Sevda İbrahimova haqqında düşündüklərim

 

DƏYƏRLİ BƏSTƏKARIMIZIN 70 İLLİYİNƏ HƏSR OLUNAN YARADICILIQ GECƏSİLƏ BAĞLI TƏƏSSÜRATLARIM ƏSASINDA

 

2010-cu il fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına kamera musiqisi salonunda respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirib. Bu gecəni, bəstəkarın konsertdə səslənən əsərlərindən birinin adıyla, “Əzizlərimin xatirəsinəadlandırmaq olardı. Mövzunun dramatik faciəvi xüsusiyyətinə, yönünə baxmayaraq, musiqidən gələn səmimilik, melodiklik, işıq, dinləyicilərə bir istilik, xoş əhval-ruhiyyə, gözəl axşam bəxş etdi. Sevda xanım müxtəlif illərdə dünyasını dəyişmiş əzizlərinin xatirəsini uca tutaraq onlara musiqi əsərləri ithaf edib. Bu gecədə ilk öncə bəstəkarın babasına həsr etdiyiQurbansız qalan tarımkamera əsəri səsləndi (sözləri İslam Səfərlinindir, ifa edirdilər: Azərbaycan Dövlət simli kvarteti, Gülnaz İsmaylovasoprano, Həsən Ənamitenor, Vüsal İskəndərzadətar, piano arxasında isə müəllif özü əyləşmişdi). Konsertdə səslənən ikinci əsər bəstəkarın atası, görkəmli yazıçımız Mirzə İbrahimovun sözlərinə yazdığıLaylayoldu (ifaçılar yenə Azərbaycan Dövlət Simli kvarteti, Fəridə Məmmədova (soprano), pianoçu müəllif özü idi). “Əhval-ruhiyyələrsilsiləsindən pyeslərini isə Sevda xanım anasınamərhum Sara xanımın xatirəsinə ithaf edib. Əsəri o, anası hələ xəstə olduğu vaxt yazıb. Pianoçu Ülviyyə Hacıbəyova bəstəkarın o dövrdə keçirdiyi dramatik hissləri, əhval-ruhiyyəsini çalğısında ifadə edə bildi. Bu silsilədən olanMəhəbbət işığıadlı pyeslər bəstəkarın ömür-gün yoldaşı Arif müəllimin əziz xatirəsinə ithaf edilib. Əsərdə ifadə olunan nisgilli hisslər, görünür, pianoçu M.Adıgözəlzadənin keçirdiyi hisslərlə üst-üstə düşdüyünə görə (o da bu günlərdə əzizini itirmişdi) xüsusilə təsirli səsləndi. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Bəstəkarın musiqisindən gələn təbiilik ilıq hisslərlə bərabər, onlarda bir bənzərlik hiss olunurdu, bu da, görünür, mövzunun ümumiliyindən irəli gəlirdi.

Adlarını çəkdiklərimizlə bərabər, konsertdə bəstəkarın digər kamera instrumental vokal əsərləri səsləndi. Sənin səadətin” “Deyir gözün”, “Ceylaya” “Azərbaycan təranələri”, “Yaşa, ülvi məhəbbətim”, “Necə sevməyim səni”. İfaçılar Gülnaz İsmayılova Həsən Ənamidən başqa Ceyla Seyidova, Aleksey Miltix, Kəmalə Neymanova, Elnara Kəbirlinskaya, Səbinə Əsədova, Anar Şuşalı və Nərgiz Əlyarova idilər. Bu gözəl ifaçılar sırasında yaşca onlardan xeyli kiçik olan skripkaçı Ceyla Seyidova bəstəkarın ona həsr etdiyi əsəri böyük məharətlə (ilk dəfə) ifa edərək hamını riqqətə gətirdi.

Konsert zamanı yanımda oturan Sevda xanıma dedim ki, görünür, ifaçılar Sizi çox sevirlər, çünki hamısı əsərlərinizə böyük qayğı, məhəbbətlə yanaşmış onları bacarıqla, səmimi qəlbdən ifa etmişlər. Sevda xanım gülümsəyərək, mənimlə razılaşdı.

Salon ağzına qədər tamaşaçı ilə dolu idi. Onlar müəllifi hərarətlə alqışlayırdılar, bəstəkara gül dəstələri bağışlayırdılar.

