Yolayrıcında
qaçış
(Çaşmış insanlar haqqında
çaşqın bir roman)
(romandan parça)
Tanınmış
yazıçı Elçin Hüseynbəylinin
(Qaraçuxanın) yeni “Yolayrıcında qaçış” romanı tamamlanıb və
bütöv nəşri “Azərbaycan” dərgisinin sentyabr sayı üçün nəzərdə
tutulub. İndilikdə isə əsərdən bəzi
parçaları oxuculara
təqdim edirik.
“Çaşmış
insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən
əsərdə qloballaşan dünyanın adamlar
üçün yaratdığı problemlər və onun fəsadları
qabardılıb. Romanda əkiz bacılar – Fatimə və
Züleyxanın timsalında şərq-qərb ziddiyyəti,
şərq-qərb əxlaqının
qarşılışdurması öz əksini tapıb.
Dekabrın
9-da, günorta saatlarında azəri gözəli, 34
yaşlı Züleyxa Göyçək Beşiktaşda,
öz malikanəsində qətlə yetirilib.
“Hürriyyət+” qəzeti,
10 dekabr 2009.
Mən Züleyxanı tanıyırdım. Məhlədə onu “Malena”, evdə Zulya çağırırdılar. Ona “Malena” adını kimin qoyduğunu bilmirəm. Oxucular bu yaraşıqlı xanımı tam təsvir etsinlər deyə məşhur italiya filmindəki Malenanı (aktrisa Monika Bottiçelli) yadlarına salsınlar: iri ala gözlər, məsum, bir qədər də sirli sifət, uzun qara saçlar, mütənasib bədən – bir sözlə huri-mələk. Məhlə uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi. O, bir şeytan idi. Kişilər bu mələksifət, dəjəl qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə gözü yox idi. Onlar dişi canavar idilər və nə zamansa yenidən dönüb vəhşi insan olsaydılar, kinolardan enmiş Züleyxanı parçalayardılar. Təbiət mənzərələrindəki kimi. Ağzından qan daman pələngləri, şirləri tanıdınızmı? Bəs onların ayaqları altında can verən ceyranları?!
Və bir səhər xəbərlər proqramında Azərbaycan gözəlinin İstanbulda vəhşicəsinə qətlə yetirildiyini eşidəndə uzaq keçmişi xatırlamağa başladım, daha doğrusu keçmişin özü bizi xatırladı...
Züleyxa və Fatimə əkiz bacıydılar. Züleyxa həddən artıq açıq-saçıq, Fatimə fağır, utancaq. Züleyxa gözəl, Fatimə, ortabab. Biri gözəlliyini hamıya göstərmək üçün səhərdən axşama kimi rəqs eləyir, oxuyur, oynayır, oğlanlara sataşır, kişiləri cırnadır, o birisi nənəsinin dizinin dibində oturub quran əzbərləyir, namaz qılırdı. Bu ailəyə Allah Şeytanla Mələyi, Əzrayılla Cəbrayılı eyni zamanda göndərmişdi. Birincilərin qulaqları səsdə, ikincilərin qulaqları dincdəydi...
–Ancaq bircə dəfə. –
Züleyxa bu sözləri deyəndən sonra donunun
yaxasını açdı və döşlərinin
arasını göstərdi.
Biz buna razılaşmadıq:
–Pulumuzu qaytar!
–Danışığımız belə olub,- Züleyxa dedi və bizim israrlarımıza məhəl qoymadan qapını bağlamaq istədi, amma biz imkan vermədik. Hər ikimiz eyni zamanda ayığımızı qapının arasına soxduq.
–Döşlərini göstərməlisən.
–Döşlərimi ha, ala! – Malenanın bu cestindən çaşdıq, o da imkandan istifadə edib, bizi çölə itələdi və qapını çırpdı. – Döşlərimi görmək üçün bu pullar azdı, iki manat gətirin,-qapının dalından dedi.
–O döşlərdən o qədər görmüşük ki, kinoda sənin kimilərindən nə qədər istəsən var,- iki manata onları öpmək də olar, –Qadir belə dedi.
