Əlisahib Əroğulun
yeni kitablarının
təqdimatı olub
Dünən Azərbaycan Yazıçılar Birliyində Əlisahib Əroğulun “Əmir Teymurun fəryadı” və “Şeirlər, Haqlar...” adlı yeni kitablarının təqdimatı və imza günü keçirildi.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açdı və imza günlərinin mahiyyəti barədə danışaraq bildirdi ki, bu tədbirlər insanlarda kitab alma, kitab oxuma, mütaliə vərdişinin aşılanmasına xidmət edir. Ə.Əroğulun son illər fəal və davamlı şəkildə yaradıcılıqla məşğul olduğunu deyən R.Məcid müəllifin bu müddətdə bir sıra maraqlı kitablar ortaya qoyduğunu vurğuladı.
Tədbirdə çıxış edənlərdən yazıçı-publisist Əli Rza Xələfli Ə.Əroğulun yaradıcılığı barədə danışdı. Daha sonra Çingiz Əlioğlu, Yasif Nəsirli, professor İsmayıl Kazımov və Tariyel Şahbuzlu Əlisahib Əroğulun insani kefiyyətləri, yaradıcılığının məziyyətləri haqda söhbət açdılar.
Sonda Ə.Əroğul tədbirə toplaşanlara, şəxsiyyəti, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirdi və oxucuların aldıqları kitabları imzaladı.
Fidan ƏLƏKBƏROVA
525-ci qəzet.- 2010.- 23
fevral.- S.7.