Hədəfdə yenə ANARdır

 

Həmişə belədir. Anar susur – tənqid edirlər, danışır- tənqid edirlər, mövqeyini bildirir – qınayırlar. Çünki ziyalı, yazıçı fikri ümummilli, siyasətçi fikri – fərdidir. Javan həmkarım Taleh Şahsuvarlı doğru buyurur: Anar hər suala yazıçı kimi javab verdi. (Söhbət “Azadlıq” radiosuna müsahibədən gedir) Çünki yazıçı sözü və əməllərilə həyatda qalır. Zəmanə ona görə tanınır. Bütün bunlar barədə az sonra. Amma bir vajib qeyd. Bəzi ağzıgöyçəklər Anar haqqında müsbət yazanların hamısına ujdan tutma “yaltaq”, mənfi yazanlara “qəhrəman” yarlığı yapışdırırlar. Olsun. Amma əlahəzrət tarix hər şeyə özü qiymət verir. Önjələr yazmışam, oxumayanlar üçün yenə də təkrar edirəm: Anar haqqında, onun valideynləri, övladları barədə hədyan yazanlar sonradan utanajaqlar. Azərbayjanın sonunju və ən böyük ziyalılarından birinə yerli-yersiz hüjumlar, onu gözdən salma kampaniyası öz başlarında çatlayajaq və maləsəf bu eybəjərlikdən jəmiyyətin də payına düşəjək.

Uman yerdlən küsərlər, amma uman yeri daşlamazlar.

İndisə məsələnin kökündən başlayaq.

Bir müddət önjə Anarın “Azadlıq” radiosuna verdiyi müsahibəni bəziləri radiodan, bəziləri ağızdan eşidib, bir parası isə mətbuatda gedən müzakirələrdən xəbər tutub. Məsələnin kökündə nə dayanırdı? Qeyri-peşəkarlıq və Anara yersiz hüjumlara rəvaj vermək. Yəni radio əməkdaşının Anara verdiyi sualların əksəriyyəti yönəldiji, qərəzli və qeyri – peşəkar idi. Curnalist bilməlidir ki, müsahibin danışmaq hüququ olduğu kimi, susmaq haqqı da var. Ziyalıdan (indiki məqamda Anardan) eyni zamanda həm inqilabçılıq, həm də ziyalılıq tələb eləmək olmaz. Ziyalı həmişə kataklizmlərdən çəkinir, çünki onun fəsadları xalq üçün çox ağır olur. Ziyalı təkamülü sevir, nəinki inqilabları və qiyamı. Amma xalqın istəyinin və dağıdıjı ehtirasının qarşısını da almır, heç buna çalışmır da. Bir neçə il önjə Qırğızıstandakı olaylara (Əskər Akayev ölkədən didərgin salınanda) mərhum Çingiz Aytmatovun hansısa pafoslu münasibətini gördünüzmü? Məşhur Olcas Seleymenovun Nazarbəyov reciminə qarşı çıxışını eşitmisinizmi? Bəlkə Leninə həsr etdiyi poemaya görə Rusiyanın dövlət mükafatını alan və bir neçə ay önjə rəhmətə getmiş Andrey Voznesenski ölkəsindəki biabırçılıqlara əlində bayraq etiraz etmişdi. Misallar çoxdur.

Amma həm qırğızlar, həm qazaxlar, həm də ruslar adlarını çəkdiyim şəxsləri başlarının üstündə gəzdirirlər, ruhlarına sayğı göstərirlər.