Biz bir müddət qapının dalında durub dinşədik, sonra növbə ilə qulaqlarımızı yaxınlaşdırıb, içəridə baş verənləri diqqətlə izləməyə başladıq. O, qapının açar deşiyinə kağız tıxamışdı ki, biz oradan baxa bilməyək.
Kinolar gözəli incə addımlarla qonaq otağına keçdi, öncə güzgüyə baxdı, sonra koftasını çıxardı və xırda, yumru döşlərini sığallamağa başladı. Biz onun məmələrinin çəhrayı giləsini xəyalımızda canlandırırdıq.
Hər gün bu mənzərə təkrar olunurdu, hər halda biz belə düşünürdük.
Mən:
–Mərc gələrəm ki, indi koftasını çıxarıb döşlərinə baxır,-dedim.
–Ah! – Qadir fısıldadı və yumruğunu Züleyxagilin taxta qapısına çırpdı...Qapı qoca, əldən düşmüş kişilər kimi azcana qımıldandı.
Qadirlə mən yeddinci sinfə keçmişdik. Züleyxa bizdən iki yaş böyük idi, amma səkizinci sinfi qurtarandan sonra oxumağın daşını atmışdı, dərsə getmirdi.
“Kosmos” klubunda Malenanın baş rolda oynadığı kinonu dəfələrlə, oğrun-oğrun seyr eləmişdik. Çünki bizi kinoya buraxmırdılar. Biz ora xəlvəti girirdik. Kino başlamamışdan, skamyaların altında gizlənirdik və kinonu da bəzən elə oradan seyr eləyirdik, hamının başı qarışan kimi, yəni kinonun ən maraqlı yerində, Malenanın koftasını çıxarıb döşlərini sığallayan zaman skamyaların altından çıxırdıq.
Monika Bottiçellinin iştirakı ilə başqa bir kinoya da baxmışdıq. O kinonun adı indi yadımnan çıxıb, amma öncəkindən daha maraqlıydı. Kişilərin gözlərilə yedikləri, qadınların altdan-altdan baxdıqları, cavanların fitə basdıqları qızın adı Malena deyildi, deyəsən, onun heç adı da yoxuydu, amma Malenaya çox oxşayırdı, bəlkə də kinodakı rolu eyni aktrisalar oynayırdılar.
Oğlanlar qızın döşlərini görmək üçün hər gün ona şkoladlı dondurma alıb gətirirdilər. Amma istəklərinə tam nail ola bilmirdilər, bəziləri isə hövsələsizlik edib gözəlçəni gözləmirdi, dondurmanı özü yeyirdi, sonra şkoladlı barmaqlarını yalayırdı, yəqin həmin zaman, yəni bu sirli və ehtiraslı yalama zamanı gözəlçəni xəyalında canlandırırdı.
Biz indi həmin həyatı yaşayırdıq, daha doğrusu, biz həyatı kinolardakı kimi yaşamaq istəyirdik...
–İndi neyniyək?-Qadir məndən soruşdu.
Mən çiynimi çəkdim, sonra:
–Gözləmək lazımdır, –dedim..
Qadir:
–Dərsə gedəndə onu lağa qoyarıq.
–Yusif bizi əzişdirər,- mən onun bu sarsaq təklifinə qarşı çıxdım.
–Qorxaq, Yusif bizə neyniyəcək? Uzaq başı Züleyxanın atasına deyərik.
Bir müddət dinməz dayandıq. Otaqdan səs-səmir gəlmirdi.
–Yaxşısı budur balıqçıların yanına gedək, balıq tutaq, onu sataq və Züleyxanın istədiyi pulu verək...
Sahilə düşdük. Hava küləkli olduğundan dənizin sahilində heç kim yoxuydu. Bir az sahildə veylləndik, küləyin ora-bura qovduğu dalğalara tamaşa elədik. Qağayılar yoxa çıxmışdı, yalnız bir qağayı dənizə enmək üçün çalışırdı, öz dilində nəsə deyirdi, görünür, suyun üzündə nəsə görmüşdü, anjaq külək ona aman vermirdi və yenidən geri atırdı, adalara tərəf dartırdı...
Həmin gün, elə sonrakı günlər də biz balıq tuta bilmədik. İşimiz-gücümüz həyətdə oturub Züleyxanı gözləmək idi...
