Əli Hüseynov: “Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq

 

Müasir dövrdə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü çoxvektorlu xarici siyasət region dövlətlərləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlib müasir çoxtərəfli beynəlxalq münasibətlərdə mövcud çağırışa adekvat reaksiya kimi özünü uğurla doğruldur. Ötən müddət ərzində Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilib həmin qurumların kürsülərindən geniş istifadə edərək ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Belə beynəlxalq qurumlardan biri Avropa Şurasıdır”. Bu fikirləri mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Əli Hüseynov dilə gətirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın beynəlxalq müstəvidə Avropa Şurası ilə münasibətləri normal məcrada inkişaf edir. Ölkəmiz bu təşkilata 9 il əvvəl tamhüquqlu üzv kimi qəbul olsa da, bu münasibətlərin tarixi 2001-ci ildən bir qədər əvvələ gedib çıxır: “1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər, müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyllərini daha bariz şəkildə büruzə verirdi. Məhz bu dövrdən başlayaraq ümummilli lider Heydər Əliyevin beynəlxalq aləmdə cərəyan edən proseslərə incə praqmatik yanaşma tərzi Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması üçün zəmin yaradıldı. Azərbaycan bu beynəlxalq təşkilata 2001-ci ilin yanvar ayında üzv oldu. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlinsə , ölkə rəhbərinin prinsipial ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı. Ötən 9 il ərzində qeyd edilən vəzifələri Avropa Şurası təşkilatında dəqiqliklə yerinə yetirən Azərbaycan bu mötəbər qurumun layiqli üzvü olmaqla yanaşı, Avropa ölkələri qarşısında duran problemlərin həllində yaxından iştirak edə bilən dövlətə çevrilib. Azərbaycana bu gün maraq təkcə ölkəmizin strateji-coğrafi mövqe zəngin təbii ehtiyatları ilə deyil, eyni zamanda, möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir”.

Görəsən, Ə.Hüseynov Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin üzvü kimi ölkəmizin bu mötəbər qurumda bugünkü fəaliyyətini qənaətbəxş sayırmı? Millət vəkilinin bildirdiyinə görə, AŞ PA-da nümayəndə heyətimizin üzvləri Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə siyasi ambisiyalarını bir kənara qoyduqları, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışdıqları üçün bu mühüm beynəlxalq qurumda çox dəyərli sənədlərin qəbuluna nail olublar: “Ermənistandan fərqli olaraq Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hamısına vaxtlı-vaxtında əməl etməsi, cənab İlham Əliyevin sözləri ilə desək, uzun illər ərzində Avropa ölkələrinin keçdiyi yolu qısa bir zamanda keçmək istəməsi, Azərbaycanın rəsmi mövqeyini ifadə edərək beynəlxalq təşkilatda Ermənistan nümayəndə heyəti ilə əlaqələr yaratmaqdan imtina edilməsibütün bunlar insan hüquqları demokratikləşmə prosesinin sistemli şəkildə irəli getdiyindən xəbər verir.

9 il əvvələ nisbətən Avropa Şurası da dəyişib, inkişaf edib burada Azərbaycanın da payı az deyil. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daim fəallığı ilə seçiliblər. Heyət üzvləri bir sıra vacib ümumavropa problemləri ilə bağlı məruzələr hazırlayıblar, ayrı-ayrı komitələrdə, alt komitələrdə rəhbər vəzifələrə irəli çəkiliblər, onlarca sənəd hazırlayıblar, müxtəlif məsələlərin müzakirələrində fəal iştirak ediblər.

Azərbaycandan bir qədər əvvəl ya eyni vaxtda, yaxud da az sonra Avropa Şurasına qəbul edilmiş ölkələrlə müqayisədə bizim bu qurumda qazandığımız nəticələri xatırlasaq görərik ki, uğurlar qədər çoxdur. Təkcə bizim tövsiyələrimizlə hazırlanmış özümüzün hazırladığımız məruzələrin sayını götürsək, Azərbaycanın Avropa Şurasını zənginləşdirmək, bu mötəbər qurumun öz işini daha səmərəli təşkil etməsi üçün qədər ardıcıl çalışdığının şahidi olarıq. Bu baxımdan, AŞ PA-da təməli möhtərəm İlham Əliyev tərəfindən qoyulmuş nümayəndə heyətinin fəaliyyəti uğurlu sayıla bilər”.

Bəs, görəsən, millət vəkili Azərbaycan-Avropa Şurası əlaqələrinin inkişaf dinamikasını necə qiymətləndirir? Ə.Hüseynovun qeyd etdiyinə görə, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın ilk sessiyasından etibarən çox ciddi səmərəli fəaliyyətdədir: “Məlum məsələdir ki, AŞ PA öz tərkibinə görə çoxspektrli bir qurum olduğundan, burada bir-birinə zidd siyasət yeridən, dövlət maraqları qlobal miqyasda toqquşan ölkələrin nümayəndələri toplaşır, üstəlik onların siyasi baxışları çoxcəhətlidir. Belə bir geniş auditoriyada yalnız ümumdünya ümumavropa əhəmiyyətli problemlərdən bəhs etməklə, siyasi baxış görüşlər fərqinə yüksəlməklə uğur qazanmaq mümkündür. Bu mənada Azərbaycanın nailiyyəti indiyə qədər eyni qəbildən olan fəaliyyət görsəntilərindən məhz qaldırılan problemlərin Avropa müstəvisinə maksimum yaxınlaşdırılması xüsusiyyətləri ilə fərqlənir. Bu gün Avropanın ən ali tribunasından Azərbaycanın mövqeyi çox güclü səslənir, deputatlar öz sözlərini açıq şəkildə deyir Avropanı Azərbaycan həqiqətlərini dərk etməyə vadar edirlər. Bu cür birliyinin nəticəsidir ki, dünyada ictimai rəy Azərbaycanın xeyrinə durmadan dəyişir. Azərbaycan nümayəndə heyətinin uğurlarının əsas səbəbi müzakirələrdə müdafiə mövqeyindən çəkilərək qabaqlayıcı manevrlər etməsidir. Bu, əslində, Avropa məkanında informasiya müharibələrinin başlıca qanunauyğunluqlarından biridir. Hadisələrin inkişafı göstərir ki, Avropa ictimaiyyəti Azərbaycan həqiqətlərinə biganə deyil Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün doğurduğu ağır nəticələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Azərbaycan Avropa Şurasının şəxsində yeni bir mübarizə cəbhəsi açıb, bu isə beynəlxalq arenada qüvvələr balansını öz xeyrinə dəyişdirməyin əlavə mexanizmi kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan mütəmadi sistemli surətdə işləməklə öz haqq sözümüzü dünyaya çatdırmaq üçün Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq”.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.5.