Xocalı şəhidləri
Yazıçılar Birliyində
yad edilib
Xocalı soyqırımının
18-ci ildönümü ilə
əlaqədar Azərbaycan
Yazıçılar Birliyində
(AYB) anım mərasimi
keçirilib. AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Xocalı soyqırımının
Azərbaycan xalqının
unudulmaz dərdi olduğunu qeyd edib: “Ermənilərin bu vəhşilik aktını əlimizdən
gəldiyi qədər
bütün dünyaya
çatdırmalıyıq. Biz yazıçıların
boynuna düşən
vəzifə bu tarixi faciəmiz haqqında əsərlər
yazıb, kitab halında gələcək
nəslə çatdırmaqdır”.
F.Qoca Rafael Tağızadənin, Eyvaz
Zeynalovun, eləcə
də digər şair və yazıçıların Xocalı
soyqırımına, Qarabağ
hadisələrinə həsr
etdikləri əsərlərdən
söz açıb. Xalq şairi azərbaycanlılara qarşı
törədilən cinayətləri
doğlun və təsirli əsərlər,
sanballı nəşrlərlə
dünya xalqlarına çatdırmağın zəruri
olduğunu bildirib. Yazıçı-publisist Xeyrəddin
Qoca çıxışında
Xocalı soyqırımını
ildə bir dəfə deyil, hər zaman xatırlamağın vacibliyini
vurğulayıb: “Artıq bu faciəni
əlimizdə olan əsaslı faktlarla dünyaya çatdırmağın
ən optimal yolunu taparaq, bu sahədə təsirli işlər görmək lazımdir”. Şair Ramiz Məmmədzadə Xocalı
hadisəsinin qurbanlarını
öz gözlərilə
gördüyünü önə
çəkib: “Faciə
baş verəndə Ağdama getmişdim. Erməni vəhşiliyinə
məruz qalan cəsədləri gözümlə
görmüşəm. Hazırda
ekranlarda göstərilən
kadrlar Çingiz Mustafayevin Xocalıda lentə aldığı üç kasetin montaj olunmuş hissəsidir. O kasetlərdə
elə dəhşətli
görüntülər var
idi ki, şəxsən
mən o kadrlara sona qədər
baxa bilməmişdim”.
AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu
bu qətliamın dünya miqyasında görünməmiş bir
cinayət olduğunu diqqətə çatdırıb:
“Biz bu və
digər faciələrimizi,
onların qurbanlarını
həmişə ehtiramla
xatırlamalı, cinayətkarların
cəzalandırılmasını beynəlxalq aləmdən
tələb etməliyik”.
Tədbirdə şairlər
Qəşəm Nəcəfzadə,
Oqtay Rza, Fərqanə Mehdiyeva Xocalı şəhidlərinin
xatirəsinə həsr
etdikləri şeirləri
oxuyublar.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 27 fevral.- S. 19.