İstiqlal Muzeyində Xocalı soyqırımına aid sərgi açılıb

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədarXocalıdan gələn harayadlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, idarə heyətinin üzvü, xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq qrafika əsərləri nümayiş olunub. Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, xalq rəssamı Xanlar Əhmədov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev başqaları 18 il bundan əvvəl törədilmiş dəhşətli Xocalı soyqırımından söz açıblar. Tədbirdə Xocalı hadisələrinin canlı şahidləri, Xocalı şəhidlərinin ailə üzvləri iştirak ediblər.

 

 

525-ci qəzet.- 2010.- 26 fevral.- S. 7.