Filarmoniyada Ağaxan Abdullayevin 60 illiyi qeyd olunub

 

M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti Ağaxan Abdullayevin 60 illik yubileyilə bağlı mərasim keçirilib. Akademik Vasim Məmmədəliyev Azərbaycanda milli-mənəvi sərvətlərimizin qorunmasına, eləcə muğam sənətinə böyük diqqət göstərildiyini çıxışında önə çəkib. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov digərlərinin iştirak etdiyi tədbirin gedişində Filarmoniyanın foyesində A.Abdullayevin həyat yaradıcılığına aid fotosərgi nümayiş olunub.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü qayğısı sayəsində milli sərvətlərimizin qorunması, təbliği üçün mühüm işlər görüldüyünü diqqətə çatdırıb: “Bunun nəticəsində son illərdə Azərbaycan muğamları dünyanın hər yerində böyük həvəslə dinlənilir, sevilir. Azərbaycanda muğamlarımızla bağlı yüksək səviyyədə beynəlxalq tədbirlər təşkil edilib, neçə-neçə gənc ifaçıların üzə çıxmasına, püxtələşməsinə şərait yaradılıb”.

Xalq artistləri Əlibaba Məmmədov, Ramiz Əzizbəyli, millət vəkili, akademik Ziyad Səmədzadə, xalq şairi Zəlimxan Yaqub, Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva başqaları çıxış edərək, A.Abdullayevin muğam sənətindəki rolundan söz açıblar. Çıxışlarda Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət qayğı göstərən Heydər Əliyev Fondunun xanəndənin anadan olmasının 60 illik yubileyi münasibətilə xüsusi nəşr hazırlatdığı vurğulanıb: “Nəşr xanəndənin həyat yaradıcılığını əks etdirən albomdan üç diskdən ibarətdir. Albomda xanəndənin uşaqlıq gənclik illərindən, muğam sənətinə gəlişinin tarixçəsindən söhbət açılır. Nəşrdəki disklərdə xanəndənin yaradıcılıq yolunu əks etdirən musiqi nümunələri yer alıb. Burada A.Abdullayevin ifasındaRastdəstgahı, “Bayatı-kürd”, “Zabul segah”, “Rahab”, “Bayatı-Qacarmuğamları, “Humayuntəsnifi xalq mahnıları toplanıb”.

Gecədə Alim Qasımov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Elnarə Abdullayeva, Könül Xasıyeva, Zabit Nəbizadə, Teyyub Aslanov, Simarə İmanova muğam müsabiqələrinin qalibləri çıxış ediblər.

Sonda yubilyar bütün iştirakçılara minnətdarlığını bildirib mərasimə qatılanlar onun ifasını dinləyiblər.

 

 

SARA

 

 525-ci qəzet.- 2010.- 19 fevral.- S.7.