Bir gün o özü bizi çağırdı, şəhadət barmağıyla işarə elədi ki, bizə sözü var. Hər ikimiz ürəyimizdə sevindik.
–Kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərəcəm,- deyə Züleyxa barmağını qoja əncir ağacına tərəf tuşladı.
–Budlarını da? – Qadir tələsik soruşdu.
Züleyxa:
–Onları da,-deyə razılaşdı, –ancaq heç kim bilməsin. –Sonra isə barmağı ilə bizi hədələdi, gülə-gülə qapını örtdü və otağın içində zümzümə eləməyə başladı. Biz yerimizdən tərpənmirdik. O, bunu duydu, səsini kəsdi, qapını qəfil açdı və:
–Niyə qurumusunuz, gedin də! –dedi və qapını çırpdı.
Biz yerimizdən götürüldük. Pillələrdən düşəndə Qadirin ayağı mənə ilişdi və təpəsiüstə yerə gəldi, incəvardan qumluğa düşdü, bir şey olmadı. Eləjə ufuldaya-ufuldaya dirsəyini ovuşdurdu. Onun qapqara üz-gözündə əzab qarışıq xoş ifadə duydum.
Züleyxanın “ora” saydığı yer qoca əncir ağacının dibindəki duşxanaydı. Həyətdə təkcə Yusifgilin duşxanası vardı. Onu atası Həsənağa dayı tikdirmişdi və bircə dəfə də olsun orada yuyunmamış, gecələrin birində ölmüşdü. Deyirdilər ki, yuxudaykən Əzrayıl onun ürəyini oğurlayıb. Həsənağa kişini qəbiristanlığa aparanda mənə elə gəlmişdi ki, onun ürəyi yerində yoxdu və özündən qabaq Əzrayılla birgə göyə uçub.
Məhlə adamları hər həftənin sonu o biri küçənin başındakı hamama gedirdilər. Yusifgildən başqa. O idmançıydı. Əzələlərini bizim qabağımızda oynatmaqdan həzz alırdı. İdmandan, xüsusən də dənizdən gələndən sonra duşxanaya girirdi və bundan açıq-aşkar qürurlanırdı...Ürəyimizdə hamımız ona oxşamaq istəyirdik.
Biz gözlədiyimiz vaxt gəlib çatdı... Yusif həyətə girən kimi, çantasını qoja əncir ağacının sınıq budağına keçirdi. Bizim maraqla ona baxdığımızı görüb, saçlarını geri daradı, hədələdi. Sonra məhrəbanı çıxardı və duşxanaya girdi...
Qadir Züleyxagilin qapısına məndən qabaq çatdı, amma ağ, yumru döşləri məndən qabaq görmək ona nəsib olmadı. Qapını Züleyxanın atası açdı.
Yaqub dayı (olub-keçənlərdən sonra “dayı” demək mümkündürsə) dənizdə işləyirdi. Məhlənin böyük papaqlıları öz aralarında ona “zay Yaqub” deyirdilər. Həftə səkkiz, mən doqquz dənizdə olardı. Həmin gün də dənizdə olmalıydı. Amma bizim gözləmədiyimiz halda qapının ağzında zühur elədi. Qadirin qorxusundan dili tutuldu və Yaqub dayının:
–Nə itin azıb burda?! – sualının cavabında kəkələdi:
–Heç,-dedi və dalı-dalı piləkənlərdən düşdü.
Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra istəyimizə çatdıq, amma ilkin olaraq arzusuna Züleyxa yetişdi.
Yusif növbəti dəfə duşxanaya girəndə ona xəbər elədik. O, düşxananın arxasındakı deşikdən bir xeyli Yusifə baxdı, sonra çıxıb getdi, biz də onun dalına düşdük. Qapılarının ağzında, o tərəf-bu tərəfə göz gəzdirib, heç kimin olmadığına əmin olandan sonra donunun qabağını açıb döşlərinin arasını göstərdi.
–Hamısını göstər!-Qadir çığırdı, amma Züleyxa onun səsini eşitmədi, çünki biz özümüzə gələnə kimi içəri girib, qapını bağlamışdı.
Bizim Züleyxanın ağ yumru məmələrini həmin gün görmək istəyimiz baş tutmadı. Heç sonralar da arzumuza çatmadıq. Çünki Züleyxa qəfil yoxa çıxmışdı.
