Qəhrəmanlığın daha bir ünvanı
Artıq xeyli vaxtdır ki, internetdə
www.ibadhuseynov.net ünvanlı bir sayt öz
yerini tutub. Saytda qəhrəman döyüşçü, Xocavənd rayonunun Muğanlı kəndində dünyaya göz
açmış, Qarabağ müharibəsində
kəşfiyyat bölüyünün komandiri olmuş,
döyüşlərdə erməni qəsbkarlarının
canına qorxu salmış “Azərbaycan
Bayrağı”ordenli İbad Hüseynovun həyat və döyüş
yolundan, qəhrəmanlıqlarından
və insani keyfiyyətlərindən bəhs
olunur. İ. Hüseynovla
çiyin-çiyinə vuruşan cəbhə
yoldaşları saytda onunla
bağlı xatirələrini və birgə keçirdikləri
döyüş əməliyyatlarına aid təəssüratlarını qələmə
alıblar. Məşhur ASALA terror
təşkilatının qurucularından olan,
bir çox
partlayış və qətillər həyata keçirmiş,
Avo ləqəbi ilə tanınan
terrorçubaşı Monte Melkonyanın İbad Hüseynov tərəfindən
layiqli cəzasına
çatdırılması ilə bağlı yazılar xüsusi maraq doğurur. Elektron səhifədə
ASALA təşkilatının əsas məqsədi
açıqlanıb və erməni mətbuatının dünyaya “qəhrəman kimi”
sırıdığı M.Melkonyanın əsl siması
göstərilib. Belə ki, bu təşkilatın məqsədi 1915- ci il hadisələrinə
görə Türkiyəni “terror yolu ilə etirafa məcbur
etmək” olub. Onun
törətdiyi cinayətlərin təkcə Qarabağ
müharibəsi zamanı etdiyi vəhşiliklərdən
və Xocalı hadisələrində dinc
əhaliyə tutulan divandan
ibarət olmadığı bildirilir. Dünya
miqyaslı terrorçu Karlos
Şakalın ən fəal tələbəsi olan
Avonun 1982-ci ildə Livandakı vətəndaş
qarşıdurmasında Beyrutun erməni məhəllələrinin
müdafiəsində iştirak etdiyi, eyni ildə Parisin Orli aeroportunda
8 nəfər insanın ölümünə səbəb olan partlayış törətdiyi və
PKK terror təşkilatının üzvləri
ilə əlaqə yaradaraq bir çox qətllər
həyata keçirdiyi kimi
həqiqətlər saytda ətraflı
işıqlandırılıb. M.Melkonyanın bu
vəhşiliklərinə Azərbaycan ordusunun
igid döyüşçüsü,
kəşfiyyat-diversiya dəstəsinin 22 yaşlı komandiri İbad Hüseynov son qoyub. O, 1993- cü
il iyun ayının
12- də məşhur Avonu məhv etməyə
nail olub. 1992- 93-cü
illərdə Martuni rayonu
istiqamətində vuruşan, 1993- cü il 12 iyunda
kəşfiyyat dəstəsinin Xocavənd rayonunda
Muğanlı kəndində keçirilən əməliyyatda
iştirak edən 14 nəfər döyüşçüdən
biri Ədalət Abbasov
o günləri belə xatırlayır: “Dəstənin komandiri İbad Hüseynov bizi yandırılımış evlərin birinin zirzəmisində qoyaraq,
viran qoyulmuş kəndin
xarabazarlıqları arasında gəzişərkən Avo ilə rastlaşdı və onu öldürdü. Sübut üçün biz onun qol
saatını, cib dəftərçəsini,
qələmini, 2 ədəd şəklini və kəsilmiş
başını özümüzlə gətirdik”. Qarabağ müharibəsində Xocavənd rayonu ərazisində yaradılan yerli özünümüdafiə batalyonununun tərkibində könüllü
vuruşan Cəsarət Sadıqov həmin
əməliyyat zamanı İbad Hüseynovun keçirdiyi
hisslərdən söhbət açır: “Keçirdiyimiz
saysız-hesabsız əməliyyatlarda İbad
həmişə soyuqqanlı olub. Biz bilmirdik o sevinir,
yoxsa təlaş keçirir.
İndiyədək İbad onlarla erməni öldürmüşdü.
Bir erməni nə idi
ki, İbad belə həvəslənmişdi?
