Güldürən ağladan Platonov

 

Dünya ədəbiyyatıdərgisinin Azərbayjan Yazıçılar Birliyi tərjümə seksiyasınındünya ədəbiyyatından books” seriyasının növbətionbeşinji sayı işıq üzü görüb. Bu dəfə oxujulara məşhur Rusiya yazıçısı Andrey Platonovun hekayələri təqdim olunub.

Elçin Hüseynbəylinin tərjümə etdiyi kitaba müəllifinFro”, “Üçünjü oğul, “Artyomun analarıAdsız çiçəkhekayələri, yazıçının yaradıjılığı haqqında məlumat giriş məqaləsi daxildir.

Özgə dillərə çətin tərjümə olunan, xüsusi üsluba malik Andrey Platonovu oxujulara tanıtmaq baxımından E.Hüseynbəylinin giriş məqaləsini ixtiyarınıza veririk.

 

Andrey Platonov mənimçün dünyanın çox maraqlı çox çətin tərcümə olunan yazıçısıdır. Bu yerdə mənim indiyə kimi neçə yazıçı oxumağım məsələsi ortaya çıxa bilər. Hər halda, az deyil uzun bir siyahı ilə vaxtınızı almaq istəmirəm. Andrey Platonovun öz dili varözünəməxsus dili yox, məhz öz dili. O, sadə xalq dilinə oxşayan BAŞQA BİR RUS DİLİ yaradıb. Hər cümləsində sözündə xəfif yumor, istehza (ironiya) duyulur. Bu nəfəsi sona qədər saxlamaq hər adama nəsib olmur. Platonovu Azərbaycan dilinə çevirmək üçün hər iki dili mükəmməl bilmək əsas deyil, əsas odur ki, onun rus dilinə uyğun Azərbaycan dili tapasan. Şəxsən mən bu dili tapa bilmədim. Yarırealist, yarıromantik, yarıutopik, hətta yarıfantastik hekayə povestlər yazan Platonov nəinki rus, həm dünya ədəbiyyatının ən gözəl nasirlərindən biridir, ədəbiyyat faktıdır böyük üslubçudur. Ömrünün böyük bir hissəsini süpürgəçi (dvornik) işləməklə keçirən Platonov həm sehrli yazıçıdır.

Mən bu yazıçının əsərlərilə tələbəlikdə (80-ci illərin sonu) tanış olmuşam rus dilini mükəmməl bilməsəm , onu sevmişəm, çünki ruhumuz çox oxşardır. Platonovu tərcümə etmək üçün həm bu yazıçının hisslərini duymaq bacarığı vacibdir. Çünki Platonovda günəşin rəngi sarı yox, ağdır, adamların paltarı, rəngi, bədən quruluşu fərqli olsa da, taleləri oxşardır. Bu yazıçıda insanlara sonsuz bir sevgi var. Onun istehza    yumor obyektləri özünə oxşayan adamlardır. Platonov çox kövrək həssas yazıçıdır.

YazıçınınKotlovan”, “Yuvenilnoye more”, “Jan”, “Çevenqurkimi povestləri yaddaşıma, hekayələri isə ruhuma hopub. Ona görə ən çox onun hekayələrini tərcümə etmək barədə düşünmüşəm. Çünki yaddaş tez korşala bilər, ruhsa əbədidir. Yəqin yazıçının irihəcmli əsərlərini həm ona görə tərücmə eləməmişəm ki, buna çox böyük enerci zaman lazımdır.

Mən Platonovun indiyə kimi dörd hekayəsini dilimizə çevirmişəm. İlk tərcümə etdiyimAdsız çiçəkadlı nağıl-rəvayət, sonuncu isəArtyomun analarıdır. “Üçüncü oğulhekayəsi təxminən 1992-ci ildəYolqəzetində dərc olunub.

Adsız çiçəkhekayəsində balaca, kimsəsiz bir gülün taleyindən danışılır. Əslində isə yazıçı həyatda yaşamağın çətinliyini göstərir oxucuya təlqin edir ki, hər kəs özü-özünü qorumalıdır, bununçünsə möhkəm iradə lazımdır.Sən yaşamağa çalış, həyatda elə adamlar tapılar ki, sənə əl tutsunlar”.

