Türkiyədə Elçinin daha bir kitabı nəşr olundu

 

Bu gün Türkiyədə ən çox çap edilən müasir dünya yazıçılarından biri xalq yazıçısı Elçindir. Onun roman, povest hekayələri qardaş ölkədə müxtəlif tərcümələrdə dəfələrlə nəşr edilib, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub. Türkiyənin bir sıra tanınmış universitetlərinin tədris teatrları da tez-tez Elçinin pyeslərinə müraciət edir. Bu tamaşalar həmin universitetləri bitirən gənc rejissorların, aktyorların diplom işi kimi qəbul olunur.

Elçinin yaradıcılığı son illərdə Türkiyə universitetlərində elmi tədqiqatların obyekti olub. Onun romanları əsasında Atatürk Universitetində doktorluq dissertasiyası müdafiə edilib. Xalq yazıçısının özü isə Yedditəpə, Memar Sinan Fateh universitetlərinin fəxri doktoru seçilib. Görkəmli türk şairi arxitektoru Çingiz Bəktaşın yazdığı kimi, «Elçini Türkiyədə hər kəs tanıyır, özü daha çox tanıyır

Bu günlərdə Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb. Qədim poliqrafik ənənələrə malik olan nüfuzlu «Ötüken» nəşriyyatı «Ədəbi düşüncələr» kitabını nəşr edib.

«Ədəbi düşüncələr» Azərbaycan dilində ilk dəfə 2001-ci ildə ardıcıl olaraq «525-ci qəzet»də çap edilib dərhal oxucuların da, ədəbi tənqidin böyük marağına səbəb olub. Mütaliənin zənginliyi geniş coğrafiyası, antik ədəbiyyatdan başlayaraq müasir dünya ədəbiyyatının müxtəlif janrlarda yazılmış nümunələrinəcən böyük ədəbi materialı əhatə etməsi, söylənən fikirlərin, aparılan müqayisələrin yüksək elmi-nəzəri estetik səviyyəsi, bədii zövqün mükəmməlliyi Elçinin «Ədəbi düşüncələri»ni XX1 yüzilin başlanğıcında parlaq ədəbi hadisəyə çevirdi. Təsadüfi deyil ki, əsər artıq bir sıra xarici dillərə tərcümə edilib.

Türk oxucuları «Ədəbi düşüncələr»lə ilk dəfə 2003-cü ildə tanış olublar. O zaman əsər «DA yayıncılık» nəşriyyatında çapdan çıxmışdı. Həmin kitabı bir qrup universitet müəllimi türk dilinə çevirmişdi. «Ötüken»in yeni nəşrində isə «Ədəbi düşüncələr»i Azad Ağaoğlu Mehdi İsmayıloğlu tərcümə edib. Çox simvolikdir ki, kitab «Qırx anbar» adı ilə nəşr olunub. Yəqin ki, Azərbaycan oxucuları bu ifadə ilə yaxşı tanış deyillər. Ancaq Türkiyədə bu ifadə çox mötəbər hesab olunur.

«Qırx anbar» türk dilində «içində müxtəlif növ əşyalar saxlanan qab, yaxud yer» hərfi mənasına gəlir. Məcazi mənada isə «bir çox mövzularda mükəmməl biliklərə malik olan insan, ustad alim, yaxud bir çox mövzularda ətraflı elmi məlumat verən əsər» deməkdir.

Avropa ədəbiyyatından fəlsəfəsindən bir çox materialı məlumatı sistemsiz bir şəkildə, ancaq böyük ustalıqla türk dilinə tərcümə edərək türk oxucusuna çatdıran ustad Əhməd Midhət Əfəndi (1844-1912) ilk dəfə bu adda bir jurnal nəşr etmişdi. Bu jurnal Türkiyədə geniş yayılaraq əhalinin Avropa estetik prinsipləri ilə maariflənməsində böyük rol oynamışdı.

Sonrakı illərdə Türkiyənin yetirdiyi ən böyük fikir adamlarından biri olan Cəmil Meric (1916-1987) ədəbiyyata dair yazılarını topladığı kitaba bu adı vermişdir.

«Ədəbi düşüncələr»in «Ötüken» kimi sanballı bir nəşriyyatda «Qırx anbar» başlığı ilə nəşr edilməsi Elçinin böyük yazıçı fikir adamı kimi qazandığı nüfuzun göstəricisidir. Eyni zamanda «Ədəbi düşüncələr»in yalnız ədəbiyyat baxımından deyil, nəzəri-fəlsəfi cəhətdən yüksək dəyərlərə malik olduğunu göstərir.  

Elçinin 456 kiçik essesini əhatə edən kitab elmi dəqiqliyi şərhləri ilə seçilir. Nəşriyyat yazır ki, «bu kitabda ədəbiyyatçıların ədəbi əsərlərin Elçinin zehnindəki əksləri yer alıb… Bu esselər yüzlərlə əsərin mütaliəsi nəticəsində əmələ gələn bilginin, bədii həssaslığın həyəcanın ifadəsidirElçinin bu esselərində ədəbi əsərlərin insanın xəyalını təfəkkürünü necə hərəkətə gətirdiyini görəcək həqiqi bir ədibin «zehin damarlarında» gəzişəcəksiniz. Həm Elçin buna çox asanlıqla müvəffəq olur onun qeydləri ədəbi zövqlə oxunur

Qeyd etmək lazımdır ki, «Ədəbi düşüncələr» Türk oxucularının böyük marağına səbəb olub. Rəsmi statistikaya görə, Elçinin «Qırx anbar» adı ilə nəşr edilmiş «Ədəbi düşüncələr»i hazırda Türkiyədə ən çox satılan kitablar sırasındadır.

«Qırx anbar» Elçinin «Ötüken» nəşriyyatında çapdan çıxmış doqquzuncu, ümumilikdə isə Türkiyədə nəşr edilmiş on səkkizinci kitabıdır.

İki il bundan əvvəl Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl «Dədəman» otelində Elçinə «Türk dünyasına xidmət» ödülü təqdim etmişdi. S.Dəmirəl təqdimat zamanı demişdi: «Türk dünyasına xidmət» mükafatını mən yüksək qiymətləndirirəm onu böyük yazar Elçinə təqdim etməkdən məmnunluq duyuram. Qırx il bundan əvvəl Sovet İttifaqına səfərim zamanı gənc yazar Elçinlə biz bir-birimizi tanımadan eyni teatr zalında olmuşuq. Qırx il keçib. Bu gün biz böyük yazar Elçinlə «Dədəman» zalında yan-yana oturmuşuq. Ürəklərimiz isə millətimizə vətənimizə eyni məhəbbətlə döyünür. Bu, çox simvolikdir. Bizi birləşdirən bu məhəbbət daimidir

 

 

İlkin Məmmədov İstanbul

 

525-ci qəzet.- 2010.- 17 iyul.- S.16.