Suzen Dark və ya məhəbbət
piri
( Əvvəli ötən
saylarımızda)
– Azad müəllim,
mənim bir yerlim var. Elə sizin yaşda olar. Müəllimdi. Sizin şeirlərinizin vurğunudu, Qəfər kişi. (Əlbət ki, Qəfər heç belə bir şairin olduğunu da bilmirdi. Dil sümüksüz
bir parça ətdi, hara çevirsən ora dönür) Biləndə
ki, sizinlə görüşə gedirəm.
Həyəcanlandı.
– Gərək
onu da gətirəydin.
– Dedim, dedi yox, o boyda
şairlə mən cəsarət edib bir süfrədə otura bilmərəm.
– Nə gözəl insandı? İndi belə adamlar azdı. Gərək gətirəydin.
– Dedi mənim bir xahişimi çatdır.
Azad müəllim mütləq
bilər. Sənət
məktəbində oxuyan
bir qız milisi pis yerindən
bıçaqlamışdı. Adını, deyəsən,
Süsən dedi.
– Hə,
hə, biz o polisi sistemdən çıxardıq.
Sonra partiyadan da çıxardılar. Orası da şikəst
olmuşdu. Cibində butulka gəzdirirdi.
–Deyir ki, o qız cəzasını çəkəndən
sonra Bakıya gəldi, yoxa çıxdı.
– Yox, yoxa çıxmadı. Məndə məlumat vardı, ölən milisin qohumları qızı axtarırdılar.
Qorxduq uşağa xətər yetirərlər.
Qəşəng qız
idi. Qərara aldıq ki, adını, familiyasını
dəyişək. Özünü
də göndərək
atelyələrin birində
işləsin.
– Dəyişdiz?
– Hə,
özünü çağırdıq.
Dedik qızım, fikrimiz belədi, özünə ad seç.
Dedi istəyirəm adım Suzen olsun.
– Niyə
Suzen?
– Mən
də soruşdum niyə, dedi öz adıma yaxındı, həm də fransız adına oxşayır. Qoy elə bilsinlər
əcnəbiyəm. Bircə
fransız familiyası
tapa bilmədi.
– Bəs
familiyasını nə
yazdınız?
– Bu o zaman
məxfi iş idi. İndi iyirmi beş ildən çox keçib. Allah bilir hardadı. Familiyasını
mən verdim. Dedim yazsınlar Suzen DaArk.
– Niyə
DaArk?
– Onda
Janna Dark haqqında yeni
eşitmişdim. Dedim
bizim qızımız
ondan əskik deyil. Özünü də göndərdim Nizami küsçəsində
böyük atelye vardı, ora. Bizim arvad da
paltarını orda tikdirirdi. Arvada dedim Fransadakı mühacirlərin
birinin qızıdı.
O da müdirə mənim adımdan tapşırsın. Az vaxtda oldu çox
məşhur bir modelyer. Bir vaxt
ona paltar tikdirmək üçün
böyüklərin arvadları
bizim arvada minnətçi düşürdülər.
–Hə, hə Süzen DaArk!
–Tapdın?
–Tanıdım
nədi. Hətta bizim redaktorun tapşırığı ilə
onun haqqında yazmışam. Heç ağlıma gəlməzdi.
–Niyə?
– Peşə
məktəbini tam bitirməmiş
dörd il türmədə yatmış
bir qızın elə düşüncə
tərzinə malik olması ağlagəlməzdi.
– Gənc
olmağına baxma, çox ağır bir həyat məktəbi keçmişdi.
– Ağıllı
ola bilər. Amma mən onunla
söhbət edəndə
sənəti haqqında,
onun incəlikləri haqqında dedikləri məni yaxşı mənada heyrətləndirmişdi.
Hətta qibtə hissi ilə deyirdim Fransa bu deməkdir. Adi bir dərzi
qız sənəti haqqında gör nələr deyir. Danışan elə bil özü yox, genləri idi.
– Nə deyirdi ki, səni
bu qədər təəccübləndirib?
– Qəsdən
zövqdən, geyimdən,
dəbdən söhbət
saldı. Dedim bizdə geyimin təqdimatı yüksək
səviyyədə deyil.
