Rafiq ŞamiloğlununBəlalı dünya” təqdim edilib

 

Yazıçılar Birliyində (AYB) Rafiq ŞamiloğlununBəlalı dünyaadlı yeni kitabının təqdimatı keçirilib. Bu barədə AYB-nin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən AYB-in katibi, xalq şairi Fikrət Qoca, şairlər İlyas Tapdıq, Oqtay Rza, Musa Ələkbərli, yazıçılar Xeyrəddin Qoca, Elçin Hüseynbəyli, Zemfira Məhərrəmli, əməkdar rəssam Adil Rüstəmov başqaları R.Şamiloğlunun yaradıcılığından, əsərlərində öz əksini tapan milli təəssübkeşlik ruhundan, vətənpərvərlik hisslərindən söz açıblar: On iki kitab müəllifi olan yazıçınınBəlalı dünyaəsəri iyirmi ildən bəri xalqımızın zorla sürükləndiyi Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edir. Əsərdə müəllif hələ XX əsrin əvvəllərindən başlayaraq torpağımızda qırğınlar törədən xəyanətkar erməni millətçilərinin üzünü açmağa çalışıb. “Bəlalı dünyaerməni yalanlarını üzə çıxaran layiqli əsərdir”. Təqdimat mərasimində yazıçının sənət dostları Əhməd Məmmədov, Hafiz Hüseynxanlı başqaları R.Şamiloğlunun həm yazıçı, həm insan kimi daşıdığı keyfiyyətlərdən danışıblar.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.7.