Əvvəllər də düşmən arxasında olarkən
İbad bizi gizləndiyimiz
yerdə saxlayıb təkbaşına kəndləri gəzirdi”.
Keçmiş döyüşçü
daha sonra yazır: “Biz yalnız indi başa düşürük
ki, Avo ermənilər
üçün kim imiş. Amma belə məlum
olur ki, onun nə kimi əhəmiyyətli
şəxs olduğunu o
zamanlar da bilirmişlər.
Biz döyüşçü
olduğumuzdan bunun bir o qədər fərqinə
varmamışıq. Avo ləqəbli məşhur
terrorist Monte
Melkonyanın məhv edilməsi bizim üçün öldürülmüş
növbəti erməni döyüşçüsü
idi”. Saytda bu gün fərqli
dairələr tərəfindən M.Melkonyanın ölümü haqqında həqiqətə uyğun olmayan məlumatların
yayıldığı, erməni tərəfinin “əfsanəvi
Avo”nun 22 yaşlı
azərbaycan kəşfiyyatçısı tərəfindən
öldürülərək başının kəsildiyini
qəbul etmək istəmədiyi bildirilir.
İbad Hüseynovun Avo ləqəbli M.Melkonyanı məhv etməsi
prosesindən geniş söz
açan keçmiş
döyüşçü Sahib Şirinov ermənilərin
bu hərəkətinə belə qiymət
verir: “Yəqin bu etiraf əvəzolunmaz Avo üçün “ucuz ölümdür” qənaətinə gəlmək
hesab olunardı. Qoy
ermənilər sevinsinlər ki, onların
əfsanəvi qəhrəmanları heç
də ucuz ölümə layiq
olmayıb. Avonu adi Azərbaycan
əsgəri öldürməyib. Avonun İbad Hüseynov tərəfindən
öldürülməsi hər ikisi üçün bir məntiqi
nəticədir”. Milli ordumuzun keçmiş
könüllü
döyüşçüləri İ.Hüseynovla
bağlı xatirə-məqalələrində onun nə qədər cəsarətli və vətənpərvər
bir döyüşçü
olduğunu dönə-dönə
vurğulayıblar. İbad Hüseynovun apardığı əməliyyatların
adətən öz dəstəsindən
itki vermədən nəticələnməsi
isə fərəh doğuran bir faktdır. Ancaq avtomat və pulemyotlarla
silahlanmış, xüsusi təlim
görməmiş kiçik bir dəstə üçün
bu itkisiz əməliyyatlar,
sözsüz ki, əsl
qəhrəmanlıq hesab edilməlidir. Keçmiş könüllü döyüşçü Vüqar
Manafov öz məqaləsində,
başda İbad Hüseynov olmaqla, 8 nəfər
kəşfiyyatçımızın qorxmadan
erməni postuna daxil olaraq qısa zamanda 10 nəfər
ermənini məhv edib, 5 ədəd avtomat, 1 pulemyot və 1
qumbaratanı ələ keçirdiyini, itki vermədən hərbi
hissəyə dönmələrindən qürurla
yazır. Ümumiyyətlə, haqqında söz
açdığımız sayt bugünkü və gələcək nəslə
mənsub gənclər üçün
yüksək vətənpərvərlik, cəsarət, qəhrəmanlıq
hissləri aşılayan, əhəmiyyətli bir mənbə xarakteri
daşıyır. Veb-səhifədə qəhrəmanın
həyat və döyüş yolunu, onunla bağlı təəssüratları
əks etdirən videoçarxlar, mətbuatda
igid döyüşçüyə həsr
edilmiş məqalələr, İbad Hüseynova həsr
olunmuş kitablar, savaş illərinə və sonrakı
dövrə aid maraqlı fotolar
yer alıb. İ.Hüseynov
haqqında çəkilən “Əsgər” filminin
təqdimat mərasimindən lentə alınmış kadrlar da saytda
öz əksini tapıb. Tədbirdəki
kadrlarda millət vəkili Qənirə Paşayeva, Dağlıq Qarabağın Azərbaycanlı
İcması İctimai Birliyinin
sədri Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin
başçısı Eyvaz Hüseynov, polkovnik Məmməd
Qədirov İbad Hüseynov
haqqında fikirlərini bölüşüb,
onun nəsillərə nümunə
göstərilməyə layiq, əsl qəhrəman
olduğunu vurğulayıblar.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 22 iyul.- S.4.