İran musiqiçiləri
Bakıda konsert veriblər
Beynəlxalq Muğam Mərkəzində
İran müğənnisi
Mohtabadın və “Rudaki” musiqi qrupunun konserti olub. Tədbirdə İranın Azərbaycandakı
səfiri Məmmədbaqir
Bəhrami və Bakıda səfərdə
olan İran İslam Respublikasının
Mədəniyyət və
İslam maarifləndirilməsi
naziri Seyid Məhəmməd Hüseyni
çıxış edərək
ölkələrimiz arasındakı
əlaqələri yüksək
qiymətləndiriblər. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında,
ölkələrimiz arasında
əməkdaşlığın genişlənməsində qarşılıqlı
mədəni əlaqələrin
mühüm rolunu vurğulayıb. Belə görüşlərin
və tədbirlərin
Azərbaycan ilə İran arasında tarixi dostluq əlaqələrinin daha da gücləndirilməsinə
xidmət edəcəyini
bildirən nazir cari ildə İranda Azərbaycan Mədəniyyəti Günlərinin
keçiriləcəyini diqqətə
çatdırıb. İran musiqiçilərinin
çıxışı tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Mərkəzin foyesində İranın
tarixi keçmişini
özündə əks
etdirən fotosərgi
açılıb və
bu ölkədə
son illərdə çap
edilən kitablar nümayiş olunub.
525-ci qəzet.- 2010.- 8 iyul.- S.4.