ORALARDA KİMLƏR VAR:
ÜSTÜN İNANC
ÇARŞAB HAQQINDA KİTABI MARKSİSTLƏR YAZA
BİLƏRDİ
Çarşab(başörtüsü) məsələsini bu cəmiyyətdə yaradılmış bir dram olduğunu söyləyən məşhur türk rejissoru,ssenariçi və ağabəyim Üstün İnanc :
“Sənətçi sahib çıxar. Yəni yazar. Yazmadılar.Biz bir iş görmək istəyəndə bizi söydülər.Gərəksiz şeylər danışdılar”. Sonra “Tək Deyilsiniz” əsərini qələm alan İnanc ağabəy, əsəri filmə çəkilincə böyük əngəllərlə qarşılaşdıqlarını xatırlatdı.
Qınamalar,qavğalar, işgəncələr, aclıq.... Fəqət öz yolundan dönmədi bu ustad. Böyük Doğudan gəlmiş bir uşaqdı. Dizləri yalnız Zeybək oyunu oynarkən yerə dəydi.
Bir İstanbul Bəyəfəndisini qonaq çağırdıq.Eskadərdə. Şah damarı şişənə qədər soruşduq.Sıxıb suyunu çıxardıq.Sənət insanı Üstün İnanc sakitcə cavab verdi.
Əxlaq və kino düşüncəsi necə bir yerə sığır?
Əxlaq və kino çox geniş bir məvhum.Onu daha bir az yığcamlaşdıraq, indiki vəziyyətinə baxaq kinonun.
Yaxşı Türk kinosunun keçdiyi yollara nəzər salaq o zaman.
Türk kinosunda texnik baxımdan böyük bir gəlişmə və dəyişim var. Fəqət bu işin millilik tərəfi və otantik dəyərlər baxımından bir az yabançılaşma var.
“Yaşılcam”da bu yoxmuydu?
“Yaşılcam”da başlanan hər şey bir sonuc verirdi.Yaşılcamda insanlar insanı tənqid etdiyi zaman deyirdiniz ki,şərtlər budur.Para yox, pul yox...Bu imkanlarla ancaq bu qədər getmək olar.İndi o imkanlar da genişləndi.
Necə olub genişləndi?
Kredilər filan.Ala bilənlər alır təbii.
Nədir nikbinsinizmi?
Təbii ki, nikbinəm.Baxmışam,daha əvvəllər çəkilmiş bir film vardı, “POLİS” adında.Baxdım, sordum Yücelə bir iclasda : kim bu adam deyə?Yaxşı filmdi.Heyrətlər içində baxdıq uşaqlarımla birgə.Əskidən belə filmlər çox azdı.
Bu işi öyrənmək bir az sevgi məsələsi?
Məsələn Məsub Uzakan, bu işi öyrənmək üçün asisant işlərkən su sataraq dolanışığını saxlaya bilirdi.
Gözəl günlər gəldimi, yaxındamı, yoxsa heç gəlməyəcəkmi?
Yəni imkanlar artır.Gözəl şeylər ola bilir irəlidə.Bu işin içində yalnız pulmu var?
İndi bu işin əsasını seriallar həll edir.Projedir. Kinonun, serialların və sairə kimi şeylərin əsasını proyektlər qoyur.Bu projelər sağlamsa yaxşı sonuclar almaq olar.İnam,əxlaq, metafizik qayğı varsa, yaxşı nəticələr çıxar ortaya. Proyekt və rejissor,ssenari çox vacib bir şey.
Bir var pul gətirən filmlər,bir də var intellektual tamaşaçılar üçün çəkilən filmlər,bu hələ də söhbət mövzusu.Nədir bunları bir-birindən fərqləndirən?
Bu çox qabaqlardan olan söhbətdi.Sənət filmi, pul üçün çəkilən film deyirlər. Bir az sol fikirlilərin gəldiyi nəticədir bu.Məsələn, bazara hesablanmış romanlar var, sənət romanları var. “Bazara hesablanmış romanlar nədir”,- deyə soruşsanız,cavab belədir ki,tirajına görə çox satılan romanlar. “Sənət romanları nədir”- deyə soruşsanız,mükəmməl yazılmış romanlar deyərlər.Bu bölgünün özü bəlkə də mübahisəli bir şey.
Uydurma bir baxış yəni.
Bu xüsusiylə bu sənətlə məşğul olan insanların uydurduqları bir şey. Kim çox satılırsa, kim az satılırsa bunu düşünər.Kinoda da bu var.
Bunların ikisi də eyni taleyi yaşamırmı?
