Sovet dövlətinin qadağan etdiyi Azərbaycan mətbuat orqanları

 

(Azərbaycan mətbuatının 135 illiyinə həsr edilir)

 

Yeni Qafqazyajurnalı

 

1923-cü il sentyabrın 26-da böyük mütəfəkkir M. B. Məmmədzadənin qeyd etdiyi kimi, yalnız azərbaycanlıların deyil, eləcə rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə – “Yeni Qafqazyaişıq üzü gördü. Ədəbi-ictimai siyasi bir məcmuə olanYeni Qafqazya”nın ilk sayının başlanğıcında bu cümləyə rast gəlmək mümkündür: “Məsləkimizə müvafiq yazılar, məmnuniyyətlə qəbul nəşr olunur”.

Məcmuənin ilk sayında M. Ə. RəsulzadəninAtəşçalan Prometey” (Proqram məqaləsi əvəzinə) yazısı çap olunub. M. Ə. Rəsulzadə bu məqalədə yazırdı: “İlk nüsxənin baş məqaləsi proqram məqaləsi olmalı idi. Burada məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd şərh olunmalı idi. “Yeni Qafqazya”nın aşağıdakı maddələrdən ibarət olan proqramı belə idi:

– “Yeni Qafqazyamilliyyətçi, radikal demokratikdir.

– “Yeni QafqazyaTürkçüdür. Türklərin harsı tərəflərini, mədəni irtibatlarını mənəvi vəhdət istiqlallarını istihdaf edər.

– “Yeni QafqazyaTürk davasının Azəri cəbhəsini müdafiəyə mükəlləf Azərbaycan istiqlalçılarının mürəvvici əfkarıdır.

– “Yeni QafqazyaQafqazya millətlərinin Rusya əsarətindən xilas olmasını müstəqbəl Rusya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazyanın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.

– “Yeni Qafqazyayalnız Azərbaycançılıq, Türkçülük Qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkətini , tərvic etdiyi əfkarı mənzuməsinin cüzi tamı olaraq mənimsəyər, Şərqin radikal bir surətdə əsirlənməsini bütün səmimiyyətiylə istiqbal edər.

– “Yeni Qafqazyabilxassə Rusya imperyalizminə qarşı mücadilə edər, o çarizmi olduğu qədər bolşevizmidə Türk dünyası üçün müzirr Qafqazyaya düşmən görür“ “Yeni QafqazyaAzərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi milliyyət istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi.

Yeni QafqazyaAzərbaycan istiqlalçılığının kökünüAzəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür”, bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı: “Bu mücadilə davam edir. Mücadilə dalğası bizi cəbhədən cəbhəyə atır biz gah qalib, gah məğlub, gah hür, gah əsir, gah hakim, gah məhkum, gah sürgün gah mühacir oluruqQeyd edək ki, 28 May 27 Aprelbu günlərin hər ikisi Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm günü kimi qeyd edənYeni Qafqazya”nın səhifələrində bu hadisələrlə bağlı xeyli məqalələr dərc olunmuşdur.

Yeni Qafqazyayalnız Türkiyədə deyil, eləcə İranda, Misirdə, Əfqanıstanda yayılır, geniş maraq doğururdu. Məcmuə gizli yolla Azərbaycana gətirilib xalq arasında yayılırdı.

Qeyd edək ki, “Yeni Qafqazya”ya qarşı bütövlükdə Sovet təbliğat şəbəkəsi işləyirdi. “Pravda”, “Qızıl Orenburqkimi qəzetlər, “Novıy Vostokelmi orqanıYeni Qafqazya”dakı yazıları təkzibə çalışsalar da, bir fayda olmamışdır”.

Yeni Qafqazya”nın fəaliyyəti Sovetlər Birliyini narahat edirdi. Sovet hökuməti hər vasitə ilə “Yeni Qafqazya”nı bağlamağa çalışırdı. M. Ə. Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz mübarizələrinə baxmayaraq Türkiyə hökuməti Sovet hökumətinin təsiri ilə “Yeni Qafqazya”nın nəşrini qadağan etdi. Bunun səbəbini isə 1921-ci ildə RSFSR-lə Türkiyə, 1925-ci ildə isə Sovetlər Birliyi ilə Türkiyə arasında imzalanmış müqavilələrin nəticəsi kimi qeyd etmək olar. M. B. Məmmədzadə gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın sayı işıq üzü görmüşYeni Qafqazya”nı yüksək qiymətləndirir və bu məcmuənin gələcək nəsillər üçün milli istiqlal tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd edirdi: “Yeni Qafqazya” ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri kimi qalacaq və gələcək nəsillər millətimizin qızıl istila altındakı iztirab və əsarət dövrünü bu sənədlərdən öyrənəcəkdir.

