Erməni yalanına daha bir zərbə
Moskvada “Flint” nəşriyyatı tərəfindən
tanınmış Azərbaycan
jurnalisti, “İrs-Nasledie”
beynəlxalq jurnalının
baş redaktoru Musa Mərcanlının “Erməniçilik. Rusiya.Qafqaz” adlı
kitabı işıq üzü görüb.
Musa Mərcanlının oxucuların mühakiməsinə
təqdim etdiyi bu elmi-tarixi nəşrdə ermənilərin
Rusiya və Cənubi Qafqazın yerli xalqlarıyla qarşılıqlı münasibətlərindən
və onların zaman-zaman qarşılaşdıqları,
əlaqədə olduqları
bu etnosları və əraziləri erməniləşdirmək cəhdlərindən
bəhs edir. Müəllif bu kitabın
ərsəyə gəlməsi
üçün arxiv
materiallarından istifadə
edərək nəhəng
təhqiqat işləri
aparıb. Musa Mərcanlı əksəriyyəti
erməni, rus və digər əcnəbi qaynaqlar olmaqla 200-dən artıq mənbəyə istinad edib. Kitabda dəlillərlə təsdiqlənir ki, ermənilər harada yaşamalarından asılı
olmayaraq, oranı Ermənistan kimi təqdim edir. Bunun üçün bu gün 26 “Ermənistan” kimi məşhur olan şərqə istiqamətlənmiş marşrutları
qeyd etmək kifayətdi. Bu mənada, aydın olur ki, erməni
tarixçiləri Ermənistanın
yox, erməni xalqının tarixini qələmə alırlar.
“Amma ermənilərin
uzun müddətə,
yaxud həmişəlik
müəyyən bir ərazidə dövlət
kimi mövcud olmaq cəhdləri baş tutmadı. Çünki onlar həmişə,
hər yerdə indiki kimi etnik
azlıq olaraq qalırdı”. Bu iqtibas C.Makkartinin “Türklər və ermənilər. Erməni məsələsinə
istinadən” kitabından
götürülüb. Daha sonra kitabda qeyd
olunur ki, erməni icması məskunlaşdıqları ölkələrə
müəyyən təsir
göstərmək gücündə
olsalar da, həmin ölkələrin
statusunu heç cür dəyişə bilməzdilər. Musa Mərcanlı
kitabında qeyd edir: “Bu aspektdə erməni icmasının
son ümid yeri Rusiya və Qafqaz idi. Bunun aqibəti
isə Qafqazın və orada yaşayan
xalqların tarixindən
yaxşı məlumdur.
Bu, həmçinin erməni xalqının öz qonşularıyla müxtəlif sahələrdəki
şaquli və üfüqi, müxtəlif
siyasi, mədəni, konfessional, sosial, iqtisadi, etnik səviyyələrdəki çoxqütblü
əlaqələrindən də
bəllidi”. Kitabda XX əsrin
əvvəllərində Qafqazda
köç salan xalqlar barədə maraqlı rəqəmlər
gətirilir ki, burda da ermənilər
üstünlük təşkil
edir. Elmi-tarixi əsər bu başlıqlarla təqdim
olunur: “Ermənilər
və Rusiya”, “Rusiya üçün ermənilərin Qafqazdakı
rolu və əhəmiyyəti”, “Erməni
icmasının Qafqazda
“Böyük Ermənistan”
mifologemini gerçəkləşdirmək
cəhdi”, “Erməni icmasının Qarabağ sindromu: tarixi öncəliklər və
gerçəkliklər”, “Erməni-gürcü
kolliziyası” və “Nədən ermənilər
qafqazlı deyillər”.
Qeyd edək ki, bu, Musa Mərcanlını
2009-cu ildə Sankt-Peterburqda
dərc olunan “Qarabağ məsələsi
və geosiyasət: analitik baxış” adlı kitabının davamıdı. Bu elmi-tarixi nəşrin tarixçilər, beynəlxalq
münasibətlər üzrə
mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün böyük
maraq kəsb edəcəyi şəksizdi.
Kitabı “Ozon.ru” və “Setbook.ru” internet mağazalarından əldə
etmək olar.
GÜNDÜZ
525-ci qəzet.-
2010.- 17 iyul.- S.16.