Modellərimiz yaxşı
məktəb keçməyib.
Suzen D?Ark dedi ki, əsas
modelyer, usta-dərzi əsasdır. Hər müştəri dərzi
üçün model olmalıdır.
Hər müştəriyə
fərdi yanaşmaq lazımdı. Bədən
quruluşundan əlavə,
sifarişçinin üzünün
özünəməxsus cizgiləri,
ifadəsində, paltarın
rəngində, tikilişində
nəzərə alınmalıdır.
Sərt və yaxud ciddi qadına
şən, oynaq rəngdə paltar yaraşmayacaq. Gülər,
şən bir gözələ bütün
rənglərin tündü
geyim kimi yox, yük kimi
görünəcək. İki
müştəri eyni
fiqurda, eyni boyda, eyni çəkidə
olsalar da, xarakterlərinə, davranışlarına
fərdi cizgilərinə
görə onlara fərqli paltarlar, fərqli rənglər seçilməlidir. Müştəri
özü geyimini nümayiş etdirən ən yaxşı modeldir. Ona görə
də onun daxili aləmi ilə geyimi bir-birini tamamlamalıdı.
Vəhdətdə olmalıdı.
Mən bunları onun dilindən yazmışdım. Məftunluqla
yazmışdım.
– Mən
havayı yerə o qıza DaArk adı verməmişdim ki. Kimsəsiz bir qızın özünü, saflığını
qoruması, özü
də o vaxt, Canna D?Arkın üsyanı kimi bir şey idi.
– İndi
biləndə ki, bu fikirləri söyləyən, bu çətin yolu keçən adi bir Azərbaycanlı qızı imiş, ikiqat fərəh hissi keçirirəm. Görəsən hələ
də, atelyedə işləyirmi?
– Yox, doxsanıncı il idi. İt yiyəsini
tanımırdı. Məni
də təqaüdə
göndərmişdilər. Arvad sonuncu dəfə
ona paltar tikdirməyə getmişdi.
Suzen varlanmışdı,
özünə ev almışdı. Müştərilərini
evdə qəbul edirdi. Yoldaşıma deyib ki, ölkədə
xaos başlayıb. Mən ömrüm boyu özüm-özümü
qorumuşam. Bu qədər
qorumaqda bilmirəm yaxşı eləmişəm,
ya pis iş
görmüşəm. Düşünürəm
məni bundan sonra qoy dövlət
qorusun. Bilgəhdə
bir qocalar evi var, gedib
baxmışam, danışmışam.
Evimi də satıb gedirəm ora. Zaman qarışıqdı,
daha döyüşməyə
gücüm qalmayıb.
Əgər sağsa,
orda olar. Gedib görmək yaxşı olardı.
– Bir az səbr edin,
öyrənim sağdırsa
mən bu görüşü təşkil
edə bilərəm.
Əşrəf əsəri yazırdı, eyni zamanda, yazdığına kənardan, kənar gözlə nəsrə fərqli münasibət bəsləyən bir insanın gözü ilə baxırdı. Yazırdı, ədəbiyyatın köhnə oxucusu kimi, yazdığı ilə razılaşmırdı. Köhnə oxucu nəsr əsərlərində görməyə vərdiş etdiyi təbiət təsvirləri, obrazların oturduğu, gəzdiyi yerlərin ətraflı təsviri, yaşadığı evin əşyalarının təsviri kənardan baxan ikinci Əşrəfi Qane etmirdi. Əsəri yazan Əşrəf isə, Çexovun sözünü əsas götürmüşdü. Əgər birinci səhnədə divardan silah asılıbsa, sonuncu səhnədə həmin silahdan atəş açılmalıdır. Hadisələrə dəxli olmayan artıq şeylər əsərdə olmamalıdır. Əsərdə təsvir olunan daş da, quş da, ağac da, külək də, göy də, bulud da, obrazın açılmasına, konfiliktin həllinə kömək edirsə, əsərə xoş gəlib. İştirak etmirsə, əsərdə işləmirsə, artıq sözdür. Əşrəflərin heç biri geri çəkilmək fikrində deyildi. Bu vaxt ərzində Qocalar Evinin müdiri ilə zəngləşmişdi. Orada şair Azadla görüş keçirmək istədiyini demişdi. Bu görüşün qəzetdə geniş işıqlandırılacağını biləndə müdir də, işçilər də sevindilər, həm də ciddi hazırlaşmağa başladılar. Müdir dedi ki, radio, televiziya belədir ki, bir dəfə göstərilir, havaya üfürürlər, çıxıb gedir. Qəzet həmişəlik qalır. Sənəddi. Nə vaxt istəsən çıxart qoy ortaya.