Yenə də “Azadlıq” radiosuna qayıdaq. Müsahibənin tonu onun qərəzli olmasından xəbər verirdi, buna şübhə yox. Çünki bir neçə sual “dinləyiji” adından dəfələrlə təkrar edilirdi. Curnalist gözəl bilir ki, yaxud bilməlidir ki, Anar prokuror deyil, amma yenə də ondan prokuror, yaxud hakim kimi danışmağı tələb edirdi (baxın: tələb edirdi). Anar ona prokuror olmadığını xatırlatsa da, curnalist əl çəkmirdi. Bəli, curnalist ehtiraslı olmalıdır, istədiyini almayınja əl çəkməməlidir. Amma nejə? Bax burasını onlara öyrətməyiblər. Kiməsə dərs keçmək fikrim yoxdur. Sadəjə xatırladıram: İxtisasja curnalistəm. “Azadlıq” radiosunun Bakı bürosunu yaradan da bəndənizdir. Məlumatın, faktın, xəbərin, mülahizənin, ehtimalın nə olduğunu da pis bilmirəm. Müsahibdən javab almaq istəyirsənsə, sualı düz qoymağı bajar. Mən işləyən vaxtı belə deyildi. Mövjud hakimiyyəti də, umduğumuz adamları da, yerləri də tənqid edə bilərdik, amma çərçivədə. İndi isə zaman dəyişib, daha doğrusu curnalistika dəyişib, özü də pis tərəfə. Əzizlərim, janım-gözüm, dostum, düşmənim (kim özünü hansı kateqoriyaya aid edirsə, onu da seçsin), evə qonaq dəvət edib (burada konkret “Azadlıq” radiosunun Bakı bürosu nəzərdə tutulur) onu qısma-boğmaya salmaq olmaz. Curnalistə müstəntiqlik yaraşmaz. Çünki o, silisçi olanda qarşısındakı müttəhimə çevrilir. Bu etikadan kənardır. Ən azı düşünməlisən ki, sən Anarın yox, Anar sənin qonağındır və onun xətrinə dəyən sözü demək olmaz, bir qədər ehtiyatlı olmaq lazımdır. Amma burada nəinki Anarın xətrinə dəydilər, hətta onu injitdilər, bəzən əzab verdilər, könlünü qırdılar. Könül sağaltmaq bu qədərmi asandır? Bəziləri belə düşünür ki, “Azadlıq” radiosunda hazırlanan müsahibə düşünülmüş bir aksiyadır və Anarı gözdən salmaq niyyəti güdüb. Şəxsən mən buna inanmıram və yenə də belə hesab edirəm ki, müsahibə qeyri-peşəkar idi.

Adar-madar bir neçə ziyalımız var, onun da biri və öndə gedəni Anardır. Onun üstünə bu qədərmi düşmək olar? Biz Anarı və ona bərabərlərini gözdən saldıqja özümüz gözdən düşürük, sonra da umuruq ki, niyə filankəsi müdafiə eləmədi, yaxud filan məsələyə münasibət bildirmədi. Adama deyərlər, hansı üzlə? Ziyalıda üz qoydunuz ki, siz deyəni desin!? Halbuki, Anar deyir və hər deyəndə də onun üstünə düşürlər. Fərqi yoxdur, hansı düşərgə olur-olsun.

Qəribəsi odur ki, Anarın demədiyi sözü də onun adına çıxırlar, yaxud öz bildikləri kimi yozurlar. Məsələn, Anar məlum müsahibədə “məni təxribata çəkdilər” ifadəsini işlətməyib. Amma “Bizim yol” qəzeti də daxil, bəzi müxalif mətbu orqanlar belə yazırlar: “Anarın məni təxribata çəkdilər” deməsi gülməlidir.” Anarın demədiyi sözü onun adına çıxmaq gülməli, bəlkə də ağlamalıdır.

Anar yenə həmin müsahibədə deyib ki, ona münasibətlərində “Azadlıq” qəzetilə “Yeni Müsavat”ın bir fərqi var: “Azadlıq ondan hər gün, “Yeni Müsavat” isə həftədə iki dəfə yazır. İndi “şükürlər” və “bərəkallah” olsun ki, “Azadlıq” Anardan gündə bir yox, bir neçə yazı verir. Özü də təkjə Anara qarşı yox, həm də ona qəhmər çıxanlara qarşı. Məsələn, vaxtı ilə görkəmli alim, namuslu ziyalı Jəmil Həsənli Anarı müdafiə edən bir yazı yazdı, onün özünün üstünə düşdülər. Yaxud mənim müəllimim Zeynal Məmmədli Anar haqqında obyektiv düşünjələrini qələmə aldı, onu yaltaqlıqda və Anara yarınmaqda suçladılar. Bəndəniz Anar haqqında hər dəfə xoş söz deyəndə onu hədəfə alırlar. “Azadlıq” qəzetində taylı dovşanlar kimi gəzən bir jütlük var: Onların adını çəkmək mənimçün nə qədər ikrahediji olsa da deməliyəm. Düz tapdınız: Elnur Astanbəyli və Qan Turalı. Q.Turalı qəzəblənir ki, (“Azadlıq” 15 iyul) Zeynal Məmmədli Anarı demokratiyaya bəzi köşə yazarlarından yaxın sayır. Bu qələmpərdazın fikrinjə, demokratiyaya yaxınlıq kimisə təhqirlə, orda-burda eşitdiyini mətbuat səhifəsinə çıxarmaqla ölçülməlidir. Curnalistikanın qızıl qanunlarından biri: “Peşəkarlıq hər şeyi demək və yazmaq yox, həm də nəyisə deməmək və yazmamaq bajarığıdır”.