İkisinin də eyni yerdə olması lazımdır, əlbəttə.Xüsusiylə kinoda bu vacibdir.Texnikanın üstünlüyü, pulun çox olması çox vacib bir şey. Biz oturub roman yazırıq. Qələm və kağız lazım.Bütün olan bu.Kino belə deyil.Məsrəflər tamamilə fərqli.
Tamaşaçı bəyəndisə nə olur?
Mən sənə kiçik bir xatirəmi danışım.Adları açıqlamayacağam.Nəcip Fazıl bəyin Sultan Abdülhamit haqqında əsərini biz səhnələşdirdik.Mən rejissor idim.Nədir bu? Həvəskar insanların bir yerə yığışması.
Əsas aktyorları hardan tapdınız?
Milli Türk Tələbə Birliyindən uşaqlar. Bu uşaqlarla tamaşa oynayırıq.Çox böyük bir maraq var.
Nə zaman olub bu?
1967-ci illərdi deyəsən .Sultan Abdülhamit, Atatürkün alternativi kimi göstərilir.Onu sevdinizsə demək Atatürkün düşmənisiz.
Dəhşətli bir münasibət.
Belə bir vahim düşüncə vardı o zamanlar. O dönəmlərdə zülüm çəkirdi yaradıcılar. Anladılmaz şeylər. Bir professor 31 martla bağlı bir şey yazdı. İki teatr qrupu bir yerə yığışdı. Dünya kinoteatrı vardı keçmişlərdə İstiqlal prospektində. Oranı aldıq. Hərbiyədən o zamanın geyimlərini götürdük.O vaxtın parasıyla 500.000 lirə ki, çox böyük puldu. Dollar 9 lirəydi. Hesabını bil.
Sizə rəqibmi oldular?
Bunlar bizim tamaşaya qarşı bir tamaşa hazırladılar.Bir tərəfdən rəsmi maneçilik, bir tərəfdən bunlar, bizsə davam edirdik.
Axırda bu yarışın sonu necə oldu?
20 gün
yaşaya bildilər.Sonra
batdılar.
Özümüzü gözə
soxmaq üçün
söyləmirəm bütün
bunları .
Xalqın istədiyi
olur.Kütlələrin dəstək
verdiyi şeylər yaşayır.Bizi dəstəklədilər.
Onları dəstəkləmədilər.
Həm də İstanbulun göbəyində.
20 gündə yoxa çıxdılar.O qədər
də pul xərclədilər.
Sonra nələr
oldu?
Qorxutmalar oldu,hətta
söyüş-möyüş anlarına qədər uzandı,bizi incitdilər.Amma
indi Abdülhamit artıq günün məsələlərindən biri
olaraq haqqında danışılır da.Sənət
işi,bazar məsələsi
və daha başqa şeylər üstündə kino işində hər zaman mübahisələr olub. Eləcə də açıq-saçıqlıq
məsələsində.
Təbii bunlar yaşandı. “Yaşılcam”da
bir rəqqasın göbək ataraq rəqs etməsi həmişə ortada idi.Bunlar niyə olurdu?.
Anadolu,xüsusiylə əlçatmaz,ünyetməz
bir yer olaraq
qapalıydı.Film insanları
maraqlandırmırdı.Rəqqas maraqlandırırdı.Uşağın birinə 25 quruş verirdilər, səhnəyə
çıxırdı və
bundan artığını
qazandırırdı.Tamaşaçılar
da ekstaza gəlib onların başlarından pul tökürdülər.
Sizin tamaşanızda
deyəsən qadın
obrazı yoxdur.Belə
olduğu halda tamaşaçıları necə
toplaya bilirdiniz?
Bu düşüncəniz
doğru.Bizim tamaşalarda
qadınlar yoxdu.Səhnənin
arxasına gəlib soruşanlar da olurdu: qarı varmı? Burda təhsil məsələsi
var.Bunlar olur. Mövzumuza dönərsək:
bəlkə bir az sərt danışdım,
amma mən bazar, sənət məsələlərinə qatılmıram.Fuflo
romanlar, ağ roman... filan...Sən işini yaxşı elə,nəyə inanırsan
yaz getsin.
Filmlərinizin Türkiyədən
uzaqlarda göstərilməsini
arzu edirdinizmi?
Mən BÖYÜK DOĞUçu
olaraq yetişdim. Bizdə olmamış şeyləri eləmək
hirsi vardı.
Məsələn?