Lap sonralar bildik ki, atası Züleyxanı kəndə – babasıgilə göndərib. Səbəbi məlum deyildi. Məhlədə onu bir daha görən olmadı. Sonrakı taleyini mənə Boğaziçində Züleyxa özü danışdı. O, daha da gözəlləşmiş, varlanmışdı. Ətrafındakı adamlarla, yaxınlarıyla kübar qadınlara məxsus ədayla davranırdı, məni görəndə isə həminki Züleyxaya çevrildi. Mən onu keçmişə, xatirələrinin içinə qaytaran bir varlıq idim və sanki əlinə göydən düşmüşdüm.
O, danışdıqja, yaxud məni dinlədikjə elə hey gülürdü, aramsız suallar verirdi. Keçmiş taleyinə gələndə isə dönüb başqa adam olurdu. Bəlkə də gələjək taleyi onu qorxudurdu...
Bu olduqca qəribə və maraqlı bir taleydi. Və mən Azərbayjan gözəlinin Beşiktaşdakı malikanəsində qan içində tapılması barədə televiziya kadrlarını izləyəndə gözlərimə inana bilmirdim. Bizim uşaqlıq idealımızı, ilk sevgimizi qətlə yetirən adamın kimliyini öyrənmək istəyirdim. Öyrəndim də. Amma bu, elə də tez və asan olmadı...
Qatilin kimliyi təsadüfən üzə çıxmışdı. Türk əsgərlərinin öldürdüyü PKK terrorçusunun üstündən gündəlik tapılmışdı...
Gündəlikdə nə imza, nə də tarix vardı. Yalnız bir neçə yerdə Məhəmməd adlı adamın adı çəkilirdi.
Gündəlik barədə mənə Mərmərə universitetinin rektoru Yılmaz Durmuş danışdı.
Ona qədər isə mənim İstanbul səfərim vardı...Gəlin kimi adamın üzünə açılan İstanbul, sular səhəri. Qərblə Şərqin birləşdiyi bir məkan. Üstündə minlərin, milyonların qanı axıdılan, altında saysız-hesabsız müsəlmanın, xaçpərəstin sümüyü çürüyən, ruhları dolaşan və Sultan Mehmetin zəfəri sayəsində əbədi türkləşən minarəli şəhər.
Biz isti avqust günlərinin birində, lap dəqiqi avqustun 11-də Boğaziçindəki “Quş ağzı” restoranında oturub söhbət edirdik. Söhbətə qədər isə mən Züleyxanı çox axtarmışdım. İndi o, nə Malena, nə də Zülyaydı, sadəjə Züleyxa xanım idi, Züleyxa Göyçək. Mənim nəzərimdə isə hələ də məhləmizin oğlanlarının ilk sevgisi və qadın idealıydı. Cavanlıq əxlaqı yox, tərbiyəsizliyi sevir. Cavanlıq üçün əxlaq mühafizəkarlığın, tərbiyəsizlik sivilizasiyanın göstərijisidir.
İstanbula hər gəlişimdə onunla görüşmək istəyirdim, amma axtarışlarım bir nəticə vermirdi. Züleyxa Azərbaycandan gələn bir kimsəylə görüşmək fikrində deyildi. Və sonralar: “mən onlardan qorxurdum”, – deyə etiraf etmişdi. Zahirən güclü, qayğısız və şən görünən Züleyxanın bu ehtiyatlılığına inanmağım gəlmirdi.
Mən onu təsadüfən gördüm. “Hürriyyət+” qəzetinə verdiyi məşhur müsahibədə Züleyxa Göyçəyin cazibədar şəkli vardı və fonda divardan istanbulluların çox sevdiyi rəssam Sərdar Küçükoğlunun Boğaziçində ağ yelkənli günəş” adlanan rəsmi asılmışdı. “Bu rəsmin oricinalını heç kimə satmayacam” – deyən rəssam sonradan etiraf etmişdi ki, onu gözəl və varlı bir xanıma hədiyyə edib. Fotoqrafın ehtiyatsızlığı Züleyxa xanımı ələ vermişdi. Hamı bilmişdi ki, Sərdar bəyin rəsmini alan gözəl və varlı xanım Züleyxa Göyçəkdir. Bundan sonra qəzetlər bu cütlük haqqında çox yazdılar və təbii ki, onların böyük eşq macərası yaşadığını güman elədilər. Amma həqiqəti onların özlərindən başqa heç kim bilmədi.
