Londonda Tahir
Salahovun əsərlərinin
sərgisi açılıb
Fevralın 18-də Londonun nüfuzlu “Sothebys” Qalereyasında dünya şöhrətli
azərbaycanlı rəssam
Tahir Salahovun əsərlərindən ibarət
sərginin açılış
mərasimi olub. Səfirlikdən APA-ya verilən xəbərə görə,
“Görünməmiş Salahov” adlanan sərgiyə
rəssamın Azərbaycan
həyatının müxtəlif
çalarlarını təsvir
edən 30-dan artıq
əsəri çıxarılıb.
Açılış mərasiminə Londonda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, britaniyalı
sənətsevərlər, bu ölkədəki azərbaycanlı, türk
və rus icmalarının təmsilçiləri,
jurnalistlər qatılıb.
Qalereyanın direktoru Lord Poltimor məşhur rəssamın
əsərlərinin Londonda
nümayiş olunmasından
məmnunluğunu bildirərək,
Azərbaycana səfəri
zamanı ölkənin
zəngin incəsənət
irsi ilə tanışlığından bəhs
edib. Səfir Fəxrəddin Qurbanov
isə T.Salahovun əsərlərindən ibarət
sərginin Britaniyada təşkil olunmasını
mühüm hadisə
kimi qiymətləndirərək,
mədəniyyətin xalqlar
arasında körpü
rolunu oynadığını
vurğulayıb.
Sonda çıxış edən
Tahir Salahov sərginin təşkilində
əməyi olanlara minnətdarlığını bildirib.
Sərgi fevralın 25-nə qədər
ictimaiyyət üçün
açıq olacaq.
525-ci qəzet.-
2010.- 20 fevral.- S.23.