İlqar FəhmiKölgədə əqrəbi imzaladı

 

İSTEDADLI YAZIÇININ YENİ KİTABININ TƏQDİMATI VƏ İMZA GÜNÜ KEÇİRİLDİ

 

Ötən gün Yazıçılar Birliyində (AYB) yazıçı İlqar Fəhminin “Kölgədə əqrəb” kitabının təqdimat mərasimi və imza günü təşkil edilib. Qeyd edək ki, sözügedən nəşrÇənlibel tülküsülayihəsi çərçivəsində işıq üzü görən üçüncü kitabdır.

Tədbirin aparıcısı, AYB-nin katibi Rəşad Məcid indiyədək vəzifə borcu kimi bir sıra tədbirlərdə aparıcı olduğunu, ancaq İlqar Fəhminin kitabının təqdimatının bu cəhətdən xüsusi fərqləndiyini qeyd edib:Bəlkə mən bu tədbirin baş tutmasını İlqar Fəhminin özündən çox arzulayırdım. Mən bu tədbirə xüsusi həvəslə aparıcılıq etməyə razı oldum. Çünki İlqar Fəhmi Azərbaycan nəsrinin ən istedadlı ən təvazökar nümayəndələrindən biridir. O, sakitcə başını aşağı salıb, yazmaqla məşğuldur. İlqarın bu xüsusiyyəti həm yaşıdlarına, həm özündən sonra gələn nəsillərə örnək olası keyfiyyətlərdir. Onun timsalında görürük ki, yalnız zəhmətlə, yazıb-yaratmaqla həm məşhurluğu, həm özünütəsdiqi əldə etmək mümkündür”.

R.Məcid müəllifin təqdim olunan əsərini Azərbaycan nəsrində hadisə hesab etdiyini dilə gətirib: “Onun yaradıcılığı haqqında Anar, Fikrət Qoca digər tanınmış şəxsiyyətlər fikir söyləyiblər. Vaqif Yusifli İlqar Fəhmi haqqında çox dəyərli yazı yazıb. O yazır ki, İlqar Fəhmi, klassika deyirsən, bilir, çağdaşlıq deyirsən, bilir, qanacaq-qabiliyyət öz yerində. Həqiqətən, bizim bir sıra cavanlarda olmayan təvazökarlıq İlqar Fəhmidə var. O, klassikanı gözəl bilir, çağdaş nəsrə yaxşı bələddir”. R.Məcid yazıçının bəzi əsərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “İlqar Fəhminin “Aktrisa” detektiv janrda qələmə alınmış maraqlı bir əsərdir. “Çənlibel tülküsülayihəsi üzrə çap olunan əsərləri isə, zənnimcə, bu gün çox dartışılan postmodernizm üslubunda yazılan ən yaxşı nümunələrdir. Bu əsərdə mifik qəhrəmanlara yeni baxış hiss olunur, yazıçı onları bugünümüzdə görə bildiyimiz insanlara çevirməyi bacarıb. “Kölgədə əqrəbtarixi detektivində Koroğludastanında olan qəhrəmanlar xeyli dərəcədə reallaşdırılıb. Buradakı dil, təhkiyə tarixi janrda əsər yazan digər gənc müəlliflərə nümunə olacaq səviyyədədir. Onun əsərlərini oxuyanda insan qədimliyin havasını hiss edir”.

AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev İ.Fəhmini təbrik edib, onun əsərlərini maraqla oxuduğunu deyib: “İlqarın əsərləri ilə tanış olanda ədəbiyyatımıza yeni, istedadlı bir gəncin gəlməsi məni hələ o vaxtlar sevindirmişdi. Fikrət Qocaya onun şeirlərini oxuyanda dedi ki, İlqar Fəhmi əsl şairdir”. Ç.Abdullayev İ.Fəhminin timsalında 90-cı illərin istedadlı ədəbi nəslinin yetişdiyini diqqətə çatdırıb: “İlqarın onunla yaşıd yazarların imzaları artıq tanınır, onların əsərləri xaricdə nəşr olunur. Yazıçını janra görə səciyyələndirmək düzgün deyil. Mənim fikrimcə, yaxşı pis yazıçılar var. İlqar birincilərə aiddir”.