Mənim “Hürriyyət+” qəzetində Çövdət bəy adlı bir tanışım vardı. Biz onunla bir müddət əvvəl Münhendə görüşmüşdük. “Sivlizasiyalar arasında dialoq” forumunu Almaniyanın Solçu yazarlar sindikatı Yaşıllar partiyası ilə birgə keçirirdi. Mən o zaman “Azadlıq” radiosunda işləyirdim və Açıq Cəmiyyət İnstitunun maliyyə dəstəyilə tədbirə qatılmışdım. Jövdət bəy o vədə mənimlə bir yaşdaydı və “Hürriyyət+” kimi nüfuzlu bir qəzetdə köşə yazarıydı. Tədbirdə bir azərinin də iştirak etdiyini biləndən sonra mənə yanaşmış və öz doğması ilə görüşürmüş kimi məni bağrına basmışdı. Vətənə döndükdən sonra onunla əlaqələrimiz davam etmişdi və bu dəfə Türkiyəyə uçmazdan önjə ona zəng vurub xahiş eləmişdim ki, İstanbul səfərim zamanı məni Sərdar Küçükoğluyla tanış eləsin. “Heç problem yok”. Cövdət bəyin mənə cavabı belə olmuşdu...
Atatürk aeroportunda məni Cövdət bəy qarşıladı. Səhər yenicə açılırdı. Havada qəribə qoxu vardı. Qərib şəhərlərdən bu cür qoxu gəlir. Günəş İstanbul minarələrini təzə-təzə işıqlandırırdı. “Səni çox özlədik, Elçin bəy” –deyə o, azəri dostundan ötrü darıxdığını nümayiş elətdirmək üçün məni bərk-bərk qucaqladı.
Yolboyu
ordan-burdan söhbət elədik. O, Sərdar bəylə
danışdığını və bu gün günortaya
yaxın məni gözləyəjəyini dedi. Sən
demə, rəssamın emalatxanası mən
qaldığım mehmanxananın yaxınlığında,
Boğaziçinin sahilində, Atatürk Hərbi Liseyinin
böyründəymiş.
Cövdət bəyin təkidlərinə
baxmayaraq, nahar eləməkdən boyun qaçırdım və
mehmanxanının yanında ondan ayrıldım...
Sərdar bəylə
görüşməyim elə də çətin olmadı,
çünki Küçükoğlunun azərilərə
böyük rəğbəti vardı, ana babası
Qarabağdan köçməydi. Emalatxananın
qarşısında iri şabalıd ağacları vardı.
İstanbul istisi onun yarpaqlarında
buxarlanırdı. Girəcəkdə məni
Küçükoğlunun köməkçisi
qarşıladı və mansarda dəvət elədi.
Sərdar bəy
böyük bir molbertin qarşısında dayanıb,
uzun-uzadı nəyəsə baxırdı, yəqin
Boğaziçiylə bağlı nəsə çəkirdi. Əcaib
görkəmdəydi. Əynində
qısaqol, dizdən yuxarı göy xalat və gödək
sarı şalvar vardı. Ayağına məst
keçirmişdi. Məni görən kimi
yaş, yaşıl güllü dəsmalla əllərini
sildi və əyləşmək üçün yer göstərdi.
Emalatxanada səliqə-səhmandan əsər-əlamət
yoxuydu və başdan-ayağa rəsmlərlə bəzədilmişdi,
daha doğrusu rəsmlər hara gəldi
atılmışdı. Ən çox
Boğaziçinin təsvirləriydi. Gözəl
xanımların naturadan da rəsmləri vardı. Bu açıq-saçıqlığa görə
Türkiyə mətbuatı hər addımbaşı onu tənqid
eləyirdi. İslamçılar onun
emalatxanasını yandırmağa bir neçə dəfə
cəhd də göstərmişdilər. Bu
məlumatları yolda mənə Cövdət bəy
danışmışdı və naturadan çəkilmiş
rəsmlərlə bağlı ona hər hansı sualı
verməməyi tövsiyə eləmişdi.
