Birlik simfoniyası

 

Xocalı şəhidlərinin müqəddəs xatirəsinə

 

“...Əzizlərim! Son 2 əsrdə yersiz-yurdsuz erməniləri öz qanadımızın altına alıb sığınacaq verdik. İllər keçdikcə, duz-çörəyi tapdalayan bu nankor hayklar, ata-babalarımızın səxavətindən, ağbirçək nənələrimizin mərhəmətindən, xalqımızın xeyirxahlığından, dilimizin şirinliyindən, dinimizin humanistliyindən, vətənimizin qədimliyindən, torpaqlarımızın bərəkətindən sui-istifadə edib harınlaşdılar... Yurdumuzun dilbər guşələrində özlərinə əməlli-başlı yer elədikcə, “Yersiz gəldi, yerli qaç!” atalar misalımıza min bir don geyindirdilər...

...Qaniçən, qatı millətçilər: androniklər, şaumyanlar, mikoyanlar, qriqoryanlar, xanzad(!)yanlar, aqambek(!)yanlar, kapitukyanlar, bonerlər, bala(!)yanlar, köçər(!)yanlar, hesabagəlməyən terlər-yanlar qaragüruhunun, dünyanın hər küncünə səpələnmiş – “Daşnaksutyunpartiyasının tör-töküntülərinin onların mənfur himayədarlarınınqorbaçov tipli adi insan hisslərini itirmişlərin şeytan məkrli fitnə-fəsadları ilə xalqımıza qarşı yönəldilən vəhşiliklərinqətliamlar, soyqırımları, terrorlar, sui-qəsdlər, repressiyalar deportasiyaların sonu görünmür...Xocalıda soy qırımıilə bu fəlakətlər öz mənfur əzazilliyinin bütün görünməyən cəhətlərini dünyaya tanıtdı.

Hiylədən, xəbislikdən uzaq olan xalqımız öz qədim tarixində ilk dəfəböyük sual işarəsi önündəməlul-müşkül dayandı:

vaxtacan biz varidatımızı açıq mücrülərdə saxlayacaq, düşmənlərimizin salxaq dəyirmanlarına su tökəcək, böyük Tanrının hökmü ilə alçaqların sel aparmış körpülərini misli görünməmişbeynəlmiləlçiliklə”, “canfəşanlıqlayenidən bərpa edəcək, sel vahiməsindən qorxa-qorxa namərd körpüsündən keçəcəyik.

Ulu xalqımızın başına açılan bu oyunlar sonuncu ibrət dərsi olmalıdır. Qoy gələcək nəsillər zaman-zaman dondurulmuş, urcah olduğumuz müsibətlərdən indi vulkan kimi püskürən oyanmış qan yaddaşımızın rəmzi lalə bənzərliazadlıq məşəlimiziqəfil küləklərdən qorusunlar. Odlar diyarımızın oddaşıyanı olsunlar. Onun nur saçan işığında Allahın bizə bəxş etdiyi müqəddəs torpaqlarımızın keşiyində mərdanə dayansınlar. Vətənimizin qiymətini canlarından əziz tutsunlar. Dilimizə yabançı sözləri yaxın qoymasınlar...

Axı böyük Yaradan torpağımıza, malımıza haram qatmağı, əqidəmizə, məsləyimizə bədxahlığı, yaltaqlığı bizlərə yasaq etmişdir.

Biz nakam getdik bu dünyadan, minlərlə şəhidlərimizvətən təşnəsini öz al qanlarıyla söndürməklə təsəlli tapdılarəbədiyyətə qovuşdular...

Siz nəticə çıxarın tarixin amansız imtahanlarından! Əsrlər boyu açıq saxladığımızTorpaq mücrüsü qıfıllayın. “Güc birlikdədir!” atalar misalımızı qibləgah bilin. Amma siz bizim nöqsanlarımızı təkrar etməyin!

 Allah sizə yar olsun!..”

Bütün ailə üzvləriXocalıda soyqırımıgecəsi şəhid olmuş, Qorqud ovqatlı babanın ömrünün ixtiyar çağında öz yurd-yuvasının həsrətiylə özgə qapılarında can verərkən etdiyi vəsiyyətini filosof dostum mənə beləcə danışanda varlığımda təlatüm qopdu, əsim-əsim əsdim, tüklərim biz-biz oldu, gözlərimə qaranlıq çökdü, soyuq tər içində muma döndüm, qulaqlarım cingildədi, qırışığım açıldı, özümdə təpər tapıb elə bil el yolunu kəsmiş nəhəng, yöndəmsiz qara bir daşı, gözlərimi yumaraqya mədəd!” – deyib dərəaşağı dığırlatdım. Sonra dərindən nəfəs aldım. Sanki çəkisizlik şəraitinə düşüb, lap uşaqlıqdakı kimi, ixtiyarsız, saf duyğularlaEy, insanlar, mən azadam!” deyib ənginliklərə baş vurmaq istəyirdim. Elə bil illərdən bəri mənəviyyatımızı zəhərləyən, manqurtluğa doğru sürükləyən qorxunc fikirlərin vahiməli cazibəsindən tamamilə çıxmışdım!..

...Bu vaxt qarşımızdakı dağın ən uca zirvəsində çatılmış nəhəng tonqal heyrətləndirdi məni!...

...Koroğlu nərəsi, misri qılıncın səsi, köhlənlərin kişnərtisi, cəngi fırtınası, heyratı sədası altında Azərbaycanın bütün qeyrətli övladları tonqalın dövrəsinə cəm olmaq üçün dağyuxarı dırmaşırdı. Tonqalın ərşə dirənən gur işığında aydın görünən insan axını od-alov püskürən vulkan selini xatırladırdı...