Sonda çıxış edən Sevda xanım konsertin təşkilinə görə Bəstəkarlar İttifaqına, qurumun sədri Firəngiz xanım Əlizadəyə öz təşəkkürünü bildirdi, onun çıxışından kövrəldiyini söylədi həmişəki kimi unudulmaz müəllimi Qara Qarayevi minnətdarlıq hissi ilə yad etdi. O, Qara müəllimin ruhuna minnətdarlığını bildirərkən mən Qara Qarayevlə görüşlərimdən birini xatırladım. O vaxtlar mən Qara Qarayevin elmi-publisistik əsərlərinin məcmuəsini çapa hazırlayırdım. Axı Qara Qarayev böyük bəstəkar olmaqla bərabər, həm böyük alim idi. O, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, zəngin dünyagörüşünə, iti zəkaya malik idi. AMEA-nın həqiqi üzvü idi. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmişdi, dünya musiqisinin, eləcə ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi idi. O, həm parlaq natiq sərrast söz ustası kimi məşhur idi. QaraQarayevin ehtiraslı, alovlu çıxışları, musiqimizin ən aktual problemləri barədə dolu məruzələri heç kəsi laqeyd, etinasız qoymurdu. Onun hər çıxışı, məruzəsi musiqi həyatımızda xüsusi hadisəyə çevrilirdi. Bütün bunlar məni onun elmi-publisistik irsini toplamağa sövq etmişdi. Bu kitabla əlaqədar növbəti görüşümüz zamanı o məndən gənc qadın bəstəkarlara münasibətimin necə olduğunu soruşdu istedadlı, gələcəklərinə böyük ümid bəslədiyi bir neçə xanım bəstəkarın adını çəkdi. Onlardan biri Firəngiz Əlizadə, o birisi bu məqalədə yaradıcılığından bəhs etdiyim Sevda İbrahimova üçüncüsü Afaq Cəfərova idi. Qara müəllim mənə məsləhət gördü ki, onların yaradıcılıqları ilə tanış olum. Mən bu məsləhətə riayət edərək o vaxtdan həmin bəstəkarların yaradıcılığı ilə maraqlandım hətta onlar haqda yazılar da yazdım. Sevda xanımı mən çoxdan tanıyırdım. Biz eyni vaxtda xüsusi musiqi məktəbində oxumuşduq (indi Bülbül adına məktəb). Sonralar hər ikimiz bu məktəbdə işləmişdik. Mən musiqi ədəbiyyatı fənnindən dərs deyirdim. Əvvəllər bu dərslərdə musiqi nümunələrini fortepianoda səsləndirən hamıya məlum Destrik adlı illüstrator idi, sonralar isə Sevda xanım mənimlə işləməyə başladı. Bizim birgə fəaliyyətimiz, əməkdaşlığımız sonralar da davam etdi. Bu yaxınlarda mən böyük xanəndə, təkrarsız səsə malik Cabbar Qaryağdıoğlu haqqındaŞərq musiqisinin peyğəmbəriadlı kitab yazdım. Redaktoru mənim təklifimlə Sevda İbrahimova oldu. Məlumdur ki, Cabbar Qaryağdıoğlunun məşhur triosunda uzun illər boyu tarzən kimi Sevda xanımın babasımahir ifaçı Qurban Pirimov çıxış etmişdi. Bu trionun səslənməsini böyük orkestrlə müqayisə edirdilər. Bu trionun bu cür səslənmənin əsas səbəbi isə Cabbar Qaryağdıoğlunun qüvvətli, coşqun səsi Qurban Pirimovun möhtəşəm tarı idi. Redaktorluqla əlaqədar mən Sevda xanıma müraciət edərkən o, məmnuniyyətlə razılaşdı sonra mənə təşəkkürünü bildirdi ki, ona sanki keçmiş dövrü yaşatdım.

Sevda İbrahimovanın bəstəkarlıq yaradıcılığına qayıdaraq qeyd etmək istərdim ki, musiqidə, demək olar, elə janr, elə sahə yoxdur ki, Sevda xanım ona müraciət etməsin bu sahədə uğurlu əsərlər yaratmasın. Operalar, simfonik əsərlər, konsertlər başqa əsərlər bu sıradadır.

Mən Sevda xanıma cansağlığı yeni-yeni yaradıcılıq uğurları arzulyıram. Bir arzulayıram ki, gələcək yubileylərini həsrətini çəkdiyi Şuşada keçirsin Sənin üçün darıxıram, Şuşaməsərini elə Şuşanın özündə səsləndirsin!

 

 

Zemfira SƏFƏROVA,

AMEA-nın müxbir üzvü,

professor, əməkdar elm xadimi

 

525-ci qəzet.- 2010.- 27 fevral.-  S.19.