Rəsm əsərlərində
“Qarabağ şikəstəsi”
Rəssamlar İttifaqının
V.Səmədova adına
sərgi salonunda qrafika ustası, əməkdar rəssam Adil Rüstəmovun sərgisi təşkil olunub. Açılış mərasimində çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Ağaəli İbrahimov, kinoşünas Aydın Kazımov və başqaları rəssamın
Qarabağ müharibəsinə
həsr etdiyi 70-ə
yaxın əsəri xalqın böyük kədərinə sənətkar
münasibəti adlandırıblar:
“Rəssamın “Qarabağ
şikəstəsi” adı
altında bir araya gətirdiyi bu əsərlər baxışlarda əbədiləşəcək,
yaddaşlara həkk olunacaq. Bu sərgini
rəssamın Azərbaycanın
işğal edilmiş
dilbər guşəsi
Qarabağa yanıqlı
bir layla, kədərli, eyni zamanda, mübarizəyə
çağırış ruhlu nidası adlandırmaq olar. Qrafika janrının qarışıq üslubunda
işlənmiş tablolarda
ağrılı-acılı qaçqınlıq taleyi,
Xocalı soyqırımının
dəhşətləri və
bədnam qonşularımızın
vandalizmi öz təcəssümünü tapıb”.
A.Rüstəmov çıxışında
sərgini özünün
bu mövzuda yaradıcılıq hesabatı
kimi dəyərləndirib,
tədbirin təşkilatçılarına
və mərasimə qatılanlara minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.- 2010.- 26 fevral.- S. 7.