Sərdar bəydən
öyrəndim ki, Züleyxa xanım “Bahar çiçəkləri”
adlı gözəllik salonunun rəhbəridir, amma bu
“çılğın azəri qızıyla”
görüşmək çətindir.
–Züleyxa xanım Azərbaycandan
gələn müsafirlərlə heç görüşmək
istəməz, – dedi.
–Siz ona mənim adımı
desəniz, mütləq görüşmək istəyəcək,-israr
elədim və Züleyxa xanımla
uşaqlığımızın bir yerdə keçdiyini,
bir zamanlar çox yaxın olduğumuzu anlatdım və təkidlərim
öz bəhrəsini verdi.
O, mənim indiyə kimi
gömədiyim, kobraya oxşar, iri mobil telefonla Züleyxa
xanımın nömrəsini yığdı, amma nəticəsi
olmadı. Nömrə cavab vermirdi, yəqin “əhatə
dairəsindən xaricdəydi”. “Mərak
etməyin, onu tapajayız”, –Sərdar bəy mənim narahat
olduğumu görüb gülümsündü.
Süfrəyə
çay gəldi. Sərdar bəy ana babasının
Qarabağdan gəlməsindən, nəsil tarixçəsindən
(şəjərəsindən), İstanbulda sənədsiz
qaldığına görə babasının qazamata
atılmasından qısa danışdı və yenidən zəng
elədi. Bu dəfə telefonu
götürdülər. Deyəsən,
Züleyxa xanımın katibəsiydi. Sərdar
bəy onunla danışa-danışa arxa otağa keçdi
və bir azdan qayıtdı.
–Sən doğru demisən.
Züleyxa xanım görüşməyə hazırdır,
bizi ofisində gözləyir...
Sərdar bəyin
sürücüsü arif adamıydı. Züleyxa
Göyçəyin yanına gedəcəyimizi eşidəndə
güldü, maşını böyük bir ləzzət və
məmnunluqla işə saldı və biz Nişantaşı
səmtə yollandıq.
Küçükoğlu
yolda mənə sözarası anlatdı ki, Züleyxa
xanımın “gözəl rəfiqələri” var. Və
soruşdu ki, mən təsadüfən onlara “baxmağa” gəlməmişəm
ki? Mən “yox” javabını verdim. Amma,
deyəsən, o, mənim səmimi etirafıma bir az şübhə ilə, bir az da
qısqanclıqla yanaşdı.
“Bahar
çiçəkləri” Nişantaşının ən
hündür məhəllələrindən birində yerləşirdi. Zəngin
malikanələrin arxasındakı təpəlikdəydi.
Üçmərtəbəli
yaraşıqlı binaydı. Şüşələri
maviyə çalırdı. Qarşısında
şabalıd, cökə və palıd ağacları
vardı.
Züleyxa
Göyçəyin katibəsi və köməkçisi
vestibüldə bizi gözləyirdi. Küçükoğlunu
görəndə gülümsündülər və “Əfəndimiz,
xoş gəlib” –deyə bizi salamladılar. Onların üzlərindəki çoxmənalı
təbəssüm gözlərimdən yayınmadı. Birinci mərtəbədən sağa və sola dəhlizlər
uzanırdı. İçəridən
cürbəjür ətir iyi gəlirdi.
İkinji mərtəbəyə
qalxdıq və bir neçə dəqiqədən sonra mən
“Boğaziçində yelkənli günəş” rəsmi
asılmış otaqdaydım.
Mənə elə
gəldi ki, bura gözəllik salonundan daha çox diplomatik
korpusu xatırladır və indi gördüyümüz otaq
da ziyafət verilən guşədir. Çünki otaq çox
işıqlı və havalıydı. Sol divarda bar yerləşdirilmişdi.
Bir qədər aralıda bədənnümə
güzgü qolyulmuşdu, sağda divan, kreslo və curnal stolu
vardı.
