Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində

 

Ankarada yazıçı Kamal Abdullanın  yaradıcılığı haqqında tədqiqat əsəri nəşr olundu

 

Hər bir tarixi dönəm, başqa faktorlarla yanaşı, həm də, yeni ədəbi- mədəni hadisələrin meydana çıxmasıyla yaddaşlarda qalır. Son illərin ədəbi hadisəsi isə, mübaliğəsiz olaraq, qələmə aldığı əsərlərilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox kənarlarda bəlli rezonans doğurmuş görkəmli yazıçı Kamal Abdullanın yaradıcılığı ilə bağlıdır.

Bu gün Kamal Abdullanın əsərlərinin sorağı dünyanın zəngin ədəbi ənənələri olan müxtəlif ölkələrindən gəlir. Mətbuatda gedən xəbərlərdən bildiyimiz kimi, onun təkcəYarımçıq əlyazmaromanı artıq Fransada, Rusiyada, Türkiyədə, Polşada, uzaq Braziliyada tərcümə nəşr olunub. Əsərin yapon, ərəb digər dillərə tərcüməsi ilə bağlı da işlərin aparıldığı qeyd olunur. Ədəbiyyatımızın tarixində ilk dəfə olaraq Nobel mükafatı komitəsinin diqqətini çəkmiş bu əsər, xarici ölkələrin mətbuat səhifələrində əlamətdar müzakirələr doğurdu; Rusiyanın məşhurİnostrannaya literaturajurnalı öz tarixində ilk dəfə postsovet ölkəsindən olan yazıçının əsərinin dəyirmi stol arxasında müzakirəsini təşkil etdi, əsər haqqında Fransanın nüfuzlu İNALKO, Polşanın Varşava s. universitetlərində diskussiyalar keçirildi. Rusiya PEN-mərkəzi istisna kimi(PEN-klublar, bildiyimiz kimi, mili mənsubiyyət əsasında formalaşır) Kamal Abdullanı öz sıralarına qəbul etdi. Əsərin Türkiyə nəşri ilə bağlı bu ölkənin mətbuat səhifələrində fikir adamlarının bir sıra məqalələri dərc edildi...

Bütün bu proseslər yazıçının əsərlərini müxtəlif ölkələrdə elmi-filoloji tədqiqat sferasının obyektinə çevirir.

Bu sıradan, Qazi universitetinin Fənn-ədəbiyyat fakültəsi Çağdaş türk ləhcələri ədəbiyyatları bölümünün müəllimi, dilçi-türkoloq tərcüməçi professor Mehman MusaoğlununKamal Abdullanın əsərləri Türkiyə türkcəsindəadlı bu günlərdə Ankarada Kültür Ajansı tərəfindən yayımlanmış əsəri xüsusilə diqqətəlayiqdir. Kitabda tərcümə nəzəriyyəsi, çevirmə ya ədəbi mətn uyğunlaşdırılması qavramları, bu qavramların lüğətçiliklə bağlı istiqamətləri konseptual olaraq açıqlanır. Belə ki, kitabın üçüncü bölümündə Azərbaycan dilindən Türkiyə türkcəsinə əksinə çevrilmiş ədəbi mətn təcrübələri kontekstində Türkcə-Azərbaycanca Azərbaycanca-Türkcə özəl lüğət örnəkləri tərtib edilib. Bu lügət örnəklərinin tərtib olunmasında Kamal Abdullanın Azərbaycan dilindən Türkiyə türkcəsinə çevrilmiş mifoloji, folklor bədii səciyyəli mətn parçalarından istifadə olunur. Kitabın birinci bölümündə Kamal Abdullanın türk dilinə çevrilmiş əsərləri, xüsusilə , “Tarixsiz gündəlikromanının orijinal tərcümə mətnləri ədəbi-linqvistik yeniliklər kontekstində türk dillərinin leksikası, sintaksisi baxımından təhlil olunur. Kitabın ikinci bölümündə yazıçınınTarixsiz gündəlikromanının orijinal mətnindən bir parça türk dilinə çevrilmiş bütöv mətni yer alır.

Türk dünyasında ədəbi mətn uyğunlaşdırılması ya tərcümə işlərinə aid Azərbaycan yazarlarının, o cümlədən görkəmli yazıçı Kamal Abdullanın son illərdə Türkiyə türkcəsinə çevrilmiş əsərləri sözügedən prosesdə özünəməxsus yer tutur. Kamal Abdullanın indiyə qədərGizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi digər əsərləri Türk dilinə çevrilib nəşr edilib. Sözügedən fəaliyyət prosesinə dair Türkiyədə bir çox elmi-tədqiqat işləri aparılıb, məqalələr yazılıb, simpozium dəyirmi masa görüşmələri keçirilib¸.

Türk dilləri arasında ədəbi mətn uyğunlaşdırılması ya tərcümə işlərinin aparılması 1990-cı illərdən bu yana getdikcə sürətlənir. Bu ədəbi fəaliyyət sahəsi müxtəlif ədəbi mətnlərin bir türk dilindən digərinə çevrilməsi bunun nəzəri, praktiki tərəflərinin təhlili məsələlərini ehtiva edir. Türkiyənin məşhur Qazi, Ankara, Bursa, Ege digər universitetlərininÇağdaş türk dilləri ədəbiyyatlarıbölümlərində 1990-cı illərdən başlayaraq, “Türk dilləri arası tərcümə (çevirmə, aktarma)” dərsləri keçilir.

 Türk dilləri arası çevirmə işləri Türk dünyasında günümüzə qədər, əsasən, iki istiqamətdə gerçəkləşdirilib. Bunlardan birincisi, qədim türk dillərindən çağdaş türk ədəbi dillərinə mətn çevirmələri, digəri isə, çağdaş türk ədəbi dillərindən bir-birinə edilən çevirmələrlə bağlı aparılan işlərdir.

Kamal Abdullanın əsərləri Türkiyə türkcəsindətəqiqat əsərindən həm Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə türk dilindən Azərbaycancaya, eləcə digər çağdaş türk dillərindən bir-birinə tərcümələr edən insanlarımız, türkoloqlar faydalana bilərlər. Bununla bərabər, əsərdən qardaş ölkənin universitet auditoriyalarında, tərcümə nəzəriyyəsi praktikası kurslarının aparıldığı, konkret olaraq bir türk dilindən digər türk dilinə edilən tərcüməyə aid keçilən dərslərdə istifadə edilməsi nəzərdə tutulur.      

 

 

Etimad BAŞKEÇİD

 

525-ci qəzet.- 2010.- 16 fevral.- S.7