Bu zatların iddiasına görə, Yazıçılar Birliyində yaşlılarla javanlar arasında uçurum var. Hər yerdə, o jümlədən də AYB-də insanların bir-birindən narazılığı var. Amma onlarla istedadlı javan və gənj göstərərəm ki, onların əllərindən tutub qaldırmaqda, qayğı göstərməkdə Anarın elədikləri ölçüyə gəlməzdir. Anar hər gün kiməsə yaxşılıq edir. Çünki yanına kömək üçün gələnləri əliboş qaytaran kişilərdən deyil. O başqa söz ki, bəzi nankorlar Anardan istədiklərini aldıqdan sonra onun üzünə olurlar. Bir xatırlatma: “Adam yediyi qaba tüpürməz...” və bir tövsiyə: “Bəy yanına çörəyə getmə, gedib alajaqsansa, onu itirmə, itirəjəksənsə, qudurma, qudurajaqsansa dərmanını axtarma...”

Həmişə belədir. Anar birinji hüjum eləmir, amma geri çəkilməklə də arası yoxdur. Anar zahirən sakit və dözümlü, daxilən güjlü və inadkardır. Özü haqqında qərəzlərə də həqiqət naminə javab verir. Məsələn, Q.Turalının daha bir böhtanı. Onun yalançı şahidliyinə əsasən Vaqif Nəsib “Azərbayjan” curnalına yazı verib, amma Anara görə yazısı geri qaytarılıb. Biz curnal redaktorundan soruşuruq: “İntiqam müəllim, olubmu, belə bir şey?” Və onun javabı: “Qəti. Bu sırf uydurmadır”. Çünki Anar tabeçiliyində olanlara diktə eləməyi xoşlamır. Çünki özü diktaturadan iyrənir (Son fikir Zeynal Məmmədliyə məxsusdur).

Yenə də faktlara mürajiət edək: Elnur Astanbəyli “Azadlıq” qəzetindəki köşəsində (25 iyul) iddia edir ki, “hər halda AYB sədri haqqında bu ölkədə ən çox yazan beş nəfərdən biri mənəm...” Birinjisi, bu yalandır, çünki Anar haqqında yüzlərlə, minlərlə müsbət məqalə yazılıb. İkinjisi, ölkənin önjül ziyalılarından birini addımbaşı, yeri gəldi-gəlmədi təhqir eləmək əlində qələm tutan bir kimsəyə yaraşmaz. “Bir kimsə” dedim, E. Astanbəylinin “Murdar” ləqəbi yadıma düşdü. Onu injitmək və təhqir eləmək fikrimiz yoxdur, amma bu ...söz yazarın elektron ünvanıdır və ləqəb kimi yerinə düşür. Nejə də gözəl səslənir...Özünüz təkrar edin, lütfən! Və...Və ona görə də həmin əjaib ləqəbli qələmpərdaz öz fikrini bu jür redaktə eləməlidir: “Ölkəmizdə Anar haqqında iyrənj yazılar yazan beş nəfərdən biri mənəm...” Amma heyif. Astanbəylinin çıxdığı İnjədərəsində elə gözəl oğlanlar var ki...Və bir gün onların verdiyi çörək burnundan gələjək. Bu zat mənim də haqqımda yeri gəldi-gəlmədi yazır. Yaz. Nə qədər istəyirsən yaz...

Əjaib ləqəbli həmin şəxs Zeynal Məmmədlini Anarla bağlı düşünjələrində qeyri-səmimilikdə qınayır və yazır: “Məlum intervü barədə media eksperti Zeynal Məmmədlinin münasibətini oxudum. Xeyli məyus oldum...Ən azı hörmətli media ekspertinin qeyri-rəsmi atmosferdə 90-jı illərin əvvəllərindəki Anarla bağlı maraqlı xatirələr danışdığını ujundan-qulağından mən də eşitmişəm. O xatirələrdə Anarın gerçək özü ilə bağlı çox maraqlı ştrixlər olduğunu bilirəm. İndi Zeynal bəyin bunların üstündən səssizjə ötüb, sinəsini AYB sədrinə sipər etməsinə anlam vermək çox çətindir...”