Tənqidçi Vaqif Yusifli İ.Fəhminin yaxşı nasir olmaqla, bərabər əruza da dərindən bələdliyini önə çəkib: “O, sevilən lirik qəzəllərin müəllifidir. Bundan başqa həm məlum mətnin dekonstruksiyası üzərində diqqətçəkən postmodernist əsərlər yaradır. Onun qəhrəmanları irreallıqdan çıxıb, çağdaş dövrümüz üçün reallaşır”. İ.Fəhmini çoxcəhətli yaradıcılığa malik yazıçı kimi xarakterizə edən V.Yusifli onunBakı haqqında kollajəsərində müasirliklə qədimliyi sintez şəklində qələmə aldığını bildirib.

Görkəmli dramaturq Əli Əmirli İ.Fəhmini geniş diapazonlu yazıçı adlandırıb :İlqar Fəhminin əsərləri çox oxunaqlıdır. Kitablarını oxumağa başlayanda tamamlamadan əlindən yerə qoymaq istəmirsən. Onda dramaturq fəhmi var. Bu, onun əsərlərində dərin insan xarakterləri, gözlənilməz dönüşlər formasında özünü göstərir. İlqarın yaradıcılığında əsər içində əsər, hadisə içərisində hadisə var. Bütün bunlar onun yaradıcılığının oxucular tərəfindən sevilməsinə şərait yaradır”. Ə.Əmirli İ.Fəhminin yaşına uyğun olmayan müdrikliyinin həm əsərlərinə, həm həyat tərzinə təsir etdiyini çıxışında vurğulayıb.

Şair Qulu Ağsəs İ.Fəhminin əsərlərinin dilinin M.F.Axundovun dilini xatırlatdığını çıxışında qeyd edib: “İlqar Fəhmi nəsrində oxucunu 150-200 il əvvələ aparır. Kitabı təkcə zəhmətlə yazmaq yox, həm zəhmətlə oxumaq lazımdır. Bu baxımdan, İlqarın əsərlərində erudisiya zəhmət istedadla birləşir”.

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə İ.Fəhminin Füzulidən S.Ə.Şirvanidən sonra tam yeni, müasir üslubda qəzəllər yazdığını deyərək, onun povest romanlarının da oxunaqlılığını, amma nəsr dilinin bir qədərdaranmağaehtiyacı olduğunu vurğulayıb: “İlqar 200 il əvvəlin sarayları, kitabxanaları haqqında elə inandırıcı maraqlı yazır ki, elə bil onları gözüylə görüb. Amma bir məsələ var ki, İlqarın nəsr dilinin bir qədərdaranmağa”, hamarlanmağa ehtiyacı var. Bütün bunlarla yanaşı, deyə bilərik ki, İlqarın timsalında yaxşı bir nasir yetişib”.

Tənqidçi Rüstəm Kamal Azərbaycan ədəbiyyatında süjet, fabula dəyişikliyinin keyfiyyət dəyişikliyi yaratdığını önə çəkərək, İ.Fəhminin əsərlərini bu aspektdən dəyərləndirib. Onun öz əsərlərində dərin insan xarakterlərini məharətlə yaratdığını söyləyib.

Şairə Mahcamal İ.Fəhminin əsərləri barədə fikirlərini bölüşüb yazıçınınSəndən nigaranamhekayəsini oxuyarkən dərindən təsirləndiyini bildirib.  

Sonda çıxış edən İ.Fəhmi yaradıcılığına dəyər verən qələm dostlarına, oxuculara tədbir iştirakçılarına təşəkkürünü bildirib: “Yazıçı əsərlərində bir eksperiment edirsə, oxucu da həmin incə nüansları duyur, o məqamları tuta bilirsə, müəllif üçün bundan yaxşı ola bilər? Bu o yazıçılara aiddir ki, onlar şöhrət üçün yazmırlar”. İ.Fəhmi çıxışında özünə digər gənc yazarlara münasibətdə həmişə böyük qardaş qayğısı ilə davranan Rəşad Məcidə minnətdarlığını bildirib, bu qayğının yaradıcı gənclərə stimul verdiyini dilə gətirib.

Sonda yazıçı kitabını oxucular üçün imzalayıb.

 

 

S.MÜRVƏTQIZI  

    

525-ci qəzet.- 2010.- 17 fevral.- S.7.