Azərbaycan kitabları Budapeştdə sərgilənib

 

Macarıstanın S.Ervin adına Budapeşt şəhər kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kitabxanada macar dilində nəşr olunan Macarıstandakı səfirliyimiz tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar sərgilənib. Bundan başqa, Mədəniyyət Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilən Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar oxucuların diqqətini çəkib. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi təşkil edilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kiss Balas Azərbaycanla bağlı kitabxanada açılan sərgilərin oxucuların böyük marağına səbəb olduğunu bildirib.

Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov çıxış edib tədbir iştirakçılarına Azərbaycanın dövlətçilik tarixi, daxili xarici siyasət, iki xalq arasındakı əlaqələr haqqında məlumat verib.

Sərginin fevral ayının sonuna qədər kitabxanada nümayiş etdiriləcəyi nəzərdə tutulub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 18 fevral.- S.7.