Bəstəkar Sevda İbrahimovanın 70 illiyi
qeyd olunub
Azərbaycan Bəstəkarlar
İttifaqında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyilə bağlı tədbir təşkil edilib. APA-nın məlumatına görə,
yubiley mərasimində
çıxış edən
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
xalq artisti Firəngiz Əlizadə yubilyarın həyat və yaradıcılığından
danışıb. İttifaq
sədri bildirib ki, Sevda İbrahimova
dəyərli sənətkar
olmaqla yanaşı, gözəl insan və yaxşı dostdur: “70 illik fəaliyyəti dövründə Sevda xanım Azərbaycan mədəniyyətinə layiqincə
xidmət edib. Musiqi sənətimizə verdiyi töhfələr danılmazdır. Sevda xanımın yaş baxımından kompleksi yoxdur, çünki o hər zaman
çox gözəl və təravətlidir, yenə də əvvəlki şövqlə
çalışır və
yaradır”. Tədbirdə
çıxış edən
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yubilyarın yaradıcılığından
rəğbətlə söz
açıb, ona yeni uğurlar arzulayıb. Yubiley gecəsi Sevda İbrahimovanın əsərlərindən
hazırlanmış konsert
proqramı ilə davam etdirilib. Proqramda bəstəkarın
“Qurbansız qalan tarım”, “Laylay”, “Ceylaya”, “Əzizlərimin xatirəsinə”, “Yaşa,
ülvi məhəbbətim”,
“Necə sevməyim səni”, “Məhəbbət
işığı” və
digər əsərləri
ifa olunub.
525-ci qəzet.-
2010.- 20 fevral.- S.23.