Sərdar bəyin Səlma
xanım kimi çağırdığı katibə bizə
oturmaq üçün yer göstərdi və dedi ki,
Züleyxa xanım çox yaxın zamanda
görüşümüzə gələcək. Biz oturmaqdan imtina etdik və mavi şüşələrin
arxasından Boğaziçinə baxdıq. Mən şüşələrin niyə mavi
olduğunu indi anladım. Görünür,
sahibə özü belə istəmişdi. Uzaqda görünən sular öz rəngində
görünürdü, belə demək mümkünsə,
önümüzə açlıan mənzərə daha cəlbedijiydi.
Ağır yük gəmiləri günbatana doğru irəliləyirdi,
vapurlar sahildən-sahilə yön alırdı, lap uzaqlarda isə
yelkənli qayıqlar üzürdü.
Mən həyajanlıydım. Uzun illər
vurğunu olduğum və gözəl qadın kimi
obrazını qəlbimdə gəzdirdiyim
Züleyxa-Malenanı görəcəkdim.
O gəldi və nə gəldi!
Sanki gözəl bir bala
hazırlaşmışdı və həmin o gözəl
balda öz şahzadəsini tapacaqdı, daha doğrusu necə
gözəl olduğunu ona nümayiş elətdirəcəkdi.
Bəlkə elə həmin şahzadə mən
idim və uzun illərdən sonra biz bir-birimizə
qovuşacaqdıq.
Mən ona bir
könüldən min könülə yenidən vurulmağa
hazır idim.
Amma təəssüf, şairlər demiş
heyhat, bu belə deyildi. Züleyxa-Malena
kübar xanımlara məxsus uzun mavi dekalte geyinmişdi,
sarışın saçını arxaya yığıb
bağlamışdı, tellərindən bir jığa
ayırıb gözünün üstünə
salmışdı. Qara saçlı
Züleyxa indi sarışın mələklərə bənzəyirdi.
Onda Hollivud aktrisasına oxşar nəsə
vardı.
“Bahar çiçəkləri”nin sahibəsi önjə Sərdar bəyə
yaxınlaşdı. Sərdar bəylə
çox incə görüşüb öpüşdü.
–Çox gözəlsiniz, –
Sərdar bəy dedi və onu təkrarən öpdü, sonra
geri çəkilib, mənə işarə ilə, –
müsafirimiz sizin cocuqluq arkadaşınızmış, –
dedi.
Züleyxa
xanım əvvəljə məni ayaqdan başacan
süzdü, sonra əlini uzatdı. Onun bu
etinasızlığı məni əməlli-başlı qorxuzdu.
Mənə elə gəldi ki,
qarşımdakı bir zamanlar gördüyüm Züleyxa
xanım deyil. O heç mənim təsəvvürümdə
canlandırdığım Züleyxaya da oxşamırdı. Təkcə zaman yox, həm də adamlar dəyişir,
buna oöz yox, amma hisslərimin bü qədər
aldadıcı olduğunu düşünməzdim.
“Bahar çiçəkləri”nin gözəl sahibəsi, elə bil mənim tərəddüdlərimi
və keçirdiyim hissləri anladı, ürəkdən
güldü və Sərdar bəyə tərəf
dönüb:
–Əfəndim, bizi
bağışlayar, yəqin, cocuqluq arkadaşımla bir az baş-başa qalardım.
Sərdar bəy onu başa
düşdü, yenidən Züleyxa Göyçəyi
öpdü və mənə sarı qanrılıb, – bu
gözəli qardaş-qardaşa qıymaz, mən səninlə
baş-başa qoydum,-dedi və gedərkən,-bir kömək
lazım olsa, rija edirəm, məni arayasınız,-deyə əlavə
elədi.
Züleyxa
xanım məni divana dəvət elədi. Bir küncdə
oturdum. O isə mənimlə üzbəüz kresloya
çökdü. Yəni elə ehmalca oturdu ki,
paltarı əzilməsin. Səlma
xanım bizə çay gətirdi.
Uşaqlıq
arkadaşım gözünün üstünə
tökülmüş saçını qulağının
arxasına keçirdi və dedi:
–Mən səninlə
görüşməzdim, amma Sərdar bəy deyəndə
ki, sən yazarsan razılaşdım. Əslində,
yazarlardan qorxuram, amma istərdim ki, mən öləndən
sonra başıma gələnləri qələmə alasan.
