Daşkəsən ərazisində
qədim alban məbədi
aşkarlanıb
Daşkəsənin Çovdar kəndindən
3 kilometr aralıda, meşəlik ərazidə
qədim Alban məbədi
aşkar edilib. Divar qalıqlarından
belə məlum olur ki, IV-V əsrlərə
aid olan bu abidənin ətrafında
köməkçi təsərrüfat
tikililəri də varmış. Rayon mədəniyyət və
turizm şöbəsinin
yaydığı məlumata
görə, aşkar edilən bu abidə Daşkəsənin
tarixi abidələri sırasında sayca
53-cü, alban abidəsi
kimi isə
4-cüdür. Məbədin nəzarətə götürülməsi barədə
mədəniyyət və
turizm nazirliyinə məlumat verilib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 14 iyul.- S.7.