Şair Səməd Mənsurun xatirə lövhəsi açılacaq

 

XX əsr ədəbiyyatımızın dəyərli nümayəndəsi şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə memorial lövhə hazırlanıb. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, xatirə lövhəsi şairin yaşadığı Əmircan qəsəbəsindəki yaşadığı evin önünə vurulub. Martın 1-də Mədəniyyət Turizm Nazirliyi, Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Səməd Mənsurun xatirə lövhəsinin açılış mərasimi keçiriləcək. Qeyd edək ki, şairin xatirə lövhəsi 2008-ci ildə ölkə prezidenti İlham Əliyevin S.Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı əsasında hazırlanıb. Sərəncama əsasən, Bakı şəhər icra hakimiyyətinə Səməd Mənsurun yaşamış olduğu binaya xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb.

 

 

525-ci qəzet.- 2010.-  26 fevral.- S. 7.