Görkəmli rus-sovet bəstəkarı İsaak Dunayevski Bakıda yad edilib

 

Rusiya İnformasiya Mədəniyyət Mərkəzində görkəmli rus-sovet bəstəkarı İsaak Dunayevskinin 110 illiyinə həsr olunmuş tədbir Natalya Nikitinanın əsərlərindən ibarət sərgi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə İ.Dunayevskinin həyat yaradıcılığı barədə məlumat verilib, Bakı Musiqi Akademiyasının tələbələri məzunlarının ifasında onun musiqisi səsləndirilib, musiqisini yazdığı filmlərdən fraqmentlər nümayiş etdirilib.

İxtisasca jurnalist olan Natalya Nikitina bildirib ki, naxış-tikmə ilə yaratdığı əsərlərini ilk dəfə nümayiş etdirir. O, 8 il öncə bu sənətə marağının yarandığını, hazırda müxtəlif janrlarda 50-dən artıq əsərinin olduğunu söyləyib. Sərgi 10 gün davam edəcək.  

 

 

 525-ci qəzet.- 2010.- 19 fevral.- S.7.