlük təşkil etdiyini vurğulayıb. Xalq şairi Zəlimxan Yaqub Azərbaycanın tarixi faciələrinin B.Vahabzadənin qələmində poetikləşdiyini, daha da aktuallıq qazandığını dilə gətirib. Z.Yaqub B.Vahabzadənin xaricdə ölkəmizi layiqincə təmsil etdiyini, milli mədəniyyətimizin təbliği ədəbi irsimizin dünyada tanıdılması naminə böyük işlər gördüyünü nəzərə çatdırıb. Tədbirdə DAP-ın həmsədri Harun Tokak, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı başqaları çıxış edərək bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər türkçü B.Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıblar. Azərbaycanın xalq şairinin xatirəsinə həsr edilmiş tədbirlərin qardaş Türkiyədə keçiriləcəyi bildirilib. Gecədə xalq şairinin ömür yaradıcılıq yolu haqqında film nümayiş olunub, B.Vahabzadənin əsərlərindən parçalar səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa edilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 13 fevral.- S.23.