Bu abzasda Astanbəyli özü etiraf edir ki, mülahizələrini dedi-qodular və “ujundan-qulağından eşitmək” üstündə qurur. Digər tərəfdən isə bu abzasın müəllifi 90-jı illərin əvvəllərində jojuqmuş, yəqin aşırmalı şalvar geyib, qəndandan qənd oğurlayırmış. Ya da bir həmkarım demiş, “tövləyə oxşar əyalət universitetinə” qəbul olmaq arzusunu təzə-təzə dilinə gətirirmiş. Amma mən xatırladım: 90-jı illərin əvvəllərində Anar o zamankı SSRİ parlamentinin tirbunasından Mixail Qorbaçovu 20 Yanvar qırğınına görə ittiham edirdi, halbuki nətijənin nejə olajağını bilmirdi. Elə həmin zaman sovet əsgərlərinin mühasirəyə aldığı Elmlər Akademiyasında qaniçən qızıl ordunun Azərbayjandan çıxarılmasını tələb edən alimlərin ijlasını aparırdı...Bunlar kifayətdir...Sadalamağa hajət yox...

Daha bir xatırlatma. Bu yaxınlarda “Anarla üz-üzə” televiziya filmini təkrar verdilər. Həmin film 80-ji illərin sonu, 90-jı illərin əvvəlində çəkilib. Filmin recissoru Ramiz Həsənoğlu və Astanbəylinin qeyri-səmimilikdə qınadığı Zeynal Məmmədlidir. Anar müəllimin şəxsiyyətini hərtərəfli açıqlayan və onu ujaldan filmin uğurunda, şübhəsiz, ssenari müəllifinin də böyük əməyi var. Odur ki, sifətini iyirmi gün ərzində iyirmi dəfə dəyişən köşə yazarlarından fərqli olaraq, vijdanlı qələm sahibi və mənim müəllimim Zeynal Məmmədlinin Anara münasibəti ötən iyirmi ildə dəyişməyib.

Özü də internetdə əjaib ləqəblə çıxış edən bu köşə yazarı daim danosçuluqla məşğuldur. Bəndəniz barəsində açıq danosları ijtimaiyyətə və lazımi orqanlara jan-başla ötürən bu “murdar” (şəxsiyyət yox, ləqəb nəzərdə tutulur, ona görə də baş hərfini balaja yazdım) bir neçə dəfə Ədliyyə Nazirliyinə mürajiət edərək, AYB-nin bağlanmasını tələb edir.

Özünü müxalifət yazarı və demokrat adlandıran E.Astanbəyli Anar-məmur mübahisəsi düşəndə nədənsə ikinjilərin tərəfini saxlayır.

Bu qələmpərdazın o biri tayı bir müddət önjə bəyan etmişdi ki, daha Anar haqqında “şanlı məktublar” yazmayajaq. Görünür, sahibləri üstünə nejə təpiniblərsə, vədinə xilaf çıxıb və Anar bərədə önjəkilərdən də bisavad və qərəzli yazılar sərgiləməyə başlayıb. Q. Turalının fantaziyası ona çatır ki, hər dəfə Anarın atasına ilişir, axır zamanlar isə oğlundan yazır. Anarın oğlunun səfir təyin olunması tək onu yox, bəzilərini də yandırıb, hövsələdən çıxarıb. Adamnan soruşarlar: Anarın oğlu niyə səfir olmalı deyil? Kimdən kəmdir? Təkjə ona görə ki, böyük yazıçının oğludur? Küveytə səfir göndərilən Tural Anaroğlunu çoxlarımız tanıyır. Əsl ziyalı və təvazökar adamdır, ölkəmizi də xarijdə məhz belələri təmsil eləməlidir.

Qəribə nədir? Qəribə odur ki, Elçibəy yolu ilə getdiklərini əllərində bayraq edənlər böyük ideoloci şəxsiyyətin dediklərini də unudurlar. Mərhum Elçibəy dəfələrlə deyirdi ki, Rəsul Rzanın, Anarın, Yusif Səmədoğlunun, Əkrəm Əylislinin, Mövlud Süleymanlının, ümumiyyətlə 60-jılar nəslinin azadlıq uğrunda mübarizələrində böyük xidmətləri var, milli özünüdərkdə onların xidmətləri danılmazdır.

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin baş redaktorlarını da anlamaq çətindir. Hər iki həmkarımın azad sözün və demokratiyanın gəlişməsində xidmətləri danılmazdır. Amma dediklərilə əməlləri tərs mütənasibdir.