Əşrəf,
nəhayət, öz içindəki
mübahisəyə son qoydu.
Mən artıq söz yazmıram. Oxuyan oxusun, oxumayan oxumasın. Hamı məni oxumalı deyil ki, hər halda, mənim kimilər də olacaq.
Deyirlər, ot kökü
üstə bitər, amma kökü
üstə bitib kök
olmur, ot olur. Mən ədəbiyyatımızı
bilirəm, billə-bilə, o ədəbiyyatı
sevə-sevə, belə, yəni bir az başqa cür
yazıram. Heç ədəbiyyat kimi oxumasınlar. Mənim oxuculara
məktubum kimi qəbul etsinlər. Onsuz da bu
ədəbiyyat deyil, həyat həqiqətidir.
lll
Səhər Qocalar Evinin həyətində səliqəli geyinmiş bir oğlan var-gəl edirdi. Müdir onu görən kimi tanıdı. Qaça-qaça onun üstünə gəlib ərkyanə görüşdü.
– Xoş gəlmisən. Necəsən? Xeyirdimi?
– Gəlmişəm Fatma xanımı aparım.
– Nə oldu, balam, pay verib dərdindən öləsiz, yoxsa şikayət eləyib. Hə, düzdü, otaq qonşusu bir az narahat adamdı, amma özünə demişəm, bu günlərdə yerini dəyişəcəm.
–Yox əşi, o məsələ
deyil. Bosun bu gün ad günüdü,
istəyir anası evdə olsun.
– Hə da, anasız ad günü olar? Biz də bir hədiyyə
göndərək da...
– Yox, yox. Tapşırıb ki, bilən olmasın. İndi məcbur oldum deməyə. Lazım deyil. Əslində bacısı, bacısı
oğlu Amerikadadı,
axşam zəng edəcəklər. Sonra anası ilə danışmaq istəyəcək.
– Hə da...
– Nə desin bos? Desin
annam Qocalar Evindədi?
– Hə da...
– Yox, onu demək olar?!
– Hə da...Mən də
onu deyirəm da...
Elə bu zaman Fatma xanım
gəldi, həyəcanla
ona yanaşdı.
– Nə olub, Ələsgər. Xeyirdimi? Salamatlıqdımı?
– Narahat olma, Fatma xala.
Hər şey yaxşıdı, bos dedi anamı gətir.
– Niyə,
nə olub?
– Bu gün
ad günüdü, yadından
çıxıb?
–Gör ey...Başım Suzenə elə qarışıb, bir az soyuqdəyməlidi.
– O kimdi?
– Müdir
tez cavab verdi:
– Heç,
otaq yoldaşıdı.
Bir həftəbecər
şeydi, bilmək olmur ermənidi, rusdu, fransızdı. Hər halda, adı, famili fransızdı. Dedim sənə axı, Fatma xanımın yerini dəyişəcəyəm.
Özü də lap tez. Soruşsa, elə belə də deyərsən.
– Yox, müdir, dəyişmə.
Mən elə Suzen xanımla qalmaq istəyirəm. Yazıq insandı .
– Siz bilərsiz, amma Ələsgər, sən bu məsələni bosa demə.
– Oldu, şef. Arada gəlib sizdən qatıq aparacam. Hardan götürürsüz
bilmirəm, əla qatıq olur.
– Gəl,
qurbandı – dedi. Ürəyində “gəl-gəl,
havayı qatıq baldan şirin olan şeydi”-dedi.
(Ardı var)
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 1 iyul.- S.6.