 

“Azəri Türk” jurnalı

 

Yeni Qafqazyadan sonra azərbaycanlıların nəşr etdiyi ikinci mətbuat orqanı “Azəri Türk” jurnalıdır. Ədəbi-ictimai, elmisiyasi, milliyyətçi bir məcmuə olan “Azəri Türk” 1928-ci il fevralın 1-də İstanbulda, Sultan Əhməddə nəşr olunurdu. Bu məcmuənin 20 sayı ərəb əlifbası ilə, sonrakı sayları isə latın əlifbası ilə nəşr olunmuşdur. Ərəb əlifbası ilə olan saylar “Orhaniyyə” mətbəəsində çap edilmiş, latın əlifbası ilə olan sayların çap olunduğu mətbəə isə məlum deyildir.

“Azəri Türk”də dərc edilmiş, müəllifi M. Ə. Rəsulzadə olan ilk Baş məqalə “Tutacağımız yol” adlanır. Müəllif yazırdı: “Məcmuəni bundan 4-5 il əvvəl başqa şərait daxilində çıxarmış olsaydıq, tutduğumuz yolu kafi surətdə izah edə bilmək üçün bəlkə daha ziyadə təfsilat vermək ehtiyacı hiss edərdim. Fəqət indi bizdən əvvəl vüqü bulan nəşriyyat və bu nəşriyyat sayəsində ehzar olunan bir mühiti nəzərə alaraq tutduğumuz yolun pək qısa cümlələrlə izah oluna biləcəyinə ümid edirik.

Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi “Rəhi-narəbdə” (getməyən yol) deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu həqq yolu və millət yoludur. Bir yol ki, Avropa 18, bir xassə 19-cu əsrdə getmişdir. Bir yol ki, müasir şərq hal-hazırda o yolla salik olmuşdur. Bir yol ki, sabiq Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəəsi o yola girmişlərdir. Bu yol ki, savarisi milliyyət hədəfi istiqlalıdır!

“Azəri-Türk” hərbi-ümuminin nəticəsində bilfeli istiqlal mücadiləsinə atılan və illərdən bəri böyük bir eşq və hərarətlə izlədiyi cumhuriyyət qayəsinə irmiş bulunan, fəqət milli istiqlalı təkrar səqdəyə uğrayan bir türk elinin, Azəri türk xəlqinin daha müstəlah ismilə “Azərbaycan Cumhuriyyətinin” həyat və müqəddəratı ilə əlaqədar bir məcmuədir.

“Azəri Türk” jurnalının fəaliyyət proqramı belə idi:

1. “Azəri Türk”, Azərbaycan istiqlal davasını müdafiə etmək vəzifəsini icra edən milliyyətpərvərlərin naşiri əfkarıdır.

2. Əsarətdə olan Türk qurtuluş və istiqlallarını tərvic eylər.

3. “Azəri Türk” bilxassə Rusluqla mücadilə edər.

4. Qafqazya millətlərinin, Rusya əsarətindən qurtuluşunu və müstəqbəl Rusyanın istilasına qarşı birləşmələrinə tərəfdardır.

“Azəri Türk yazırdı ki, Azərbaycan istiqlal uğrunda gedən mübarizədə tək deyil, “hər şeydən əvvəl əsrin ən hakim bir şüarını təşkil edən Milli İstiqlal şüarının qüvvət və qüdsiyyəti onun bu müvəffəqiyyətli zamanıdır. Sonra özünə qarşı mücadilə etdiyi Rus istilasına qarşı yalnız deyildir. Yəni başında özü ilə bila-nifaq eyni yolun yolçuları, Qafqazya Cumhuriyyətləri ilə bərabər Ukrayna ilə Türkistan kimi mühüm qüvvətlər vardır” və Azərbaycan milləti itirdiyi istiqlalı yenidən qazanacaqdır. “Azəri Türk” yazırdı: “Bakıda çörək, süd, şəkər tapılmadığı kimi dünyanın ən zəngin petrol mənbələrinə malik bulunan Bakıda qaz bulunmurBaşqa bir yazıda isə qeyd olunur: “Aclıq, səfalət, hər tərəfdə hökmünü sürür. Vilayətlərə ezam edilən kommunist propaqandaçılarını artıq xalq dinləmir. Kəndli və fəhlə sinfi: “yetər, artıq bizi qandırmayınız! – deyə ictimalarda olan kommunistlərə qarşı çıxır və içlərindən qovurlar” “Sahibsiz rus cocuqları” yazısında da bir ciddi problemə toxunulur: “Rusiyadan axın-axın Azərbaycana gələn acsahibsiz rus cocuqları Bakıda kooperativlərin önündə toplanaraq fürsət düşdükcə çörəkləri dağıtmaqdadırlar. Polis və bələdiyyə məmurları onlarla bacarmamaqdadırlar”.