Kino yoxdu
bizdə. Bizim tərəfdə. Yücəl
Çakmaklı da elədir.Maddi imkanımız
yox,tamaşa qoyduq.Kino
çəkdik.İlk dəfə
bu işlər bizim tərəfimizdən
gerçəkləşdirildi.
Sizin tərəfi
nə cür tanımaq olar? Ora harası və kimlər?
İnanclı insanlar.
Əxlaq və ruh kökünə dayalı insanlar.Bu məqsədlə yaşadıq.ABŞ
filan bizdən sonrakı nəsillərdə
gəldi. Daha
professional düşünməyə çalışırdılar.
Siz yolları
açdınız.
Bəli, biz bu yollarda yürüdük və yolları açdıq. Digərləri
də gəldilər və yaxşı işlər gördülər.
Xəyal gücü-
roman- ssenari- film. Bu dörd
fərqli məmləkətdən
danışarkən, ortaya
çıxan əsər
necə işlənərək
başqa bir hal alır? Olanla olmayan arasında bir olanı yaratmaq fərqi nədir?.
Mənim ilk romanım
“Yalnız deyilsiniz” oldu.Mən onu yazmadan öncə gözlədim.Elə bir səksəkə vardı
ki, içimizdə o zamanlarda. Başı çarşablı qızlara
da bunu izah
etmək olmaz.Birinci məslək qruplarında
başladı və davam edib getdi.Bir
az da gözlədim.
Nədən?
Çünki məndən
daha mahir insanların yazmasını
gözlədim.Yazmadılar. Səs çıxmadı.
Oturdum mən yazdım.Gözlənilən bir
tema olduğu üçün işim gətirdi.
Sonra film barədə
düşündünüz?
Ssenarini mən yazdım.Çox uzun bir şey alındı.
Əsər mənim. Qıymıram kəsib atmağa bəzi yerlərini, övladım
kimi əsər.
Romanı yazan, ssenarini yazmamalı o zaman.
Yazmamalı. Çünki
əli qalxmır.
Cəmiyyətin düşündükləri
ilə sizin düşündükləriniz üst-üstə düşürsə?
Cəmiyyətdən qırağa
sənətçi ola
bilməz.Təəssüf ki, indi tamam
başqa düşüncələr
var.Bu məsələyə,bu
çarşab məsələsinə
sənətçilər biganə
olmamalıdı.Lazım olduğunu
deməlidirlər.
Lazım olduğuna
inanmasalar da ?
Lazım olmadığına
inansa da. Çarşabın gərəkliyinə
inanıb- inanmasından
asılı olmayaraq.Yazmalıdırlar.
Vaxtiylə bu tip siyasi mübarizələrin
düşdüyü zaman,
qəzetlər kültür-sənət
əlavələri çıxarırdılar.Məsəla
“Dünya qəzeti” vardı. Onun kültür-sənət əlavəsi
vardı.Mən 15-16 yaşlarındaydım.
Maraqla oxuyurdum.Orhan Vəlinin ölümünün
il dönümündə
bir əlavə buraxılmışdı. Oktay
Rıfatın bir yazısını oxudum orada. Orhan Vəli
salatanı sevməzmiş
deyir.Amma şeirlərinin
birində “çox sevdiyim salatını tapa bilməyəcəymə”demiş
kimi bir misra var.Xalqın səsi bu. Xalqın salatanı sevdiyini bildiyi üçün yazmış. Riyakarlıq
yox bu sözlərdə.Marksist
bir yazar bu başürtüsü olayını bir şəkildə qələmə
almalıydı.
“Tək Deyilsiniz” filmi çəkildikdən sonra
Abdülhamid Xan haqqında filminizdə olduğu kimi çətinliklər və
mübahisələr yaşadınızmı?
“Tək Deyilsiniz” filmim qadağan olundu bir ara.Aktyorlar hədələndi. Dedilər
ki,qətiyyən bu
film qəbul olunmamalıdı.Başımız
qarışıqdı deyib
bizi dinləməyənlər
çox oldu. Artist tapa bilmirdik oynamaq üçün.
Bu çətinlikləri
necə aradan qaldırdınız?
Metin Serezli yardımçı oldu.
Murat Soydan, Nilüfər
Aydan kimi aktyorları o tapdı.
Bəs Haluk Qurdoğlu?
Onun qorxu, filan keyfinə deyil.Kimsə ona bir şey deyə
bilməzdi.Əsas o birilərindən
danışıram. O birilərini
qorxudurdular.Onlar bu işi eləyirlər, sən buna girişməyəcəksən
kimi hədələr
vardı.Bunlar oldu.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 17 iyul.- S.27.