Qobustan qayalarının möcüzəli daş yaddaşından qopub gələn Dədəm Qorqudun qaibanə-amiranə səsi tonqal çatmış dağ cüssəli babanın səsinə qarışır, tonqalın pak alov diliylə bütün Azərbaycana car çəkirdi:

Ey, Odlar Yurdunun şir ürəkli, pələng biləkli övladları, cəm olun tonqal başına!...

Oddan keçin! Vətən, torpaq, xalq, dil din naminə kini, küdurəti unudun!...

Bu çağırışdan riqqətə gəldikcə, “misrisədası altında, şaqraq dağ şəlaləsi kimi qulaqbatırıcı, gurultu ilə sonsuz göylərə yüksələn xalqın səsi bütün dünyaya yayılırdı:

Mənim gözəl Azərbaycanım!

Babaları, nənələri hikmətli, ataları, anaları qeyrətli, oğulları qüvvətli, qızları, gəlinləri ismətli, torpağı bərəkətli, dili zəngin, məlahətli, insanları mərhəmətli, tükənməz sərvətli Azərbaycanım!

Küləkli bakılı, tarixlər yadigarı ərdəbilli, təbrizli, naxçıvanlı, dəmir qapılı dərbəndli, qəbələli, beyləqanlı, gəncəli, bərdəli, sinəsi namərd dağlı qarabağlı, ağı çeşməli qaradağlı, vətən təşnəsi irəvanlı,göyçəli, zəngəzurlu, ipəkli şəkili, almalı qubalı, ceyranlı muğanlı, bağlı-bağatlı şirvanlı, milli, limonlu lənkəranlı Azərbaycanım!

Cənnət diyarımızda xarüqələr yaradan, yaşıl xiyabanlar, kəndlər, qəsəbələr, şəhərlər salan, qədim, şərəfli keçmişimizi bu günə, bu günü gələcəyə səsləyən Azərbaycanım!

Tarix qocaldıqca gəncləşən, gözəlləşən, vətən qeyrətindən, halal zəhmətindən, ulu səltənətindən rövnəq alan, şeirlər yazan, mahnılar bəstələyən, sinəsi sözlü-söhbətli, zəngin mənəviyyatlı, şair təbiətli bəstəkar Azərbaycanım!

Dünyaya yenilməz qəhrəmanlar bəxş edən, zamanın yaddaşına əbədi incilər nəşq edən salnamələr yurdu Azərbaycanım!

Anaların layla səsində, bulaqların zümzüməsində səni eşitmişik, səni anmışıq, adınla fəxr etmişik, şöhrətini çox-çox uzaqlardan eşitmişik, mənim şöhrətli, şanlı Azərbaycanım!

Sən anbaan böyüyürsən, əlçatmaz olursan! Günəş , ay da, ulduzlar da sənə həsrətlə baxır, qədimliyini, ululuğunu, şeytanlara, iblislərə qısqanırmış kimi öz tülünü çəkir, sanki gözmuncuğu bağlayırmüstəqilliyi əbədi, dönməz olan” (Heydər Əliyev) gələcəyi xoşbəxt mənim çağlayan Azərbaycanım!

Toyda-düyündə , qanlı döyüşlərdə , hətta ölüm ayağında da səni düşünmüşük, səni anmışıq, sənə arxalanmışıq, səni düşünəcəyik, sənə arxalanacağıq. Sənin qoynundan gen düşmək təhlükəsi olandagücümüz heç nəyə çatmayanda müqəddəs torpağını öz cəsədimiz boyda qorumaq üçün şəhidliyi seçib əbədiyyətə qovuşacağıq, mənim doğma anam, vəfalı Azərbaycanım!..

Mənə elə gəldi ki, bu çağırış daşı da, torpağı da, insanları da ovsunlamışdı. XalqBirlik simfoniyasıbəstələyirdi. Bu simfoniyanın sədaları altında milli ruhumuzun məşəli zülmət qaranlıqları işıqlandırırdı!...

Şükür İlahi! Qaraçuxamız oyandı. Qan yaddaşımız dadımıza çatdı özümüzə qayıtdıq, insanlığa qayıtdıq, vətənə, xalqa, torpağa, dilə dinə qayıtdıq. İnama, imana gəldik. Azərbaycana məxsusluğumuzu dərk etdiksevincimizdən ağlaya-ağlaya filosof dostumla mən səsimizi xalqın səsinə qatmaq onlara qoşulmaq üçün dağyuxarı dırmanmağa başladıq...

Qəbrin nurla dolsun, Xocalı şəhidi, Qorqud ovqatlı qarabağlı baba, vəsiyyətin çin oldu! – sevinc yaşlarından boğulan dostum dəli bir nərə çəkdi!...

...Baba, muştuluğumu ver, bizimkilər erməni quldurlarını Qarabağdan qovub çıxarmışlar, – deyə-deyə qışqıran azyaşlı nəvəmin səsinə yuxudan qəfil oyandım...

Bu xəbəri kimdən eşitdin bala! – hövlnak soruşdum.

Elə indicə yuxuda görmüşəm baba! – ura! – deyib tullana-tullana nəvəm dilləndi.

Yuxularımızın çin olmasını muştuluq verirəm sənə, bala! Böyük yaradanın bizə göndərdiyi xilas butası – “Birlik simfoniyası” – milli ruhumuzun məşəli bu dolaşıq dünyamızın dolambac yollarını işıqlandırıb dadımıza çatsın, şeytan əməllərindən qorusun! – o gün yaxındadır! Tezliklə o bayram gününü inşallah Cıdır düzündə qeyd edəcəyik!...

 

 

BABULLA

 

525-ci qəzet.- 2010.- 26 fevral.- S. 6.