Əlisahib Əroğulun yeni kitabı oxuculara təqdim olunub

 

Bu günlərdə Əlisahib Əroğulun yaradıcılığından nümunələrin toplandığı yeni kitab işıq üzü görüb. Yazıçı, şair publisist kimi tanınan müəllifin bundan öncə povest hekayələrdən ibarətAt oğrusu”, Qarabağ hekayələri toplanmışLeyləklər yuvasına qayıdacaqmıkitabları, “Gürzə gözü”, “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası”, “Əmir Teymurun fəryadı başqa əsərləri oxuculara təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə kitaba yazdığı önsözdə Ə.Əroğulun ilk oxucularından biri olduğunu önə çəkib. Onun şeirlərinin 70-ci illərin sonlarından dövri mətbuatda çap edilməsinə baxmayaraq, ədəbi yaradıcılıqla məhz 80-ci illərdən daha davamlı şəkildə məşğul olduğunu vurğulayıb: “Əlisahib Əroğul söz aləmində ilk addımlarını şeirləriylə birgə atıb... O da nəsrə şeirin içərisindən keçərək gəlib. Ancaq bununla belə şeir yazmağın daşını birdəfəlik atmayıb. İrihəcmli əsərlərini araya-ərsəyə gətirəndən sonra aradabir qəlbinin dərinliklərində təlatümə gələn yurd ağrı-acılarını, yaddaşına hopub qalan xatirələrini kövrək misralara çevirdiyi anlar az olmayıb”.

Yeni kitabda müəllifin vətən məhəbbətini, yurd yanğısını, Allaha dinimizə olan sonsuz sevgisini ifadə edən şeirləri yer alıb. “Allaha xitab”, “Tapındım, Allahım, tapındım sənə”, “Sübh şəhidi”, “Qaçqın duası”, “Namaz duasıAllah haqqışeirlərində Əlisahib Əroğul Tanrıya etiqadını, inamını qələmə alıb. OnunSənin ürəyində, söylə, nəyin var”, “Sevgimin əzəli, sonu da sənsən”, “Özünü üzmə digər şeirləri sevgi hisslərinin ifadəsidir.

KitabaAllaha andım”, “Vətən andı”, “Bayraq andı”, “Gəncə haqqı”, “Türkə xitab”, “Ocaq haqqı”, “Su haqqı”, “Peyğəmbər haqqıkimi maraqlı yaradıcılıq nümunələri daxil edilib.

 

 

Günel MUSAYEVA  

 

525-ci qəzet.- 2010.- 16 fevral.- S.7.