Sovet dövrünün heykəlləri

 

(Etibar Babayevin “Yalana heykəl” kitabı haqqında)

 

Ənənəvi dəyərlərin (əxlaq, din, hüquq s.) artıq işə yaramadığını sosiomədəni inkişafın yeni istiqamətlərini (dünya inqilabı, kommunist cəmiyyəti, bərabərlik qardaşlıq) bəyan edən sovet cəmiyyəti üçün sənət hansı rolu oynayırdı, Bu haqda çox yazılıb danışılıb. Həmişəlik, yeganə dürüst ən mükəmməl yaradıcılıq metoduolan sosivlizm realizmi bütün sənət növlərini, o cümlədən heykəltaraşlığı yönləndirirdi.

Sosializm panteonunu bir dəyər sistemi kimi qəbul edənlər az deyil, lakin bu bir həqiqətdir ki, bu sistem əski sivilizasiyaların gəldiyi nöqtədən bir addım da qabağa getməmişdi. Öz hakimiyyət simvollarını ikona səviyyəsinə qaldırmağa çalışan sovet başbilənləri bu mənada nəyi necə etməyi yaxşı bilirdilər. Öz yalanının faş olmasını istəmirsənsə, onun üstündə məbəd qur” – qədim Roma deyimindən yola çıxan sovet klassisizmi yeni kult yaratmaq, totalitar dövlətin gücünü-qudrətini nümayiş etdirmək üçün çeşidli yollara baş vururdu.

Sovet heykəltaraşlığı, bütün totalitar cəmiyyətlərdə olduğu kimi, öz monumentallığı, dəbdəbəliliyi, əzəmətliliyi ilə seçilirdi. 50-ci illərdə Sovetlər sarayının üzərində Leninin heykəlini ucaltmaq nəzərdə tutulmuşdu. Hekəlin ölçüləri haqqında təsəvvürünüz yaransın deyə, qeyd edək ki, abidənin təkcəyolgöstərənbarmağı ikimərtəbəli ev boyda olmalı idi. Sonralar bu proyektdən imtina edilsə , o vaxtlar sosialist mövzusunda pionerlərə, fəhlələrə, kolxozçulara çoxlu heykəllər qoyulurdu. İnqilab partiya rəhbərlərinə qoyulan heykəllər haqqında isə ayrıca söz açmaq lazım gəlir. Nisbətən yaşlı nəsil yaxşı xatırlayır: yer üzünün altıda bir hissəsində elə bir şəhər, qəsəbə, yaşayış məskəni yox idi ki, orada dahi, müdrik rəhbərə onun silahdaşlarına heykəl qoyulmamış olsun.

Bir vaxtlar Bakının ən yüksək nöqtəsində ölkənin ən böyük abidəsi ucalırdı. Onu hər yerdən görmək mümkün idi. Əfsanəvi İsgəndəriyyə mayakı kimi, o da Xəzər sahilinə yan alan irili-xırdalı gəmilərin diqqətini cəlb edirdi. Əslində, bu heykəl məcazi mənada mayak idi-siyasi mayak. Kirovun əli Domokl qılıncı kimi şəhərin başı üzərində yellənirdi. Bir növ siyasi nəzarət rəmzi olan uydurma sovet bütü elə bir gələcəyə aparan yolu göstərir, istiqamətimizi müəyyənləşdirirdi”. Tanınmış jurnalist, imzası Azərbaycan oxucularına, dinləyicilərinə tamaşaçılarına yaxşı tanış olan Etibar BabayevinYalana heykəlkitabı belə başlayır. Kitabda 1920-ci ildə Bakıya hücum çəkib Azərbaycan Xalq cümhuriyyətini devirən ordunun rəhbərlərindən biri, Azərbaycan kommunistlərinin başçısı S.Kirovun həyat hekayətindən bəhs edilir. Lakin bu kitab təkcə Kirovun haqqında deyil, bu 70 illik gedişat, onun qaynaqları, hazırda alt-üst olmuş təsəvvürlər barədə əhatəli bilgilər məxəzidir.

Etibar Babayevin yalnız onun qələminə məxsus təhkiyə tərzi, hadisələri çeşidli rakurslardan dəyrləndirmək qabiliyyəti kitabı daha da oxunaqlı edir.       

 

 

Səidə Nəbiyeva

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.16.