2010-un ilkUlduzu

 

“Ulduz” jurnalının 2010-cu ildəki ilk sayı çap edilib. Dərgi Rüstəm Kamalın xalq yazıçısı Zəlimxan Yaqubun 60 illik yubileyinə həsr etdiyiİnanc işığındaməqaləsi ilə açılır. Məqalədə xalq şairinin Azərbaycan ədəbiyyatındakı mövqeyindən söz açılıb: “Zəlimxan Yaqub yaradıcılığında ozan-aşıq sənəti ilə yazı mədəniyyətini mükəmməl surətdə birləşdirib müstəqil Azərbaycan dövlətinin romantik aurasını, energetikasını yaradan şairlərdən biridir. Milli-mənəvi dəyərlərimizin, etnik varlığımızın vəsfində təbliğində danılmaz rolu var. Əslində Zəlimxan Yaqub poeziyası qutsal dəyərlər inanc poeziyasıdır”.

Jurnalın bu nömrəsində Əbülfət Mədətoğlu, Osman Fərmanoğlu, Firuzə Məmmədli, Bəsti Əlibəyli, İbrahimxəlil, Elməddin, Rafiq Yusifoğlu, Zərəngiz Dəmirçi Qayalı, Eldar İsmayıl, Rəfail, Alim Məhərrəmli, Namiq Hacıheydərli, Şakir Xanhüseynli Şahinə Könülün şeirləri dərc olunub.

Adil Mirseyidin dərgidəkiGüzgü metaforasıessesində güzgü haqqında abstrakt fikirləri öz əksini tapıb. Balayar SadiqinBədii həqiqətin poetikasıyazısında şairə Firuzə Məmmədlinin yaradıcılığı araşdırılıb. Filoloq Yaşar MəmmədliYorğun ömrün akkordlarıməqaləsində Saday ŞəkərlininÖmrün yorğun kölgələrikitabı haqqında qeydlərini qələmə alıb.

Vaqif YusiflininTənqid yarpaqlarıbaşlığında toplanmış yazılarında Əyyub QiyasınSonuncu büt”, Sevinc MürvətqızınınSən sevgidən yuxarısan ŞəmşadınŞəkillərin alın yazısıkitabları haqqında fikir düşüncələri yer alıb.

Professor Buludxan Xəlilovun “XI əsrin hikmət sahibi Əhməd Yəsəviməqaləsində adıçəkilən mütəfəkkirlə bağlı fikirlərini yazıya alıb. NəsrsevərlərUlduzda bu dəfə Mübariz Cəfərlinin  hekayələri ilə tanış ola bilərlər.

Jurnalın ənənəviAnımbölümündə Fərqanə Mehdiyevanın təqdimatında Ülvi Bünyadzadə haqqında düşüncələr mərhum şairin şeirləri oxucuların ixtiyarına verilib.

Dərgidə keçən ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Herta Müllerlə bağlı yazı çap edilib.

Bilal AlarlınınFolklorda tekstoloji kilidlər mətnaltı kodlar”, Günel AlmazınSevgi həyat duyğularıyazıları, Ramiz Məmmədzadənin Qəşəm Nəcəfzadənin, Barat Vüsalın Bəsti Əlibəylinin yaradıcılığı haqqında rəyləri bu sayda işıq üzü görüb.

 

 

SARA    

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.7.