Salam, Bəxtiyar Vahabzadə!

 

Heç ağlıma gəlməzdi ki, yüz illərlə Xan Arazın axıb soyutmaq əvəzinə qaysaqlanmağa qoymadığıGülüstanadı ürəyimizdə ikinci dağa çevriləcək...

... Ötən əsrin 60-cı illərindəGülüstanla ürəyimizi dağa döndərən Bəxtiyar Vahabzadə bir ildir ki, yoxluğu ilə sevənlərinə dağ çəkir. Tək təsəlli daim ucalığını qoruyan Vahabzadə dağına istənilən an boylanmaq fürsətinin olmasıdır. Bu bəxtiyarlığı bizə qıydığına görə əbədi dünyada olan böyük Bəxtiyara bir əbədi təşəkkür var içimdə.

Şair qəlbidərisi soyulmuş ürəyə bənzəyir; ona görə cəmiyyətdə baş verən bütün hadisələr ürəyimizi göynədir. Biz ömrümüzü bu göynərtilərlə yaşayırıq”. Bunu Bəxtiyar Vahabzadə deyirdi. Özü göynədi, onu oxuyanlara, duyanlara da bir ömürlük ürək sızıltısı qoyub getdi. Bu sızıltının pıçıltısı ana dilində necə aydın səslənirdisə, bəşəriyyət üçün dil açmayan, günahsız körpənin qışqırtısına bir o qədər bənzəyirdi, gücü çatmayangünah şələsini boşaltmaq əvəzinə daim artırmaqla məşğul olan insanlığı xəbərdar etmək, oyatmaq ayıltmaq istəyirdi Şair. Çünki Şair doğulanların qədəri belədi!

Bəxtiyar Vahabzadə seçilmişlik qədərinə boyun əymişdi. Bükülən qəddini qələmə söykəyib, qələmin onu daim ayaqda saxlayıb-saxlamayacağını düşünmədən Dövlətinin Soydaşının bütün dərdlərinin üstündən qələm çəkmək arzusu ilə qələm çalırdı.

Ömrünü gözümüzün önündə mum kimi əritdi. Hamı bunu gördü, Özü , yaxınları da, ailəsi . Amma yaşamağın mənasını şam kimi yanmaqda, qaranlıqları aydınlatmaqda görən birinə necəyanmademək mümkündü? Özü yazırdı ki, gecələri şam işığında bu millətin yolunu aydınlatmaq üçün yazıb-yaratmaqla keçirdi. Gündüzlər əlində çıraq ADAM axtarmaqla ömrünü başa vurdu. Tapıb-tapmadığını bilmədik...

Onu bildik ki, özünün başqalarının istəyindən asılı olmayaraq, Vurğundan sonra Bu Tayın ədəbi simvoluna çevrilə bildi...

... Dünya ona qədər fırlanırdı, indi öz işindədir! Zaman ona qədər dəyişirdi, indi öz axarındadır! Vaxt ona qədər dayanmırdı, indi baş alıb gedir. Amma Bəxtiyar insan ömrünün yalnız bir an kimi əriyib getdiyi bu sonsuzZaman-Vaxtaxarında əqidəsini heç zaman dəyişməyəcək bir İnsan kimiona qədərondan sonraadlı dövrü öz adına yazdıra bildi. Bu böyük Vaxt axarınınBəxtiyar dövrüşairin özününvüsalla həsrətinqovuşduğu bir yer kimi xarakterizə etdiyivağzal səkilərinəçox oxşayır: insanlıq o səkiləri mütləq görəcəkaxı, bu dünyaya gələnlər, gedənlər var; o səkilərdə mütləq ləngiyəcək, çünki ömür qatarının tələsəni, gecikəni olur!

Həm gələnlər, həm gedənlər yeni məkanda ciyərlərinə çəkdikləri bir udum hava kimi Bəxtiyar Vahabzadə sözünü bir əsim nanə yarpağının ətri olaraq hiss edəcəklər, Bəxtiyar Vahabzadə yaradıcılığının Bir Salama Dəydiyini görəcəkləraxı, sağlığında Füzulinin salamını almayanlar da 500 ildir ki, bu salamsız keçinə bilmirlər!

Və... Salam, Bəxtiyar Vahabzadə!

 

 

Anar YUSİFOĞLU

 

525-ci qəzet.- 2010.- 13 fevral.- S.6.