Orada (Bakını nəzərdə tuturdu) mənim
haqqımda xoşagəlməz şaiyələr
dolaşır. Amma söz ver ki, söhbətimiz
mən həyatda olmayandan sonra çap olunacaq.
Züleyxa azərbaycan
türkcəsində anlaşmağa çalışsa da,
vaxt öz sözünü demişdi, istanbul
ləhjəsi onun danışığında birinci yerdəydi.
Onun danışıqlarını öz süzgəcimdən
keçirirdim.
Sonra o, nə
fikirləşdisə, səsini xırp kəsdi, elə bil
utandı.
–Unutmuşam ki, biz cocuqluqdan
bir-birimizi tanıyırıq, bağışla ki, səninlə
yad adam kimi danışıram,
çoxdandır görüşmürük... heç
ağlıma da gəlməzdi. O qədər müxbir
görmüşəm ki, hamını bir-birinə
oxşadıram. Bakıda başqa cürdü
axı, qonağı özgə jür qarşılayarlar.
Mən gərək səni evimə dəvət
edəm, amma orda bizə quluq edən tapılmayacaq. Ona
görə də Boğaziçinə enib “Quş
ağzı”nda bir nahar eliyək,- dedi.
Mən etiraz eləmədim.
–Sahibi-mütləq
sizsiniz,-deyə aramızdakı soyuqluğu, pərtliyi
götürmək istədim.
Biz “Quş ağzı”na düşdük, sahilə yaxın oturduq.
Bir azdan tösmərək, amma osman oğlanları demiş,
şık geyimli bir kişi bizə
yaxınlaşdı, daha doğrusu Züleyxa xanıma təzim
eləmək üçün stolumuza sarı gəldi.
Başa düşdüm ki, ortayaşlı bu adam
restoranın sahibidir. O, Züleyxa xanımın
qarşısında baş əydi və yaraşıqlı,
ağappaq əllərindən öpdü. Əvvəlcə
sağ, sonra da sol. Düz üç dəfə.
–Xoş gəldiniz,-Züleyxa
xanım.
Boğaziçi gözəli
nazlana-nazlana və ədayla:
–Xoş bulduq, Nəcib bəy,
– dedi.
–Qulluğunuzda hər zaman
hazıram, Züleyxa xanım,-Nəcib bəy belə dedi və
arxasında dayanmış qarsonlara işarə elədi.
Qarsonlar, eyni
cür geyinmişdilər, bir boydadılar, sanki əkiz
qardaş idilər və məcməyidəki menyulari ədəb-ərkanla
qarşımıza qoydular, elə bil, qorxurdular ki,
ehtiyatsız bir hərəkət xətrimizə dəyər
və sakit addımlarla bizdən uzaqlaşdılar.
–Nə istəyirsən,
sifariş elə.- Züleyxa xanım qonaqpərvərliklə
dedi.
–Sən seçsən
yaxşı olar,-dedim.
O, mənə adını
unutduğum bir yemək təklif elədi. Gözümü
döydüyümü görüb onun izahını verdi. Bu, langetə oxşar ət
yeməyiydi.
Ofisiantlar
qayıtdılar, sifarişləri götürüb getdilər.
Züleyxa xanım yerini
rahatladı və həyatını danışmazdan əvvəl
bir sual verdi:
–Mən yoxa çıxandan
sonra həyatınızda bir şey dəyişdimi?
–Hər şey dəyişdi.
Həyətimizdə həyat öldü,-
dedim.
Züleyxa elə
ürəkdən güldü ki, sanki onun səsi
Boğaziçində qərar tutan bütün kafe və
restoranlarda eşidildi. Hər halda mənə elə gəldi.
Sonra o uzun müddət susdu, Boğaziçində üzən
ağ yelkənli gəmiləri
süzdü və qəmli-qəmli:
–Gəmilər ağ örpəkli gəlinlərə
oxşayır, taleləri qaranlıq və kədərlidir,-dedi.
Ofisiantlar sifariş elədiyimiz
yeməkləri gətirdilər və hər ikisi bir
ağızdan:
–Afiyət olsun,-deyib getdilər.
(Ardı var)
Elçin HÜSEYNBƏYLİ
525-ci qəzet.- 2010.- 17 iyul.- S.30.