Üçüncü oğulhekayəsində anaları vəfat etmiş altı oğulun matəm günü davranışları incə psixoloci çalarlarla təsvir edilib. Uşaqlıqda olduğu kimi deyib-gülən oğulların üçüncüsü anasının cənazəsi qoyulmuş otağa keçir yıxılır, lakin bu dəfə anası onu yıxılmaqdan saxlaya bilmir o zaman oğullar analarını-arxalarını itirdiklərini anlayır həqiqətin acısını göz yaşlarını axıda-axıda yaşayırlar.

Artyomun anaları” (rus dilindəYeşyo mama” – hərfi tərcüməsiDaha bir ana”) hekayəsində birinci sinfə gedən oğlunu ilk dəfə məktəbə aparan ananın yeddi yaşlı Artyomun psixoloci durumu qələmə alanıb. Hekayə o qədər təsirlidir ki, həssas adamı kövrəltməyə bilmir.

Frohekayəsini isə az qala 15 ilə çevirmişəm. Həcmcə böyük olan bu hekayədə kommunizmin bəşəriyyətə xoşbəxtlik gətirəcəyini düşünən insan təsvir olunub. Daim ərinin xiffətilə yaşayan Fro adlı gəlinin düşüncələri, duyğuları böyük ustalıqla qələmə alınıb. Gəlinin əri Uzaq Şərqə sirli maşınların dilini öyrənmək üçün gedib arvadına söz verib ki, bu maşınların dilini mükəmməl biləndən sonra bəşəriyyət xoşbəxt olacaq.

Bütün bu dövr ərzində qəlbimdə bir Platonov sevgisi olub bu sevgi, çox güman ki, mənim əsərlərimə keçib.

Mənə elə baxma! Sən mənə elə baxanda ölə bilmirəm!”-can üstündə olan ananın yeddi yaşlı qızına dediyi bu sözlər ürəkparçalayan bir mənzərəni oxucunun gözləri önündə canlandırır.

Sovet dövründə yaşayıb, bu recimi Platonov qədər lağa qoyan ikinci bir yazıçıya rast gəlmək çətindir. Platonov təkcə gülmürdü, istehza etmirdi, o, həm sevirdi. Orası da qəribədir ki, yazıçı sovet repressiya maşınından sağ-salamat çıxdı. Bu faktın özü ədəbiyyatçılarda çox suallar doğurub. Bəlkə, Platonov NKVD-yə işləyirmiş, sadəcə süpürgəçi adı altında gizlənirmiş? Lakin çoxları belə düşünür ki, Sovet repressiya aparatının nümayəndələri Platonova ciddi yanaşmayıblar, onu sadəcə bir süpürgəçi, heç kimin yadına düşməyən, vaxtını daim sərxoşluqla keçirən adam kimi tanıyıblar. Hər bir halda Platonovun repressiya maşınından qurtulması bizim (ədəbiyyatsevərlərin) qacancımızdır. Onun əsərlərini oxuyanda əlində dəsmal tutmalısan, çünki bir gözün güləcək, biri ağlayacaq.

Platonov gözgörəti repressiya olunmasa da, əlaltdan çərlədilib ödürüldü. OnunKotlovan”, “Yuvenilnoye morekimi sovet quruculuğunu lağa qoyan əsərləri çox-çox sonralar, Xruşşov dövründə çap olundu. 1899-cu il sentyabrın 1-də Voronecdə anadan olan Platonov 1951-ci ilyanvarın 5-də Moskvada Tversk bulvardakı evində vəfat edib. Onu daim gözümçıxdıya salan məşhur sovet yazıçıları Platonovun nekroloqunu istehza doğuran məqamlarla tamamlayıblar: “Andrey Platonov öz qanı canı ilə sovet xalqına bağlıydı. O öz istedadını bacarığını həmin xalqa həsr etdi.”

Şübhəsiz, Platonovu oricinalda olduğu kimi tərcümə etmək olmaz, bu, sadəcə mümkünsüzdür. Ona görə bəzən sərbəstliyə qaçmağa məcbur olmuşam. Kim desə ki, Platonovu olduğu kimi tərcümə edər, ya edib, ona şübhə ilə yanaşın. Bununla belə, Platonovun ruhunu, üslubunu saxlamağa çalışmışam. Mən, hər halda, çalışmışam, siz çalışın ki, məni Platonovu başa düşəsiniz. Müqayisəyə görə məni məzur tutun, qardaşlar...

 

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2010.- 20 fevral.- S.26.