“Azəri Türkgizli yollarla Azərbaycana gətirilir, xalq arasında yayılırdı.

Bu jurnalın Azərbaycan problemlərinin, ölkədə baş verən hadisələrin Türkiyə ictimaiyyətinə çatdırılmasında böyük rolu vardı.

 

Odlu Yurd” jurnalı

 

1929-cu il martın 1-də imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri Kamal, baş redaktoru M. Ə. Rəsulzadə olanOdlu Yurd” jurnalı nəşr edilməyə başladı. “Odlu Yurd” özündən əvvəlkilərdən fərqli olaraq bütövlükdə latın əlifbası ilə nəşr olunan ilk jurnal idi. İlk sayı 1929-cu il 1 mart tarixində nəşr olunan məcmuənin son nömrəsi (il 3) 1931-ci il (30-31) N5-6 avqust tarixini daşıyır. “Odlu Yurdöz səhifələrində başda Azərbaycan olmaqla, Rusiya məhkumu millətlər, Qafqazya, İslam dünyası və beynəlxalq məsələlərlə bağlı mövzulara yer verirdi.

Odlu Yurd” demokratiyanın, demokratik millətçiliyin istilaçı qızıl Rus istibdadına qarşı müdafiəsində dayanan bir jurnal idi. Bu məcmuə milli istiqlal davasının mənasını belə açıqlayırdı: “Milli istiqlal davası, mədəni millətlər, ailəsi meydanında özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına hələ malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismionu iadə etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir: “Milli istiqlal davasından geniş bəhs edən digər bir məqalə isə M. Ə. Rəsulzadənin ilk sayda yazdığı “Çöhrəmiz” məqaləsidir: “Milliyyət və istiqlal davası əsrin ən qüvvətli və ən hakim bir şüarıdır. Başda Cumhuriyyət Türkiyəsi olmaqla bütün Şərq bu böyük yolla gedir. Bu şanlı tarix qafilasının ilk yolçularından biri də Azərbaycan türkləridir.

Bu inamla fəaliyyət göstərən “Odlu Yurd” Azərbaycanın bir gün əsarət zəncirindən xilas olacağına inanırdı.

Qeyd edək ki, “Odlu Yurdun Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yerirolu olmuşdur: “Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın hansı həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat vəsadəti istiqlalonun üç rəngli bayrağının altında düşünürsə – o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir. “Odlu Yurd” jurnalında Azərbaycanın istismar olunub Rusiyaya daşınan neftindən, qazından, digər sərvətlərindən də ürək ağrıdan məlumatlar çap edilirdi.

Odlu Yurd” Azəri mühacirlərinin Türkiyədə çıxardığı son siyasi məcmuə idi.

Odlu Yurd” jurnalındakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyətlə bağlı yazılar; 4) Xəbərlər qismi; 5) İstila qurbanları.

Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadədir. M. Ə. Rəsulzadənin “Öyrədən bir müsibət”, “Tarixçiyə qarşı siyasi”, “Temmuz (iyul) hadisəsi münasibəti ilə”, “Nə gübrədir, nə də peyin”, “Qafqaz Birliyi şüarı altında” yazılarının böyük əhəmiyyəti vardır.

Türkiyədə üç ilə yaxın müddətdə nəşr edilən “Odlu Yurd” jurnalı mühacirlərin Azərbaycan istiqlalı uğrunda apardıqları mübarizəyə ciddi dəstək verib əhəmiyyətli rol oynadı.

 

 

Nəsiman Yaqublu,

Tarix elmləri namizədi

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.23.