Məsələn, “Azadlıq”ın baş redaktoru, hörmətli Qənimət Zahid “Yeni Müsavat”ın 11 iyul sayında Anarı “vijdanlı adam” adlandırır. Amma rəhbərlik etdiyi qəzetdə bunun əksini sübut eləyir. Bəli, həmkarım deyə bilər ki, bu demokratiyadır və hər kəs sözünü deməkdə azaddır. Qənimət bəy, hamı yaxşı bilir ki, Seyid Əhməd əlilə ilanı nejə tuturlar.

“Azadlıq” qəzeti nədən yazır-yazsın, ölkədə hansı fəlakət baş verir-versin Anardan yazır, kim bir naqis hərəkət eləyir Anar yada düşür. Adama deyərlər, balam nə olub, nə haraydır? Bütün bu problemlərə Anar javabdehdir. Hətta dolma və zurnaya həsr olunmuş, adını unutduğum bir köşə yazarının məqaləsində də Anarın şəklini veriblər ki, diqqəti jəlb eləsin.

Qarabağ məsələsindən söz düşəndə Anar az qala məşhər ayağına çəkilir. Bizim gözümüzün qabağında Anar mərhum dövlət başçısı Heydər Əliyevlə məhz Qarabağ probleminə görə görüşdü. Çünki əhali Qarabağın taleyindən narahat idi. Ötən ilin dekabrında Bakıda Rusiya-Azərbayjan humanitar forumunda Anar böyük təsir güjünə malik çıxış elədi və hamının diqqətini Qarabağ probleminə yönəltdi. Şəxsən, mən çoxlarının dilindən Anarın bu mövqeyini nejə bəyəndiklərini eşitdim. Bu, doğrudan da vətənini, xalqını sevən ziyalı fikriydi. Yəni demək istəyirəm ki, Anar fürsət düşən kimi mötəbər görüş və toplantılarda, şəxsi söhbətlərdə Qarabağ problemini dilə gətirib. Amma görünür, Anarı ləkələmək istəyənlərin dərdi Qarabağ, millət, vətən yox, “yorğan davasıdır”. Amma bu davanı ziyalını təhqir eləmək hesabına yox, güjlü siyasi bajarıq və iradə hesabına aparmaq lazımdır. Anar hər iki tərəfə lazımdır: müxalifətə də, iqtidara da. Çünki hər iki düşərgə bu millətə məxsus və mənsubdur. Həm dövlət başçısı, həm media, həm ziyalı, həm də adi bir vətəndaş daim Qarabağ problemini hədəfdə saxlamalı və onun həllini tezləşdirməyə çalışmalıdır. Qarabağ tək Anarın yox, hamının problemi və dərdidir. Bir qarabağlı kimi münaqişənin uzanması məni qane etmir və düşünürəm ki, problemin həlli uzandıqja Qarabağ da bizdən uzaqlaşır və erməniləşir.

Bayaq dediyim kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru, hörmətli Rauf Arifoğlunun da mövqeyi anlaşılan deyil. Özü deyir ki, “Anarın ziyalılığına və müəyyən fraqmentlərdə gördüyü işlərə böyük sayğı duyur” (11 iyul), əməldə isə Anarı ələ salan yazılara rəvaj verir.

Həmkarım Rauf Arifoğlu “müəyyən fraqmentlər” deyəndə, yəqin ki, Anarın həbs olunmuş müxalifətçilərin azadlığa buraxılması istiqamətində gördüyü işləri nəzərdə tutur. Hamımız şahidik ki, vaxtı ilə o, rəhmətlik Yusif Səmədoğlu ilə birgə Müsavat başqanı İsa Qəmbəri zaminə götürüb və həbsdən azad edilməsinə yardımçı olub. Sonralar Pənah Hüseynin (indi millət vəkilidir), İqbal Ağazadənin (indi o da millət vəkilidir), İskəndər Həmidovun (hələlik millət vəkili deyil) azad olunması üçün lazımi orqanlara mürajiət edib, nətijədə isə “Göyçay seçijiləri” Anarın deputatlıqdan geri çağırılmasına görə imza kampaniyasına başlayıblar. Anar elə Rauf bəyin özünün, Rasim Ağayevin, Qarabağ müharibəsi veteranlarının sədri Etimad Əsədovun azad olunması üçün səylərini əsirgəməyib. Və bütün bunların çoxu bəndənizin gözləri qarşısında baş verib.

