Tarixi abidələrimizi kifayət qədər təbliğ edə bilmirik

 

ƏBÜLFƏS QARAYEV: “YALNIZ BƏDNAM QONŞULARIMIZ BİZDƏN NƏYİSƏ GÖTÜRÜB MƏNİMSƏDİKDƏN SONRA AYILIRIQ”

 

Ötən gün Mədəniyyət Turizm Nazirliyində “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı PaytaxtlarıProqramının təsdiq olunması ilə əlaqədar nazir Əbülfəs Qarayev mətbuat konfransı keçirib. Nazir çıxışında sözügedən proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği təşviqi istiqamətində aparılan islahatların davamı kimi səciyyələndirib: “Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri digər amillər nəzərə alınmaqla təhlil olunub”.

Ə. Qarayev tariximizin lazımınca təbliğ təqdim olunmamasını qeyd edib: “Biz öz tariximizi dünya ictimaiyyətinə lazımınca təqdim edə bilmirik. Nələrə sahib olduğumuzun fərqinə varmırıq, heç kəs bunun haqqında ciddi düşünmür. Yalnız bədnam qonşularımız bizdən nəyisə götürüb mənimsədikdən sonra ayılırıq. Ermənilərin heç nəyi yoxdur. Buna görə oğurluq etməyə ehtiyac hiss edirlər. Lakin maraqlı burasıdır ki, onlar bizdən oğurladıqlarını dünyaya, beynəlxalq təşkilatlara öz sərvətləri kimi təqdim etməyi bacarırlar. Biz isə özümüzə məxsus olan tarixi abidələrimizi kifayət qədər təbliğ edə bilmirik. Sahib olduqlarımızı layiqincə dəyərləndirməyi bacarmırıq. Çox təəssüf ki, bu, həqiqətdir”.

Ə.Qarayev Mədəniyyət Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi irsinin siyahısının hazırlanacağını vurğulayıb: “Bu siyahıya musiqi, ənənələr, toy mərasimlərinin keçirilməsi, atla oynanılan oyunlar daxil ediləcək. Bununla bağlı artıq ilkin işlərə başlamışıq. Sözsüz ki, ancaq bu reyestrin hazırlanmasından söhbət getmir. Bizim məqsədimiz Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. Bunun da xüsusi bir siyahıda təsdiqini tapması olduqca vacib zəruri addımdır”. Nazir martın 1-dək mədəni irsin xüsusi dövlət reyestrinin müəyyənləşdirilməsinin nəzərdə tutulduğunu burada 7000-dən artıq abidənin yer alacağını deyib.

Ə.Qarayev jurnalistlərə açıqlamasında Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycanın şəhər rayonlarının turizm potensialı ilə bağlı geniş sərgi keçiriləcəyini bildirib: “Sərginin təntənəli açılış mərasimi aprelin 28-nə planlaşdırılıb. Bu turizm sərgisində Şəki, Gəncə Qazaxın xüsusi stendləri qurulacaq. Bu, digər rayon şəhərlərimizə aiddir. Çoxsaylı beynəlxalq qonaqlara mövzuyla əlaqədar geniş məlumat veriləcək. Artıq sərginin keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb”. Nazir Gəncə, Şəki Qazax şəhərlərinin gerbləri əsasında loqotiplər hazırlandığını qeyd edərək, indi loqotiplərin əks olunduğu lövhələrin, bannerlərin, çap məhsullarının nəşri yerləşdirilməsi istiqamətində aparıldığını diqqətə çatdırıb: Gəncə, Şəki Qazax şəhərlərində nominasiyaya uyğun olaraq bu il ərzində kinematoqrafiya, turizm, nəşriyyat, reklamın təşkili informasiya, elm təhsil, eləcə digər profilli tədbirlərin, investisiya texniki proqram layihələrinin həyata keçirilməsi, həmçinin təntənəli mərasimlərin, respublika beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların təşkili nəzərdə tutulur”.

Xatırladaq ki, bu yaxınlarda nazirlik tərəfindən milli folklor ustaları kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin eyni zamanda respublikanın şəhər rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili xarici turizmin inkişafı məqsədilə 2010-cu il üçün GəncəAzərbaycanın Əfsanələr Paytaxtı”, ŞəkiAzərbaycanın Sənətkarlıq Paytaxtı QazaxAzərbaycanın Folklor Paytaxtıelan edilib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 25 fevral.- S. 7.