Yeniyetmələr üçün
“Həyat bacarıqları” proqramı təqdim olunub
Dünən
Bakıda Uşaqların Xilası Təşkilatı (Save the Children)
və “Ümidli gələcək” təşkilatının
birgə təşəbbüsü ilə yeniyetmələr üçün “Həyat bacarıqları”
proqramının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən
uşaqların Xilası Təşkilatının Azərbaycan
üzrə direktoru Corc
Ciakomini bildirib ki, proqramın həyata keçirilməsində
Gənclər və İdman Nazirliyi və Avropa Birliyi və “Statoil”
şirkəti isə proqramın həyata keçirilməsinə
dəstək verirlər. O, internatlardan
buraxılan uşaqların gələcəkdə işlə
təmin olunması üçün
özəl sektoru canlandırmağın vacib məsələ olduğunu
deyib. Onun sözlərinə
görə, proqramın məqsədi yerli
QHT-lərlə əlaqələr vasitəsi ilə diqqət
və qayğıdan kənar qalmış gənclərin
ehtiyaclarına xidmət etməkdən ibarətdir. Proqram Azərbaycanın 5 rayonunda
14-17 yaş arası olan
3 min gənci əhatə edəcək. Avropa Birliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Roland
Kobra qeyd edib ki, hazırda Birlik cəmiyyətdə olan
sosial bərabərsizliyi aradan
qaldırmağa çalışdıqlarını deyib. Onun sözlərinə
görə, həyati cəmiyyətin inkişafı çətin
bir prosesdir, amma bu istiqamətdə
davamlı olaraq addımlar atılır. Yeniyetmələr üçün
Həyat bacarıqları proqramının rəhbəri Bahar Arabova isə
vurğulayıb ki, “Save
the Children” təşkilatı
bu vaxta qədər internat məktəbləri və uşaq evlərində yaşayan,
sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı bir
çox proqram və
layihə həyata keçirib. Təşkilat
Azərbaycanın 11 rayonunda Uşaq və Ailələrə Dəstək
Mərkəzlərini yaradaraq hökumətə
təhvil verib. Bu gün
həmin mərkəzlərə minlərlə uşaq, ailələr müraciət edir və zəruri xidmətlər alırlar.
“Ümidli Gələcək” təşkilatının
prezidenti Nabil Seyidovun sözlərinə görə,
hazırda “Save the Children” təşkilatı “Ümidli
gələcək” Gənclər Təşkilatı ilə
birgə Azərbaycanda “Yeniyetmələr üçün
Həyat Bacarıqları” proqramı adlı yeni
layihə həyata keçirir. Layihənin məqsədi əlilliyi olan
və internat məktəblərini tərk
etməyə hazırlaşan uşaq və
gənclərin peşə hazırlığını
artırmaq, həmçinin onların həyat bacarıqlarını
yüksəltmək və dövlət uşaq
müəssisələrini tərk etdikdən sonra müstəqil yaşamaq
və fəaliyyət göstərmək üçün
müvafiq işlə təmin
olunmalarına yardım etməkdir: “Avropa Birliyinin və “Statoil” şirkətinin dəstəyi ilə yeni başlayan bu proqram prezidentin
2006-cı ildə imzaladığı “Dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət
Proqramının” icrasına, habelə uşaq
və gənclərin peşə təhsili, peşə bacarıqlarının
inkişaf etdirilməsi istiqamətində
aparılan geniş fəaliyyətə dəstək
olacaq”.
S.QARAYEVA
525-ci qəzet.-
2010.- 21 iyul.- S.4.