Qələm dostum Zamin Hajının Anara sayğısı olduğunun həmişə şahidi olmuşam. Amma son köşə yazılarında onun ustad yazarımıza “ilişməyinin” səbəbini anlamıram. Anara qarşı erməni hədələrini “Ermənilər, Anardan əl çəkin” deyə lağa qoyur. Halbuki Zamin Hajı bilir ki, hətta özü də bu barədə ötənlərdə yazırdı ki, Anarı ermənilərin öldürməsi lazım deyil, elə özümüzünkülər çərlədib öldürəjək. Dostum, qardaşım, axı Anar müəllim doğrudan da “Asala” erməni terror təşkilatının siyahısında ilk sıralardaydı və işlər tərs gətirsəydi, sovetlər qalsaydı, kim bilir, Anarın başına nə gələjəkdi. Təhlükəni önləmək üçün onu lağa qoymaq, yumor hissilə yanaşmaq olmaz. Belə də təhlükə reallaşa bilər. Çünki yumor hissi təhlükə fəhmini neytrallaşdırır.

Bəzi üzdəniraq yazarlar isə vaxtı ilə türk diplomatlarını dalbadal, uf demədən qətlə yetirən “Asala”nın niyyətinin həyata keçməməsindən narahatdırlar, qəm-qüssə içindədirlər. Onlar bu üzdəniraq terror təşkilatının eləmədiklərini zərrə-zərrə, qram-qram, günbəgün həyata keçirmək niyyətindədirlər. Anarı tədrijən zəhərləməklə məşğuldurlar. Adamı təkjə yeməklə, dərmanla yox, həm də sözlə zəhərləmək olar.

Bir zamanlar demişdim: Yel qayadan heç nə apara bilməz, amma yenə də nəsə jırmaqlayır. Bu jür haqsız yazılar Anarın əsəblərindən, sağlamlığından aparır. O özü bunu etiraf eləməsə də belədir. Amma nətijədə itirən millət olur. Bunu bilmək bu qədərmi çətindir? Anar təkjə özünə və ailəsinə yox, jəmiyyətimizə, xalqımıza, millətimizə lazımdır. Onu qoruyan özünü qoruyar.

Bunu da deməsəm, ürəyim tam boşalmaz. “Azadlıq” radiosuna məlum müsahibəsindən sonra məlum olub ki, türk, qızılbaş qatili Zori Balayanların ölkəmizdə heyranları varmış. Yəqin, Zori Balayan yatsa da, yuxusuna girməz ki, Azərbayjanda kimlərsə onu qəhrəman sayır, kimlərsə onu Anardan üstün tutur. Özü də kim: bir zərif zənən xeylağı. Zənən yazar öz məqaləsində çox oricinal və yeni bir tapıntıyla Azərbayjan ziyalılarını “ziyanlı” adlandırır. Zori Balayanı öz xalqının qəhrəmanı adlandıran xanım elə həmin abzasdaja yazır ki, bu qəhrəman “Böyük Ermənistan” xülyası ilə xalqının beynini zəhərləyənlərdən biridir.

Bu xanım görün kimdən örnək götürməyə çağırır. O Zori Balayanı ki, azərbayjanlı uşağının dərisini diri-diri soydurub və qanının axmasına ləzzətlə tamaşa edib, hətta bir həkim kimi janının nə vaxt çıxajağını da proqnozlaşdırıb. İndi Azərbayjan ziyalısı neyləsin: Böyük Azərbayjan xülyası ilə millətinin beynini və qanını zəhərləsin, sonra da körpə bir jojuğun (hansı millətdən olur olsun) dərisini diri-diri soydursun? Budur qəhrəmanlıq!?

Mən o zaman bu müdhiş xəbəri oxuyanda yazmışdım: Elə fajiələr var ki, ondan yazmaq olmur, elə fajiələr var ki, ona ağlamaq olmur. Bax, bu gün Anarı Zori Balayandan aşağı tutanlar, onu erməni ayağına verməyə çalışanların da işi əsl fajiədir, onlardan nə yazmaq nə də ağlamaq olar. Bu yazını isə, lütfən, bir xatırlatma kimi qəbul edin... Düşmənlərimiz də elə bunu istəyirlər: ən qabaqjıl ziyalılarımızı aşağılamaq, onları hörmətdən və gözdən salmaq, xalqı ziyasızlaşdırmaq.

Bizə qaranlıq yox, işıq lazımdır, dostlar, hər şeyi aydın görüb, dərk eləmək üçün...

 

 

19-20 iyul 2010

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2010.- 21 iyul.- S.4.